"Siz danışanda atamın anası yadıma düşür" - Azərbaycan əsilli Çağla Şikel

"Siz danışanda atamın anası yadıma düşür" - Azərbaycan əsilli Çağla ŞikelMəşhur türkiyəli model Çağla Şikel Bakıda keçirilən moda nümayişində podiuma çıxıb.

Məşhur model nümayişdın sonra jurnalistlərin suallarına cavab verib. O, ata tərəfinin azərbaycanlı olduğunu bildirib:

"Səbirsizliklə gözlədiyimiz dəfilə idi. Bakıda baş tutması isə ayrıca həyəcanverici oldu. İlk dəfədir ki, Bakıya gəlirəm. Burada olduğum üçün çox həyəcanlıyam. Bilirsiniz ki, ata tərəfim azərbaycanlıdır. Buradakı danışıqları eşidəndə atamın anası yadıma düşür. Bu dəfə gəzmək imkanım olmadı. Başqa ölkəyə moda nümayişinə gedəcəyəm. İnşallah, yenidən Azərbaycana gələcəyəm".

İki oğul anası olan model onları özü ilə gətirməməsinin səbəbini açıqlayıb:

"İş qrafikim çox gərgin olduğu üçün övladlarımı özümlə gətirə bilmədim. Səfərim ən azı 2 gün olsaydı, yanımda ola bilərdilər. Həm də düşünürəm ki, xarici eyni zamanda da qardaş ölkəni görməkləri onlara maraqlı olardı. Hazırki vəziyyətdə isə onları ancaq yora bilərdim. Mən övladlarımdan çox da ayrı qalmıram. Həftə sonları ataları ilə birgə vaxt keçirdikləri üçün digər günlər bərabər oluruq. Bütün vaxtımı onlara sərf etdiyim üçün çox da darıxmırlar".

Ç. Şikel qız övladının da olmasını istədiyini bildirib:

"Qız övladımın olmasını istərdim. Bəlkə də, nə vaxtsa olar. Amma iki oğul anası olmaq, onların böyüməsini görmək gözəl hissdir. Sözün düzü, qız övladı olan dostlarım var. Düşünürəm ki, qızlar oğlanlara nisbətən kaprizlidir. Oğlanlar isə daha hiperaktiv olur. Amma hər ikisi də mələkdirlər".

Model YouTube-dakı kanalından da danışıb:

"Çoxları məni blogger adlandırır. Əslində isə elə deyil. Bu mənim şəxsi YouTube kanalımdır. Azərbaycanda izlənildiyimdən xəbərdaram. Çox sayda şərh və mesajlar alıram. Çox sevindim. Yaxşı ki, bu addımı atmışam".

//musavat.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1131   Tarix: 05 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zaranın formada qalma sirri

Türkiyəli müğənni Zara formada qalmasının sirrini bölüşüb. Axşam.az xəbər verir ki, sənətçi müsahibəsində 9 kiloqram çəki atmasından danışıb:. "Tərəvəzli yeməklər yeyirəm. Günəş batandan sonra qidalanmıram. Həftənin 3 günü idman edirəm. Ən vacibi də stressdən uzaq dururam"

27.03.2024 366
.

Zaur Baxşəliyevdən arxasınca danışan şəxsə sərt cavab: "Onun telefonunu mən almışam" - VİDEO

"Ona aldığım telefonla sosial şəbəkələrdə canlı açıb dalımca danışır". Bu sözləri ATV-də yayımlanan "Bizimləsən" verilişinin aparıcısı Zaur Baxşəliyev bildirib. O qeyd edib ki, yardım etdiyi şəxslər onun arxasınca danışırlar:. "Onun telefonunu mən almışam. Bahalı da bir telefo

11:17 0
.

"Dünyaya uşaq gətirmək vacib deyil"

"Sevinirəm ki, Fətulla (qardaşının övladı - red.) ailəni tək idarə edir. Dünyaya uşaq gətirmək vacib deyil". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova "Zaurla Günaydın" verilişində deyib. Müğənni ailəsindən danışıb:. "Fətulla uşaq idi, çılğın, hər şeydə

26.03.2024 454
.

Zamiq Hüseynov: "Kiminsə sözü məni narahat etmir"

"Çıxıb nəsə deyən kimi qalmaqal olur. Yaxşısı budur ki, danışmayım. Efirdən bir insana söz demək, onu acılamaq onun ailəsinə, valideynlərinə, sevdiyi insana, qardaş, bacısına və sevənlərinə söz atmaq deməkdir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov qonaq olduğu verilişləri

25.03.2024 501
.

"Onları rəzil edəcəm!" - Ülviyyə Xəlilbəyli

Aktrisa Ülviyyə Xəlilbəyli yanacaqdoldurma məntəqələrinin birində aldadıldığını bildirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə o öz instaqram hesabında hekayə paylaşıb:. "Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi var. Nə qədər saxtakar, yalançıdırlar. Hər dəfə yanacağ

27.03.2024 990
.

Demet Akalından Röyaya dəstək

Türkiyənin məşhur müğənnisi Demet Akalın Röyadan danışıb. xəbər verir ki, müğənni aparıcısı olduğu verilişdə Röyanın konserti zamanı baş verənləri şərh edib. Həmyerlilərimizə keçmiş olsun diləklərini çatdıran Akalın "Azərbaycanın məşhur ulduzu Röya həmin gün, o məkanda komandası ilə konsert verəcəkdi

26.03.2024 662
.

"Taş bebek" xəstəxanalıq oldu

"Taş bebek" ləqəbli türkiyəli müğənni-aktrisa Gönül Yazar xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, buna səbəb 87 yaşlı sənətçinin ayağındakı damarlarda laxtalanma olub. Hazırda onun müalicəsi davam edir

24.03.2024 239
.

"Yalı çapkını"nda gözlənilməz ayrılıq - Foto

"Yalı çapkını" serialında növbəti ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə aktrisa Binnur Kaya vida edəcək. O, layihədə "Nükhet" obrazına həyat verir. Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır

24.03.2024 572
.

"Klon"un aktyoru oğlu ilə - FOTO

"Klon" serialının məşhur qəhrəmanları Giovanna Antonelli və Murilo Benisionun övladının fotosu yayılıb. Axşam.az xəbər verir ki, ekran işi bitdikdən sonra ailə quran aktyorların övladı Pietro 2005-ci ildə dünyaya gəlib. Pietronun fotosunu Murilo sosial şəbəkədə nümayiş etdirib. Aktyor kadr

27.03.2024 2227