Aybəniz Haşımova fəryad etdi: "Onu Əzrayılın əlindən ala biləydim..."

Aybəniz Haşımova fəryad etdi: "Onu Əzrayılın əlindən ala biləydim...""Ömrümdə ilk dəfədir ki, aciz qalıram".

BiG.AZ xəbər verir ki, bunu əməkdar artist Aybəniz Haşımova mərhum bəstəkar Tahir Əkbərin ölümündən danışarkən deyib. Sənətkarın sözlərinə görə, Tahir Əkbərə göstərilən dövlət qayğısından sonra onda sağalacağına böyük ümid yaranmaışdı:

"Tahir müəllimin sağlamlığında cox ciddi problemlər yaranmışdı. İlk beyin əməliyyatından sonra vəziyyəti tez-tez dəyişirdi. Ümidlərin ölməməsi üçün insan özünə bir ip ucu axtarır. O ümid neçə müddət idi ki, onun özü kimi sevənləriini də möcüzəyə inandırırdı. Buna həm inanırdım, həm də...

Onu hər dəfə görəndə ürəyim tap gətirmirdi. Evə gəlib otağımda gizlin-gizlin ağlayırdım. Ona kömək edə bilmədiyim üçün çox üzülürdüm. Kaş ki, əlimdə olsaydı... onu Əzrayılın əlindən ala biləydim... amma mümkünsüz idi. Atam da belə ölmüşdü. Mehriban xanım Əliyeva ona ilk yardım əlini uzadandan sonra mərhum çox sevinmişdi. Hətta inanırdı ki, ölməyəcək".

Aybəniz Haşımova Tahir Əkbərin sağlığında layiqli qiymətini almamasını vurğulayıb: "Bu da son... bu vəfasız dünyadan canı qurtardı. Onu nəğmələri yaşadacaq. Hərçənd ki, onun necə bir sənətkar olduğunu rəhbərliyə olduğu kimi çatdırmadılar. Yaradıcılığına yüksək mükafatlar veriləcəyi arzuları ilə dünyadan köcdü. Kaş ki, belə olmayaydı. Sağlığında görəydi ki, onun əvəzsiz nəğmələri mükafatlara layiq görülüb. Kaş ki, sağlığında özündən qat-qat aşağı və musiqimizə zorla sırınanların yanında boynubükük qalmayaydı. Yadımdadır, "Xalq ulduzu" yarışması gedən vaxtlarda fəxri ada layiq görülmüşdüm. Mənə dedi ki, "daha bu ildən yarışmaya gəlməyəcəm". Səbəbini soruşanda dedi ki, "hamınızın fəxri adı var, mənim yox. Sizin yanınızda pərt olacam". Onun bu sözünə çox üzüldüm. Dedim ki, sən narahat olma, xahiş edərəm aparıcıdan, mənim fəxri adımı söyləməsin.

Getdi... heç olmasa, bu son anında Tahir Əkbər layiq olduğu Fəxri Xiyabanda dəfn edilsin".

Qeyd edək ki, əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbər uzun sürən xəstəlikdən sonra martın 2-də dünyasını dəyişib.

//Aznews


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1774   Tarix: 03 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207