Narkoloji Mərkəzindəki qorxunc yanğınla bağlı cinayət işi açıldı

Narkoloji Mərkəzindəki qorxunc yanğınla bağlı cinayət işi açıldı

Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində baş verən dəhşətli yanğınla bağlı cinayət işi açıldı.

BiG.AZ xəbər verir ki bu barədə Unikal.org-a Baş prokurorluqdan məlumat verilib.

Vuğulanıb ki, bu hadisə ilə bağlı cinayət işi bir başa Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralovun rəhbərliyi ilə həyata keçiriləcək.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Unikal.org-a açıqlamasında deyib ki, hazırda cinayət işi ilə bağlı müvafiq sənədlər hazırlanır. Qarşıdakı zamanda ictimaiyyət cinayət işi ilə bağlı məlumatlandırılacaq.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 820 Tarix: 02.03.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər