Mart ayında 8 gün iş olmayacaq

Mart ayında 8 gün iş olmayacaq
Mart ayında Beynəlxalq Qadınlar günü və Novruz bayramı ilə əlaqədar 8 qeyri-iş günü olacaq.

BiG.AZ-ın xəbərinə görə, martın 8-i Beynəlxalq Qadınlar günü olduğundan, həmin gün qeyri-iş günüdür.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Martın 24-ü həftənin şənbə gününə təsadüf etdiyindən, martın 26-sı da qeyri-iş günüdür.

Martın 27-si isə iş günüdür

Beləliklə, bu ay bayramlarla əlaqədar 8 gün iş olmayacaq.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1026 Tarix: 02.03.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər