Azərbaycan Məktəb İdmanları Federasiyasının təqdimat mərasimi keçirilib

Azərbaycan Məktəb İdmanları Federasiyasının təqdimat mərasimi keçirilibMartın 1-də Milli Olimpiya Komitəsində Azərbaycan Məktəb İdmanları Federasiyasının (AMİF) təqdimat mərasimi keçirilib.

BiG.AZ xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, təhsil nazirinin müavini Firidun Qurbanov, Milli Məclisin deputatı, Azərbaycan Məktəb İdmanı Federasiyasının prezidenti Sevinc Hüseynova, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, AFFA-nın baş katibi Elxan Məmmədov və digər şəxslər iştirak ediblər.

AMİF-in prezidenti S.Hüseynova tədbirdə çıxış edərək Azərbaycanda idmanın inkişafından danışıb. O, ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət idman siyasətinin bu gün uğurla həyata keçirildiyini vurğulayıb. Federasiya prezidenti idmanın məktəblərdə geniş tətbiq edilməsinin vacibliyini qeyd edərək deyib ki, AMİF-in yaradılmasının əsas məqsədi məhz budur. 2017-ci ildə təsis edilən Azərbaycan Məktəb İdmanları Federasiyası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. Beynəlxalq Məktəb İdmanı Federasiyası (BMİF) idmanın 43 növünü əhatə edir. Azərbaycanda isə 10-dan çox idman növü AMİF-in proqramına daxildir. S.Hüseynova AMİF-in yaradılmasına və fəaliyyətinə göstərilən dəstəyə görə Gənclər və İdman, Təhsil nazirliklərinə minnətdarlığını bildirib.

Sonra Beynəlxalq Məktəb İdmanları Federasiyası (BMİF) ilə bağlı videoçarx nümayiş olunub. Bildirilib ki, BMİF 1972-ci ildə Avropanın 21 ölkəsinin təşəbbüsü ilə təsis edilib. Təşkilatın əsas məqsədi məktəblərdə idmanın və sağlam həyat tərzinin təbliği üçün beynəlxalq yarışların təşkil edilməsidir.

Gənclər və idman naziri Azad Rəhimov çıxışında bildirib ki, AMİF Azərbaycanda yaradılan 84-cü idman federasiyasıdır. Federasiyanın fəaliyyətə başladığı gündən uğurlu və səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdıran nazir deyib: "Qarşıda böyük beynəlxalq yarışlar var. Məktəblilərimiz əvvəlki dövrlərdə belə yarışlarda iştirak ediblər. Onlar bundan sonra AMİF vasitəsilə daha çox turnirə qatılacaq və uğurlar qazanacaqlar. İdmançılarımız məktəb yaşlarından formalaşmağa başlayırlar. AMİF həm məktəblilərimizin sağlam həyat tərzi, həm də gələcək idmançılarımızın yetişməsi üçün vacib funksiya yerinə yetirir. Federasiyanın işinə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və digər qurumlarımız fəal dəstək göstərəcəklər. AMİF-ə uğurlar arzulayıram".

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə vurğulayıb ki, idmanın inkişafı hər bir ölkədə məktəb idmanının səviyyəsindən asılıdır. "Azərbaycanda məktəblərdə "Olimpiya hərəkatı" layihəsi həyata keçirilir. Bu layihədə minlərlə şagird iştirak edib. AMİF-in yaradılması da şagirdlər arasında idmanın inkişafına təkan verəcək. Federasiyanın iş planları digər federasiyalara da bildirilməlidir ki, onlar da qarşıdakı mötəbər yarışlara hazırlaşa bilsinlər. Yeganə amalımız yeniyetmələr və gənclərin sağlam olmaları, məktəblərdə idman dərslərinin yüksək səviyyədə keçirilməsidir. MOK bu işdə hər zaman öz dəstəyini göstərməyə hazırdır".

Təhsil nazirinin müavini Firidun Qurbanov AMİF-in yaradılmasının ölkəmizin həyatında mühüm ictimai hadisə olduğunu qeyd edib. Azərbaycanda idmanın inkişafına yüksək diqqət və qayğı göstərildiyini vurğulayan nazir müavini AMİF-in uğurla fəaliyyət göstərəcəyinə əminliyini bildirib. Orta məktəblərdə idmanla bağlı layihələrin uğurla həyata keçirildiyini diqqətə çatdıran F.Qurbanov "Olimpiya hərəkatı" proqramının əhəmiyyətini yüksək qiymətləndirib və belə tədbirlərin gələcəkdə də təşkilinin vacibliyini söyləyib.

Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov AMİF-ə və federasiyanın prezidenti S.Hüseynovaya uğurlar arzulayaraq qurumun yaradılmasının önəmini vurğulayıb. Komitə sədri AMİF-in fəaliyyətinin paytaxtla yanaşı, regionlarda da səmərəli təşkil edilməsinin diqqət mərkəzində saxlanılmasının vacibliyini bildirib.
Azərbaycan Məktəb İdmanları Federasiyasının təqdimat mərasimi keçirilibAzərbaycan Məktəb İdmanları Federasiyasının təqdimat mərasimi keçirilib


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 399   Tarix: 01 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988