"Həmin direktor işdən çıxarılmalıdır" - 22 NÖMRƏLİ MƏKTƏBDƏ NÖVBƏTİ BİABIRÇILIQ

"Həmin direktor işdən çıxarılmalıdır" - 22 NÖMRƏLİ MƏKTƏBDƏ NÖVBƏTİ BİABIRÇILIQXəbər verdiyimiz kimi Sabunçu rayonunun Maştağa qəsəbəsindəki 22 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Rauf Oruclu köynəyinin üzərindən gödəkçə geymədiyi üçün direktor tərəfindən döyülüb.

Bununla bağlı BiG.AZ saytı 22 nömrəli orta məktəbin direktoru Azər Ələkbərovla əlaqə saxlayıb.

Azər Ələkbərov bu barədə danışmaq istəmədiyini söyləyib.

"Həmin direktor işdən çıxarılmalıdır" - 22 NÖMRƏLİ MƏKTƏBDƏ NÖVBƏTİ BİABIRÇILIQTəhsil eksperti Kamran Əsədov açıqlamasında bildirib ki, 2011-ci ildə qəbul olunmuş orta məktəblərin nizamnaməsinə görə hər bir məktəbin forma təyin etmək hüququ var: "Tabeliyində olan şagirdlərə həmin formanı geyinməyi tövsiyə edilir. Heç bir qanunvericilikdə göstərilməyib ki, şagirdin məktəbli formasında gəlməyi məcburi və zərurudir. Sadəcə qanunvericilikdə tövsiyə edilir. Şagirdə qarşı hər hansı bir zorakılığın törədilməsi yolverilmızdir. Direktorun şagirdi döymək hüququ yoxdur. Bu 22 saylı orta məktəb üçün birinci hal deyil. Bununla bağlı mənə dəfələrlə müaciət daxil olur. Məktəbin idarə edilməsi lazım olan qanunvericilik çərçivəsindən çıxıb".

Kamran Əsədov vurğulayıb ki, statistika göstərir ki, neqativ hallar son vaxtlar təyin olunmuş direktorların məktəbində baş verir: "Çünki onların idarəçilik təcrübəsi yoxdur. 2014-cü ildə qəbul edilmiş müəllimlərin etik davranış qaydalarına görə nə müəllimin, nə də məktəb rəhbərliyinin hüququ yoxdur ki, şagirdə qarşı fiziki zorakılıq tətbiq etsin və yaxud da onun şəxsiyyətini alçaltsın. Buna yol verən şəxs birbaşa Əmək Məcəlləsinin 72-74-cü maddəsi ilə işinə xitam verilməli, heç bir halda məktəbdə işləməməlidir. Şagirdə qarşı zorakılıq edən direktor əqidəsiz, şərəfsiz və mənəviyyatsızdır. Çünki Azərbaycanın gələcəyi olan şəxsə fiziki zorakılıq tədbiq edib. Qanunvericilikdə kifayyət qədər cəza tədbirləri var. Heç bir halda direktorun fiziki zorakılıq və şəxsiyyəti alcaldacaq addımlar atmağa ixtitiyarı yoxdur . Bundan əlavə direktorun ixtiyarı yoxdur ki, məktəblinin formasını yoxlasın. Bununla bağlı müavini və təlim-tərbiyyə ilə məşğul olan şəxslər var. Bəlkə şagirdin jileti çirklidir və yaxud da o geyim ona sıxıntı verir. Bu bir daha sübut edir ki, məktəblərin idarə olunması ilə bağlı ciddi problemlər var. Bu artıq 22 saylı orta məktəbdə baş verən ikinci hadisədir. Buna da səbəb o şəxsin heç vaxt təhsil sahəsində işləməməyidir. Qanunvericilikdə göstərilir ki, direktor olacaq şəxs ən azı 5 il məktəbdə işləməlidir. İşləmədiyi halda müsabiqə ilə direktor seçilib. O. dirktorun vəzifədə qalması Azərbaycan gələcəyi üçün təhlükəlidir. Bu gün direktorlar guya işlədiklərini sübuta yetirmək üçün şagirdlərin və müəllimlərin razılığı olmadan sosial şəbəkələrdə şəkillərini paylaşırlar. Əslində kiminsə şəkillərini icazəsi olamadan paylaşmağın özü bir qanun pozuntusudur. Hesab edirəm ki, Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil idarəsi bununla bağlı məsuliyyət daşıyır. Həmin direktoru şiddətli töhmətlə işdən azad olunmasa bununla bağlı məsuliyyətli qurum həmin idarədir. Onlar həmin şəxsi təhsil müəssisəsindən uzaqlaşdırmalıdr".

Qeyd edək ki, şagirdin məktəb direktoru tərəfindən döyülməsi xəbərini Teleqraf.com saytı yayıb.

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3192   Tarix: 28 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28.03.2024 259
.

Eyni ailənin 6 üzvü öldüyü qəzanın görüntüləri ortaya çıxıb - VİDEO

Eyni ailənin 6 üzvünün öldüyü fəlakətli qəzanın görüntüləri ortaya çıxıb. BİG.AZ xəbər verir ki, hadisə Türkiyədə baş verib. Yol-nəqliyyat hadisəsinin təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınıb

28.03.2024 575
.

"Simpsonlar" bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO

Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonlar yeni proqnozları ilə gündəmdədir. -ə istinadən bildirir ki, cizgi filmdə bu dəfə yaxın keçmişdə baş verən Günəşdəki güclü partlayışlar öncədən müəyyən edilib. Son illərin ən güclü geomaqnit qasırğası olara

28.03.2024 344
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28.03.2024 198
.

"Azneft"in baş direktoru işdən çıxarıldı - Yeni təyinat

Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib. Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliy

28.03.2024 341
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28.03.2024 260
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28.03.2024 280
.

"Crocus City Hall"un bərpası neçə milyona başa gələcək? - Emin Ağalarov AÇIQLADI

"Crocus City Hall"ın konsert zalının yenidən tikintisi 150 milyon dollara (təxminən 255 milyon AZN) başa gələcək. Bunu "Crocus Group"un sahibi Araz Ağalarovun oğlu, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov deyib. Onun sözlərinə görə, 15 il əvvəl kompleksi

28.03.2024 447