Qazaxıstan nümayəndə heyəti üçün ölkəmizin müasir sığorta-pensiya sisteminə dair təqdimat keçirilib

Qazaxıstan nümayəndə heyəti üçün ölkəmizin müasir sığorta-pensiya sisteminə dair təqdimat keçirilibƏmək və sosial müdafiə sahəsində ölkəmizdə aparılan islahatlar və bu sahədə yaradılmış müasir və şəffaf sistemlərlə tanış olmaq məqsədilə Azərbaycanda səfərdə olan Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti üçün sığorta-pensiya sisteminə aid təqdimat keçirilib.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda təşkil edilən tədbirdə vurğulanıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi islahatlar konsepsiyasının prioritet istiqamətlərindən biri kimi, 2006-cı ilin əvvəlindən ölkədə beynəlxalq standartlara tam cavab verən, sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsində funksiyaların bir-birini tamamladığı müasir sığorta-pensiya sistemi tətbiq olunur. Bu sistem ödənilən məcburi dövlət sosial sığorta haqqı ilə pensiya məbləği arasında birbaşa qarşılıqlı əlaqəni təmin etməklə, sosial sığorta sistemində iştirak vasitəsilə vətəndaşların bazar iqtisadiyyatı şəraitində sosial risklərdən səmərəli müdafiəsinə təminat verir, onların layiqli pensiya təminatı imkanlarına malik olmasına əsas yaradır.

Tədbirdə hazırda 1,3 milyon nəfər pensiyaçıya və ya əhalinin 13,3 faizinə ölkəmizdə reallaşdırılan çoxkomponentli sosial müdafiə sisteminin mərkəzi həlqəsi kimi pensiya ödənişlərinin aparıldığı qeyd olunaraq, ötən dövrdə sığorta-pensiya sisteminin uğurlu fəaliyyətini təmin edən, əhalinin layiqli pensiya təminatının artırılmasına əsas yaradan, pensiya məbləğlərində ildən-ilə artım dinamikasını şərtləndirən məqsədyönlü sosial müdafiə tədbirləri barədə ətraflı məlumat verilib.

Təqdimatda həmçinin pensiya sistemində 2017-ci ildə həyata keçirilmiş qabaqcıl dünya təcrübəsinə söykənən köklü islahatlardan, eyni zamanda bu sistemin elektron infrastrukturu, əhaliyə həm sığorta, həm də pensiya münasibətləri üzrə xidmətlərin elektron müstəvidə şəffaf şəkildə təşkili, o cümlədən avtomatlaşdırılmış pensiya təminatı mexanizmindən geniş bəhs olunub.

Azərbaycanın sığorta-pensiya sistemində aparılmış islahatların, bu sahədə, eləcə də əmək və sosial müdafiə sisteminin digər sahələrində müasir texnologiyaların geniş tətbiqi şəraitində qurulan səmərəli idarəetmə və şəffaf xidmət mexanizmlərinin beynəlxalq səviyyədə də qabaqcıl təcrübələr kimi dəyərləndirildiyi və təbliğ olunduğu diqqətə çatdırılıb.

Tədbir zamanı nümayəndə heyətini maraqlandıran suallar da cavablandırılıb, onlarla təcrübə mübadiləsi aparılıb.
Qazaxıstan nümayəndə heyəti üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər avtomatlaşdırılmış sistemlərinə, həmçinin ölkəmizdə göstərilən sosial xidmətlərə dair təqdimatların keçirilməsi, nümayəndə heyətinin nazirliyin "Çağrı mərkəzi", "Məzun evi" sosial müəssisəsi və s. ilə yaxından tanış olması da planlaşdırılıb.

Qazaxıstan nümayəndə heyəti üçün ölkəmizin müasir sığorta-pensiya sisteminə dair təqdimat keçirilibQazaxıstan nümayəndə heyəti üçün ölkəmizin müasir sığorta-pensiya sisteminə dair təqdimat keçirilib


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 426   Tarix: 28 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hacı Surxay Məmmədli: "Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir" - VİDEO

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. Bu il birinci Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, martın 29-dan 30-na keçən gecəyə təsadüf edir. Qədr gecəsi Ramazan ayının ən özəl günlərindən biridir. İçərişəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli deyir ki, Qədr gecəs

10:07 0
.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

28.03.2024 318
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28.03.2024 662
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28.03.2024 280
.

Parisdə PKK terroru: 3 yaralı

Fransada terror təşkilatı tərəfdarı olan PKK-nın tərəfdarlarının terror təşkilatı tərəfdarının Türkiyəyə deportasiyasının qarşısını almaq məqsədilə Şarl de Qoll Hava Limanındakı məmurlara hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Terror təşkilatına simpatiyası olan təqribə

28.03.2024 261
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28.03.2024 198
.

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokuroru

28.03.2024 227
.

"Uçot dərəcələrinin real iqtisadiyyata təsiri yetərincə deyil"- Ekspert

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25% saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib. İqtisadçı ekspert Emin Qəribli -a bildirib ki

28.03.2024 238
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28.03.2024 507