Sumqayıtda borcu olan şəxsi döyüb, qəbiristanlıqda diri-diri basdırıblar

Sumqayıtda borcu olan şəxsi döyüb, qəbiristanlıqda diri-diri basdırıblar

Sumqayıt şəhərində gənc oğlanıborca görə döyüb qəbiristanlıqda diri-diri basdırıblar.

BiG.AZ -ın report-a istinadən verdiyi məlumata görə, hadisə Corat qəsəbə qəbiristanlığında baş verib.

Belə ki, Abşeron rayonunun Saray qəsəbə sakini, 1993-cü il təvəllüdlü Kənan Elsevər oğlu Mustafayev naməlum şəxslər tərəfindənSumqayıt şəhərinin Corat qəsəbəsində yerləşən qəbiristanlığa çağrılaraq döyülüb. Sonra K.Mustafayevi qəbiristanlıqda diri-diri basdırıblar. Qəbiristanlıq ərazisində təmizlik işləri görən şəxs yaralı vəziyyətdə olan K.Mustafayevi oradan çıxarıb və yaxınlıqdan keçən yerli sakinlərin köməkliyi ilə onu Sumqayıt şəhər TəciliTibbiYardımXəstəxanasına çatdırıblar. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1679 Tarix: 23.02.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ruslan555
ruslan555 24.02.2018
sumqayit corat qes,i meksika,kimi yerdir polis corata gire bilmir bacarmir cinayetkar cinayetkar yetisdiren yerdir sumqayitin corat qesebesi