Bakıda FACİƏVİ QƏZA: 25 yaşlı oğlan tanınmaz hala düşdü (+18 FOTO)

Bakıda FACİƏVİ QƏZA: 25 yaşlı oğlan tanınmaz hala düşdü (+18 FOTO)
Abşeron rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BiG.AZ report-a istinadən xəbər verir ki, hadisə Hökməli-Qobu yolunda baş verib.

Hökməli qəsəbə sakini Elçin Məmmədov idarə etdiyi “01-BZ-421” dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı minik avtomobili ilə yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçmək istəyən şəxsiyyəti məlum olmayan 20-25 yaşlı gənc oğlanı vurub.

Sürücü yaralını 1 saylı Kliniki Tibbi Mərkəzə apararkən o, yolda dünyasını dəyişib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları avtotexniki ekspertiza təyin edib. Meyit onun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Abşeron RPİ-də cinayət işi başlanılıb.

Hadisəni törədən şəxs saxlanılıb.
Bakıda FACİƏVİ QƏZA: 25 yaşlı oğlan tanınmaz hala düşdü (+18 FOTO)

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1593 Tarix: 23.02.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol