"Premium Clinic"də həkim səhlənkarlığı: "Boğaz əti yerinə, dilçəyini kəsdi..." - FOTOLAR (YENİLƏNİB)

"Premium Clinic"də həkim səhlənkarlığı: "Boğaz əti yerinə, dilçəyini kəsdi..." - FOTOLAR (YENİLƏNİB)BiG.AZ xəbər verir ki, həkim Elçin Mahmudov Unikal.org-a açıqlamasında bildirib ki, əməliyyat zamanı heç bir səhlənkarlığa yol verməyib:

"Boğaz əti yerinə, dilçəyini kəsdiyimə dair heç bir sənəddə qeyd edilməyib. Əgər mən onun damarını və yaxud dilçəyini kəssəydim qanaxmadan o, pasiyent 1 saata ölərdi. Əgər əks halda pasiyentin dilçəyin kəsmişəmsə burda nə var ki? Dilçək insan orqanizimində əhəmiyyətli bir rol oynamır! Camaat xoruldayanda biz dilçəyin kəsib götürürük. Bunun xoruldamaya qarşı xeyri var. Xəstənin əməliyyatdan sonra başına gələn hadisələr öz günahı ucbatından baş verib. O, əməliyyatdan sonra turnikdə dartındığı üçün əməliyyat damarları partlayıb. Mən də onun əksər əməliyyatlarında iştirak etmişəm ki, ona nəsə olmasın".

Həkim əməliyyatdan 3 gün sonra xəstənin əməliyyat etdiyi xəstəxanada deyil, 20 saylı poliklinikada tampon çıxarılmasına belə aydınlıq gətirib:

"Hər iki xəstəxanada çalışıram. Sözügedən gün 20 saylıda olduğum üçün pasiyentim Mahmudov Nurlan Tehrab oğlunun tamponun çıxardım. Tamponu hər yerdə çıxarmaq olar və burda qeyri-adi heç nə yoxdur! Xəstə əgər sağalıbsa, harda istəyirsən tut, çıxar".

Elçin Mahmudov həmçinin hadisələrdən sonra pasiyentin əməliyyat pulunun (1000 manat) qaytarılmasına da münasibət bildirib:

"Mən pasiyent Mahmudov Nurlan Tehrab oğlunun dayısıoğlu ilə dostam. O, dedi ki, Allah xatirinə bu ailəyə yardım etmək lazımdır. Məndə bu pulu Allah xatirinə qaytardım. 500 manatını cibimdən, 500 manatı da borc alıb verdim".

Həkim ümumilikdə hesab edib ki, xəstənin qardaşı İlkin Mahmudov ünvanına söylədiyi fikirlər doğru deyil və kökündən yanlışdı.

22.02.2018 (15:27)

Azərbaycan Respublikası, Astara rayonu Siyaku kənd sakini 1991-ci il təvəllüdlü Mahmudov Nurlan Tehrab oğlu 26.12.2017-ci il tarixində Bakı şəhəri, Nəsimi r-nu., A.Məhərrəmov küç., 25B ünvanında yerləşən "Premium Clinic"də burun-boğaz (Burun çəpərinin əyriliyi. Xroniki tonzillit d-kom olunmuş forma) əməliyyatı zamanı həkim səhlənkarlığının qurbanı olub.

BiG.AZ xəbər verir ki, bu barədə Nurlanın qardaşı İlkin Mahmudov Unikal.org-a şikayətində deyib.

O, qardaşının başına gələnləri belə izah edib:

"26.12.2017-ci il tarixində qardaşım Mahmudov Nurlan "Premium Clinic"də burun-boğaz əməliyyatı olub.

Əməliyyatı həkim Elçin Mahmudov aparıb. Elçin Mahmudov sözügedən klinika ilə bərabər, həmçinin 20 saylı poliklinikada çalışır. Əməliyyatdan sonra Elçin Mahmudov "Premium" xəstəxanasının dəhlizində atam Mahmudov Tehrabdan əvvəlcə 1700 manat əməliyyat haqqı tələb edib. Daha sonra 1100 manatla razılaşıb. Pulu cibinə qoyub, qardaşımı əməliyyat günü evə buraxıb. Ödənişlə bağlı "Premium" Klinikasından heç bir qəbz verilməyib. Qardaşım əməliyyatdan 3 gün sonra 29 dekabr 2017-ci il tarixində həkim Elçin Mahmudovun dəvəti ilə çalışdığı 20 saylı poliklinikaya gəlib və burada sözügedən şəxs tərəfindən burnundakı tampon çıxarılıb. Hər şey elə bu gündən sonra başlayıb. Bu zaman güclü qanaxma müşahidə olunub. Həkim yenidən tampon qoyaraq xəstəni evə buraxıb. 04.01.2018-ci ildə Astarada evdə yenidən burun qanaxması oldu. Qanaxma diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirildi. Çoxlu qan itkisindən sonra qanaxmanın qismən qarşısı alınıb və xəstəyə qan köçürüldükdən sonra evə buraxılıb. 06.01.2018-ci il tarixində yenidən burun qanaxması ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya Şöbəsinə daxil olub. Xəstənin qanaxmasını dayandırmaq üçün yardım olunub. İtirilmiş qan köçürülüb. 07.01.2018-ci il tarixində evə buraxılıb. 08.01.2018-ci il tarixində yenidən qanaxma baş verib. Xəstə Bakıya gətirilib .

"Premium Clinic"də həkim səhlənkarlığı: "Boğaz əti yerinə, dilçəyini kəsdi..." - FOTOLAR (YENİLƏNİB)08.01.2018-ci il tarixində saat 22:30-da M.Ə. Əfəndiyev Adına 2 Saylı Şəhər Klinik Xəstəxanasına daxil olub. Xəstənin burnuna ön və arxa tərəfdən tampon qoyulub və qanaxma dayandırılıb. 3 gün xəstəxananın reanimasiya şöbəsində qaldıqdan sonra xəstə Elçin Mahmudovun məsləhəti ilə, Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Müəyyən cərrahi müdaxilələr olunub və nəticə olaraq "Qanaxmanı tam dayandırdıq" deyə bildirdilər. Məlumat üçün qeyd edim ki, Neftçilər Xəstəxanasında olan cərrahi müdaxilədə Neftçilər Xəstəxanasının həkimi Tural Hüseynov ilə birgə Elçin Mahmudov da iştirak edib. Xəstə evə buraxılıb. 20.01.2018-ci il tarixində yenidən qanaxma baş verib və Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və stasionar yardım göstərilib. Elə həmin gün İran İslam Respublikasının Ərdəbil şəhərindəki Hafizi Klinikasına aparılıb. İki dəfə qanaxmanı aradan qaldırmağa cəhd olunmasına baxmayaraq heç bir nəticə əldə edilməyib. Həkimin diaqnozuna əsasən ilk əməliyyatda həkim səhvi nəticəsində burun arterial damarları kəsildiyi üçün onu yandırmaq və yaxud tikmək yolu ilə mümkün olmayacaq. Eyni zamanda Ərdəbil şəhərində müəyyən olundu ki, ilk əməliyyat zamanı "Premium" Xəstəxanasının cərrahı boğaz ətini kəsərkən xəstənin dilçəyini də kəsib götürüb. İran İslam Respublikasının Ərdəbil şəhərindəki Hafizi Klinikasından həkim bildirib ki, yalnız burun anjosu (Transarterial Embolizasiya (Arterial damara daxil olaraq içəridən kəsilmiş damarları bağlamaq) deyilən üsulla bu fəsadı aradan qaldırmaq mümkündür.

"Premium Clinic"də həkim səhlənkarlığı: "Boğaz əti yerinə, dilçəyini kəsdi..." - FOTOLAR (YENİLƏNİB)02.02.2018-ci il tarixində bu proseduranı həyata keçirtmək üçün xəstə Təbriz Xəstəxanasına göndərilib. Təbriz Mərkəzi Xəstəxanası xəstəni qəbul etməyib və bildirilib ki, xəstə harada əməliyyat olunubsa ora aparılsın.

Sonra məlumat aldıq ki, həmin proseduranı həyata keçirən həkim və lazımi avadanlıqlar Bakıda da var. Xəstə 04.02.2018-ci ildə İran İslam Respublikasından Bakıya gətirilib. 05.02.2018-ci il tarixində xəstə Respublika Müalicəvi Diaqnostika Mərkəzində Transarterial Embolizasiya olunub. 26.12.2017-ci il tarixində "Premium" Xəstəxanasında həkim Elçin Mahmudovun əməliyyat zamanı kəsdiyi damarlar embolizasiya olunub".

İlkin Mahmudov qeyd edib ki, 40 gün ərzində dəfələrlə baş vermiş qanaxmalar zamanı qardaşı hər dəfə 2 litrə yaxın qan itiririb: "Qardaşıma təkcə qan köçürməsinə 3000 manat, ümumilikdə isə 11.700 manat pul xərclənib. Bütün bu baş vermiş hadisələrdən sonra həkim Elçin Mahmudov yalnız 1000 manat pulu (500-500 manat) geri qaytarmaqla məsuliyyətdən yayınmağa çalışır. 40 gün ərzində xəstənin və qohumlarının çəkdiyi qorxu və psixoloji sarsıntıları nəzərə almadan Elçin Mahmudov ən azından bizə dəyən 12 min manatlıq ziyanı ödəməli idi. Bu gün qardaşımın səhhəti normallaşıb, amma həkimlər onu 1 il ərzində hər hansı bir yerdə çalışmağa qadağa qoyublar. Əks halda qanaxma yenidən başlaya bilər. Halbuki, qardaşım əməliyyata kimi, usta işləyərək, ailəmizə çörək pulu gətirirdi".

Şikayətçi vurğulayıb ki, məsələ ilə bağlı səhiyyə naziri Oqtay Şirəliyevə şikayət məktubu ünvanlayacaq: "Bununla belə artıq vəkilə müraciət etmişik. Yaxın günlərdə "Premium Clinic" və Elçin Mahmudovla bağlı məhkəməyə müraciət edəcəyik".

"Premium Clinic"də həkim səhlənkarlığı: "Boğaz əti yerinə, dilçəyini kəsdi..." - FOTOLAR (YENİLƏNİB)"Premium Clinic"də həkim səhlənkarlığı: "Boğaz əti yerinə, dilçəyini kəsdi..." - FOTOLAR (YENİLƏNİB)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3521   Tarix: 23 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 314
.

Müştəri bərbərdən narazı qaldı, iş yerini güllələdi - VİDEO

Türkiyənin İstanbul şəhərində müştəri bərbərdən narazı qalıb. BİG.AZ xəbər verir ki, müştəri qiymətin artımın biləndən sonra əsəbləşərək iş yerini güllələyib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin görüntüləri təqdim edirik:

25.04.2024 132
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25.04.2024 266
.

Türkiyədə sürüşmə oldu - VİDEO

Türkiyənin Şırnak vilayətində sürüşmə olub. BİG.AZ xəbər verir ki, hadisə ətrafdakı insanlar tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb. Tonlarla çirkab yığını ağacları kökündən qoparıb kənara çəkdi. Həmin anlar kameraya çəkildi

25.04.2024 98
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25.04.2024 514
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25.04.2024 843
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

25.04.2024 414
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

25.04.2024 332
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 586