Bakıda müəllim qız şagirdinin açıq-saçıq görüntülərini yaydı - MƏKTƏBDƏN AÇIQLAMA

Bakıda müəllim qız şagirdinin açıq-saçıq görüntülərini yaydı - MƏKTƏBDƏN AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 82 saylı orta məktəbin şagirdlərindən birinin valideyni polisə şikayət edib.Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə müraciət edən C.Ş. (şərtidir) bu məktəbdə təhsil alan yeniyetmə qızının açıq-saçıq görüntülərinin yayıldığını bildirib. C.Ş. şikayətində bu məsələdə qızının Ə. (şərtidir) adlı qadın müəlliminin əli olduğunu qeyd edib. Məsələ ilə bağlı BiG.AZ saytı 82 saylı orta məktəblə əlaqə saxlayıb.

Məktəbdən BiG.Az-a verilən məlumata görə, sözügedən hadisə ilə bağlı valideyinin iddiası öz təsdiqini taparsa həmin müəllim haqqında lazımi ölçü götürüləcək:

"Məktəbin direktoru Leyla xanım hazırda məktəbdə deyil. Hadisəni biz özümüz də mətbuatda oxuduq. Əgər iddialar öz təsdiqini taparsa həmin müəllim barəsində tədbir görüləcək. Əlbəttə ki, bu işlərə Bakı şəhəri üzrə Təhsil İdarəsinin qərarı ilə olacaq".

Qeyd edək ki, hadisə ilə bağlı rəsmi məlumatı Bakı şəhəri üzrə Təhsil İdarəsi yayacaq.

Xatırladaq ki, məlumatı Report.Az saytı yayımlayıb.

Aysel Yusifqızı

Bakıda müəllim qız şagirdinin açıq-saçıq görüntülərini yaydı - MƏKTƏBDƏN AÇIQLAMA

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 5326 Tarix: 22.02.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Renat88
Renat88 23.02.2018
O qizin adi cixdi uje yaziq qiz adi cixinca cani cixsaydi meselesine dondu


 
Bozeren
Bozeren 22.02.2018
Bele xeberleri gizli saxlamaq lazimdi. Bilmeyenleride xeberdar edirler


 
Rocstar
Rocstar 22.02.2018
bu nedi alaa biyabirciliqdi