Azərbaycanda bu məmurların övladları həbsə göndərilib - SİYAHI+FOTOLAR

Azərbaycanda bu məmurların övladları həbsə göndərilib - SİYAHI+FOTOLARQanun hamı üçündür. İstər məmur, istər biznesmen, istərsə də sadə vətəndaş ol, etdiyin qanunsuz əmələ görə cəza çəkməlisən. Bu, qanunun tələbindən irəli gəlir. Bir zamanlar dəbdəbəli həyatı ilə dillərdə gəzən məmur övladlarından bəziləri son zamanlar cinayət əməlləri ilə mətbuatın gündəmində yer alırlar.

BiG.AZ Cebhe.info-ya istinadən xəbər verir ki, həbsdə olan məmur övladları ilə bağlı xatırlatma edir.

1.2017-ci il avqustun 3-də, saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi "Mersedes-Gelandawagen" markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törədən Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev həbs olundu. Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə Nail Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycanda bu məmurların övladları həbsə göndərilib - SİYAHI+FOTOLAR2. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun da oğlu həbs edilən məmur övladları siyahısında yer alır. Ötən il Sentyabrın 7-də paytaxtın Səbail rayonunda iki nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən yol qəzası ilə bağlı başlanmış cinayət işi üzrə "Subaru" markalı avtomobilin sürücüsü Arif Rəhimov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

3. Masallı Dövlət Arxiv İdarəsinin rəisi Daşqın Nəzərovun oğlu rayonda avtomobil yolunu keçmək istəyən 11 yaşlı oğlanı vurub. Bu hadisə bağlı ətraflı məlumat yoxdur. Qəza törədən məmur oğlunun həbs olunub-olunmadığı məlum deyil.

4. Ağdaş rayon İcra Hakimiyyəti başçısının müavini Əsgərxan Həsənovun oğlu İlqar Həsənov 30 gün müddətinə həbs edilib. Belə ki, Ağdaş rayon Məhkəməsi törətdiyi qəzadan sonra İlqar Həsənovun inzibati həbsi haqqında qərar qəbul edib. Bundan başqa, məhkəmənin qərarı ilə İlqar Həsənov iki il müddətinə avtomobil idarə etmək hüququndan da məhrum edilmişdi. Onun qəza törədərkən içkili vəziyyətdə olduğu deyilirdi.

5.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin keçmiş müavini Novruzəli Orucovun oğlu da ötən il həbs edilib. Generalın oğlu Rüstəm Orucov avtobus sürücüsünü döydüyü üçün Binəqədi Rayon Polis İdarəsi onun barəsində Cinayət Məcəlləsinin 221.2.1 maddəsi üzrə cinayət işi açıb. Məhkəmənin qərarı ilə həbs olunub.
Azərbaycanda bu məmurların övladları həbsə göndərilib - SİYAHI+FOTOLAR6.Həmçinin, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli avtoqəzada "Makdonalds" şirkətinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin həyatına son qoyduğu üçün həbs həyatı yaşayıb. Lakin o, bir müddət həbsdə qaldıqdan sonra səhhəti ilə əlaqədar şərti azadlığa buraxılıb.

7."Xəzər Dəniz Gəmiçilik" QSC-nin keçmiş rəis müavini Mübariz Mədətovun oğlu da həbs olunanlardandır. Ancaq hal-hazırda Mübariz Mədətovun oğlu Xalid Mədətov azadlıqdadır. O, ötən ilin sonlarında azadlığa buraxılıb.

8.Bakı Şəhər Baş Polis İdarəsinin (BŞPİ) rəis müavini, general-mayor Həsən Şirinovun bacısı oğlu Cahangir Əliyev də məhkəmə qərarını icra etmədiyinə görə barəsində 20 günlük həbs qərarı verilib.

Azərbaycanda bu məmurların övladları həbsə göndərilib - SİYAHI+FOTOLARHəbs olunan məmur övladları ilə yanaşı, işi hələlik məhkəməlik olanlar da var.

"Azərbaycan Dövlət Dəmiryolları" ASC-nin sabiq direktoru Arif Əsgərovun oğlu, "Liman Group" şirkətinin rəhbəri Elnar Əsgərovun ifadə verəcəyi məhkəmə martın 2-nə təyin olunub. Qeyd edək ki, Elnar Əsgərov dələduzluqda ittiham olunan qohumu Rahib Hüseynovun cinayət işi üzrə məhkəməyə cəlb olunub. İttihama görə, E. Hüseynov Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manatı dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb. E. Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
Azərbaycanda bu məmurların övladları həbsə göndərilib - SİYAHI+FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6701   Tarix: 07 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ukrayna: Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi nəticəsində 8 nəfər həlak olub, 29 nəfər yaralanıb

Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 8 nəfər ölüb, 29 nəfər yaralanıb. Bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Açıqlamada Dnipro şəhərində 5 mərtəbəli bir mənzilin vurulduğu bildirilib. Bu hücum nəticəsində 2 nəfərin öldüyü

19.04.2024 351
.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

19.04.2024 424
.

"Ata və ananın sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Ramidə Oqtayqızı bildirib ki, uşaqlara sevgi, qayğı göstərmək, onlarla ünsiyyət qurma

19.04.2024 298
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19.04.2024 425
.

"Efirdə qısa geyinməyi yaraşdırmıram"

Aparıcı Xoşqədəm Hidayətqızı qısa geyinən aparıcılardan danışıb. Axşam.az xəbər verir ki, o, bu haqda sosial şəbəkədə canlı yayımda danışıb. Hidayətqızı bildirib ki, efirdə qısa geyinməyi aparıcıya yaraşdırmır:. "Efirdə qısa, açıq geyinmək. Qonağım geyinə bilər. Amma mən aparıcı, junalist olara

12:16 73
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19.04.2024 263
.

Paşinyan Almaniyanın KfW Bankının nümayəndə heyətini qəbul edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya İnkişaf Bankının (KfW) nümayəndə heyətini qəbul edib. xəbər verir ki, müzakirələr bankın iştirakı ilə Ermənistanda yeni enerji sektoru layihələrinin potensial reallaşdırılması ətrafında gedib. Paşinyan Ermənistan və Almaniya arasında əməkdaşlığın davaml

19.04.2024 192
.

Pensiyaya yalnız bu qadınlar daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

19.04.2024 619
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

19.04.2024 984