Bakıda fəhlə işləyən gənc özünü asdı - Cəmi 24 yaşı var idi...

Bakıda fəhlə işləyən gənc özünü asdı - Cəmi 24 yaşı var idi...
Səbail rayonunda gənc oğlan intihar edib.

Hadisə Badamdar qəsəbəsində qeydə alınıb. 1994-cü il təvəllüdlü Cabbarov Elxan Qasıməli oğlu yarımtikili binada özünü asıb.

Məlum olub ki, o, həmin tikilidə fəhlə kimi çalışıb. Hadisənin baş verdiyi əraziyə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin və Səbail Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

mənbə: report

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 610 Tarix: 21.02.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol