Azərbaycanda dörd uşaq anasına qarşı biabırçılıq: Nazirlik işə qarışdı

Azərbaycanda dörd uşaq anasına qarşı biabırçılıq: Nazirlik işə qarışdı

Səhiyyə Nazirliyi tərəfindən 4 övlad anası olan Vlənaz Hüseynovanın baxımsız vəziyyətdə qalması və əməliyat üçün 500 manat rüşvət tələb olunması məsələsinə aydınlıq gətirilib.

BiG.AZ xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Sonxeber.az-a açıqlamasında bildirib ki, həkimlər Hüseynova Vlənazın əməliyyata ehtiyacı olmadığını deyib.

Onun sözlərinə görə, H. Vlənaz nəzarət altında saxlanılır:

"Xəstəyə yumurtalığın kistası diaqnozu qoyulub. Lakin, şiş kiçik olduğundan həkim xəstəyə resept yazaraq evə buraxıb. H. Vlənaz əməliyyat yox müalicə lazımdı.Ona lazımi yardım göstəriləcək. Əməliyyata göstəriş olmayıb". - deyə S.Əhmədova bildirib.

Qeyd edək ki, mətbuatda Lənkəran rayonu Günəhir kənd sakini Elbəy Hüseynovun həyat yoldaşı Hüseynova Vlənaz Sərdar qızına Lənkəran Rayon Mərkəzi Xəstəxanasının həkimləri tərəfindən laqeydlik göstərilməsi ilə bağlı məlumat yayılıb. Elbəy Hüseynov dünən gecə saatlarında vəziyyəti ağırlaşan həyat yoldaşını xəsətxanaya aparsa da həkimlərin ondan əməliyyat üçün 5 yüz manat pul tələb etdiklərini deyib.

Azərbaycanda dörd uşaq anasına qarşı biabırçılıq: Nazirlik işə qarışdı

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3341 Tarix: 20.02.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər