"Xəbər yayıldı ki, Aygün Bəylər mənə ərə gəlir" - O, gizlinləri açıb tökdü - MÜSAHİBƏ

"Xəbər yayıldı ki, Aygün Bəylər mənə ərə gəlir" - O, gizlinləri açıb tökdü - MÜSAHİBƏTürkiyədə yaşayan, "Avropa prodüseri" kimi tanınan Sultan Mustafayev "Yeni Müsavat" qəzetinin redaksiyasında qonaq olub.

Musavat.com-un suallarına cavab verən prodüser ilə Bakıya gəliş səbəbindən, şou-biznesdə yaşanan qalmaqallardan, dostu Aygün Bəylərdən və televiziyaların hazırkı durumundan danışdıq.

- Bakıya gec-gec gəlirsiniz, gələndə isə mediadan uzaq gəzirsiniz. Bu dəfə gəliş səbəbiniz nədir?

- Dostlarımı başıma toplayıb doğum günümü qeyd etməyə gəlmişəm. Bundan əlavə, bir çox məsələlərlə bağlı açıqlamalarım olacaq. Aygün Bəylərin toyu olması ilə bağlı məsələyə aydınlıq gətirəcəyəm. Müğənni Damla ilə aramızda yaşananları açıqlayacağam.

- Aygün Bəylərin adı çəkilmişkən, siz də müğənninin toyu olacağını demişdiniz. Sonra ifaçı efirə çıxıb dedi ki, hər kəsi aldadıb. Bu durumda siz də yalançı duruma düşdünüz. Məsələnin əsli necə olub?

- Toy olacaqdı. Toya az zaman qalmış bəzi şeylər baş verdi. Aygün xanım qəti qərar verib, o bəydən ayrıldı. Bu gün Aygün Bəylər sənətdən tamamən uzaqlaşıb. Toy olmayacaq. Aygün xanım "Səhər-səhər" verilişində zarafata dedi ki, toy söhbəti yalan idi, layihə üçün edib. 42 yaşlı gənc xanımdır, ailə qurmaq onun da haqqıdır. Sadəcə bəzi məsələlər Aygün xanımın ürəyincə olmadı və bu izdivac baş tutmadı. Hazırda Aygün xanımın başı ailəsinə qarışıb.

- Aygün Bəylər toyu olacağı təqdirdə, sizinlə yollarını ayıracaqdı. Bunu siz açıqlamışdınız. Indi isə yenidən birlikdəsiniz. Onun bu addımına görə siz tərəfinizdən inciklik olmadı ki?

- 7 ilə yaxındır ki, birlikdə fəaliyyət göstəririk. Bizimki dostluq, qardaşlıqdır. O sənətkardır, mən onun arxasında durub özümü reklam etmirəm. Aygün xanım evdar qadın olmaq istəyirdi. Mən də razı olmurdum. Bu dəfə Bakıya gələndə Aygün xanım zəng etdi, söhbətləşdik. Onun bu sahədə yeganə dostu mənəm. Çünki sənət aləmini əxlaqsızlar bürüyüb, artıq efirə çıxıb pornoqrafiya göstərirlər. Aygün xanım da deyir, mənim sənətim, əxlaqım var, onlarla dostluq etmək mənə yaraşmaz. Hər kəs də bilir ki, Aygün Bəylər öz sənəti ilə irəli gedib. Onun üçün gic-gic reklamlar, əxlaqsız işlər görmək maraqlı deyil. Elə konserti olub ki, öz cibindən pul ödəyib, qapı-qapı düşüb sponsor axtarmayıb. Özünüz də bilirsiniz ki, Azərbaycanda konsert vermək necə çətindir. Gedib sponsora deyirlər ki, qurban olum, səni sevirəm, mənə 100 min pul ver. Aygün Bəylər elə xanım deyil. Ona görə də ona qarşı qara piar kampaniyaları qurulub. Guya, mən Aygün xanımla ailə qururam. Bunlar cəfəngiyyatdır. Aygün Bəylər mənim dostum, qardaşımdır, böyüyümdür, ustadımdır.

- Dediniz ki, Aygün Bəylər ailə qurmasa da, sənətdən gedib. Sənətdən getməyinin səbəbi küskünlük ola bilər?

- Onun altında küskünlük, inciklik də var. Bu gün sənətkarlar layiq olduğu münasibəti görmür. Efirə ancaq bədənini göstərənlər, əxlaqsızlıq edənlər çıxarılır. Aygün xanım da deyir, o şeylərə namusum imkan vermir. Bədənimi açıb göstərə bilmərəm ki, məni axşam otelə apar, mənimlə görüş. Yaxşısı budur ki, evdə oturum.

- Aygün Bəylərlə Röyanın məhkəməsi davam edir. Bu qalmaqalı öz aralarında həll etməkləri daha doğru deyildimi?

- Röya mənə yazmışdı, zəng etmişdi. Mən də ona təklif etdim ki, öz aramızda həll edək. Sonra Röya məhkəmə yolunu seçdi. 2012-ci ildə mən Röyanın konsertini təşkil etmişəm. Gəlin, düzgün danışaq. Artıq maskalar cırıldı. Aygün xanım konservatoriya bitirib, həm müğənni, həm bəstəkardır. 7-8 dildə mahnı oxuyur. Röya da gözəl insandır, populyardır. Balaca səsi ilə özünü sevdirib. Amma o, "Qarabağ şikəstəsi" oxuya bilməz. Düşünürəm ki, ikisi də oyunun qurbanına çevrilib.

- Röyanın Türkiyədəki fəaliyyəti birmənalı qarşılanmır. Kimisi deyir, uğur qazanıb, kimisi də deyir, boş yerə pul xərcləyir. Türkiyədə yaşayan biri olaraq, siz necə düşünürsüz, orada Röyaya münasibət necədir?

- Röyanın orada apardığı piar kampaniyası gözəldir, alqışlayıram, amma nəticə yoxdur. O Gülşəndən 1 mahnının sözlərini 100 min dollara alır. O pulu azərbaycanlı bəstəkara versə, daha yaxşı mahnı alar. O mahnı ilə nə etdi? Mahnısı 1-2 dəfə "Kral TV"də getdi. Azərbaycanda bir mahnının efirdə verilməsi 5-6 min manatdırsa, Türkiyədə 20-30 min dollardır. Əcnəbi olduğun üçün daha çox ödəyirsən. Röyanın pulu varsa, iş görsün. Amma mənə elə gəlir ki, onun əldə etdiyi uğur deyil. "Altın Kelebek" mükafatı alanda Türkiyə mətbuatı Röya haqqında nə qədər neqativ məlumat yazdı. Orxan Gəncəbay da müsahibə verdi ki, bu nominasiya haradan çıxdı? Biz artıq maskalanmışıq, bizə nəyi verirlərsə, onu yeyirik. Amma mən bunlara göz yuma bilmərəm. Ona görə düzünü danışıram.

- Hətta iddia olundu ki, Nigar Camal 100 min pul verib mükafatı alıb, amma sonda Röyaya verilib.

- Onu dəqiq deyə bilmərəm. Amma Röyanın uğurunu təbrik etmişdim. Mənim fikrimcə, Nigar Camalın Röyadan böyük sənəti var. Sadəcə, Röyanın gücü və imkanı daha çox olduğu üçün mükafatı ona veriblər.

- Müğənni Damla ilə münasibətiniz necədir? Barışığınız həqiqidirmi?

- Yay boyu Damlanı anti-reklam etmişdim. Bunun səbəbi o idi ki, mənə pul "atmışdı". Mən ona deyəndə ki, məsələni sakit həll edək, mənə vulqar cavab verdi. O zaman dedim ki, səni tapdalayıb keçərəm. Keçdim də. Bunu bütün Azərbaycan gördü. Prodüseri Şamil mənə zəng edib dedi ki, Damla sizi evinə dəvət edir. Razılaşmadım. Sonra Şamillə görüşdük. Dedim, gəl, bunu efirdə həll edək. Razılaşdıq, Türkiyəyə getdim. Qayıtmışam, amma məsələ hələ həll olunmayıb. Mənim hesabıma yayda Damla xeyli pul qazandı. Halal xoşu olsun. Onlardan cavab gözləyirəm. Onu da deyim ki, o pul mənə çatdı. Sadəcə üz-üzə barışıq olmayıb.

Mən Damlanı Sumqayıtda 30 manata toy oxuyandan tanıyıram. Mənim Damlaya qarşı hirsimin soyumasının səbəbi mənə borclu olduğu pulu qaytarması deyil, İsraildə yaşayan bir dostum mənə təklif etdi ki, Damla ilə sizi barışdırım. Onun xətrinə soyumuşam. Bu gün münasibətimiz yoxdur. Barışmamışıq, şərtimi yerinə yetirsələr, onlarla normal münasibət saxlayaram.

- Kənardan şou-biznes necə görünür? Narazılığınız nədəndir?

- İlk narazılığım telekanallardandır. Hər insan öz yerinə işləməlidir. Hər müğənni bir sayt açıb, digər həmkarını "vurur". Bu doğru deyil. Neçə dəfə Aygün Bəylərin ölüm xəbəri yayıldı, anası komaya düşdü. Müğənnilər efirdə ağzına gələni danışır. Efirdə pornoqrafiya açıblar. Biri ağzına banan alır, biri kolbasa göstərir, biri pul cırır. Onlar qudurub, harınlayıb. Deyir, ağayam, istədiyimi edərəm. Röya söhbətindən sonra bəzi televiziyalar mənə qadağa qoyub. Çünki Röyanın dostudurlar. Istəyir bütün telekanallar məni "zapret"ə qoysun. Düz olanı deyəcəyəm. Mən "Ay Zaur"un verilişinə çıxan deyiləm. İnsanlarla məzələnir, o əxlaqsızlığın birinci nümunəsidir. O gün biri çıxıb tül paltarla, ayağını qaldırıb. Mənim elə verilişlərə ehtiyacım yoxdur. Mənə ömürlük qadağa qoysunlar.

- Müsahibədən öncə söhbət edəndə dediniz ki, Türkiyədə veriliş açmaq istəyirsiniz. Sizin verilişin formatı necə olacaq?

- Maqazin verilişi olacaq. Qonaqlarımızla gündəmi müzakirə edəcəyik, hər iki ölkənin şou-biznesini müqayisə edəcəyik. Tam fərqli veriliş olacaq. Mən şou aləmindəki digər insanlara bənzəmirəm. Heç kim məni yönləndirə bilməz. Kiminsə sözü ilə kimisə "vurmaram". Bizdə tənqidi təhqir kimi qəbul edirlər. Türkiyə şou-biznesinə baxaq. Hər şeyləri üzdədir. Yataqlarına, evlərinə qədər göstərirlər yaşadıqları kişilər, qadınlar bəllidir. Bizdə isə gizlədirlər. Əslində kimin-kim olduğunu hamı bilir. Bu qədər xoflu olmaq lazım deyil.

- Bəs gizliliyin səbəbi nədir? Qınaqdan qorxurlar?

- Bizim müğənnilər heç kimə lazım deyil. Azərbaycanda isə ancaq toyxana üçün lazımdırlar. Hansı müğənnimiz Türkiyədə anşlaqla konsert verir? Hansı Avropa səhnəsinə çıxır? Ancaq muğam dövlət xətti ilə dəstəkləndiyi üçün tanınır. Bizdə müğənnilər düşməndir. Bir müğənninin ki, 21 dənə düşməni var, inkişafdan necə danışa bilərik? Röya 21 müğənni ilə danışmır. Bu böyük göstəricidir.

- Müğənnilər bir-birinin uğuruna niyə sevinmir?

- Onların sevinməsi üçün içlərində insanlıq, rəhm olmalıdır. O da 90 faiz müğənnidə yoxdur. 3 ildir ki, İstanbulda yaşayıram. 50 müğənni ilə işləmişəm. Onlardan 3-4-ü mənimlə əlaqə saxlayıb. Qalanı Bakıda görəndə yalandan can yandırır. Hamısı maskalanıb.

- Səmimi müğənnilər kimlərdir?

- Səmimi ancaq Aygün Bəylərdir. Həm xalqa qarşı səmimidir, həm də sənəti var. Ona görə ona inanıram. O həyatını sənətinə fəda edib. Indiki gənclər sənəti başa düşmür. İndi Üzeyirə, Şəbnəm Tovuzluya qulaq asırlar. Mən musiqi üçün mübarizə aparıram. Mənə deyirlər ki, bir gün səni öldürəcəklər. Deyirəm ki, bir Allaha can borcum var, bəndədən qorxmuram. Heç kimin ərini, arvadını əlindən almamışam, heç kimə sataşmamışam. Ona görə qorxum yoxdur.

- Aygün Bəylərin sənətdən getdiyini dediniz. Bundan sonra kiminləsə çalışmaq istəyirsiniz?

- Heç kimlə işbirliyi qurmayacağam. Allah ona ömür versin. İstəyirəm ki, fikrini dəyişim.

- Son iki ildə qalmaqallar səngimişdi. 2017-ci ilin sonlarından qalmaqal yenidən dəb halını aldı.

- İt ili olduğu üçün qalmaqal artıb. Müğənnilər ağa olmaq istəyir. Allah İlhamə Quliyevaya rəhmət eləsin. O dahi idi, hamısının səsini kəsmişdi. Heç biri danışa bilmirdi. Indi şou-biznes anasız qalıb. Indi 3 partiya yaranıb. Hərə bir partiyaya başçılıq etmək istəyir. Onun nəticəsində qalmaqallar başlayıb. Həm də işsizlikdir. Yanvar-fevral ayı boşluqdur, oturub "İnstagram"da ağzına gələni yazır. Sonra 30 gün toyda olur. Mənim də başıma gəlib, efidə qalmaqallı çıxış etmişəm. Ondan sonra 30 gün toyda olmuşam. Deməli, kütləyə maraqlıdır.

- Heç tənqidi fikirlərinizə görə müğənnilər və ya sevgililəri tərəfindən hədələnmisiniz?

- 2008-ci ildə bir müğənninin sevgilisi hədə-qorxu gəlmişdi ki, telekanala çıxsan, sən öldürtdürəcəyəm. Mən də efirə çıxıb, sözümü dedim. Allaha şükür ki, yaşayıram. Yay ərəfəsində də 1 dəfə zəng gəlib. Özünü Dalmanın sevgilisi kimi təqdim edən şəxs dedi ki, səni tapıb öldürəcəyik. Bundan başqa heç bir problem yaşamamışam.

"Xəbər yayıldı ki, Aygün Bəylər mənə ərə gəlir" - O, gizlinləri açıb tökdü - MÜSAHİBƏ"Xəbər yayıldı ki, Aygün Bəylər mənə ərə gəlir" - O, gizlinləri açıb tökdü - MÜSAHİBƏ"Xəbər yayıldı ki, Aygün Bəylər mənə ərə gəlir" - O, gizlinləri açıb tökdü - MÜSAHİBƏ"Xəbər yayıldı ki, Aygün Bəylər mənə ərə gəlir" - O, gizlinləri açıb tökdü - MÜSAHİBƏ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3181   Tarix: 20 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059