Maral Tahirqızının ailəsində FACİƏ - FOTO

Maral Tahirqızının ailəsində FACİƏ - FOTO
Müğənni Maral Tahirqızının bacısı həkim səhlənkarlığının qurbanı olub.

BiG.AZ xəbər verir ki, bu barədə Sonxeber.az-a ifaçı özü məlumat verib. Onun sözlərinə görə, bacısı Leyla xanım həkim səriştəsizliyi nəticəsində komaya düşüb:

"Bacım Leyla Gülməmmədova revmatizmdən əziyyət çəkirdi, oynaqlarında şiddətli ağrılar olurdu. Bakının məşhur klinikalarından birinə apardıq, müalicə almağa başladı. Amma təəssüf ki, xəstəxanada o qədər iynə-dərman vurdular ki, ayağı inkişafdan qaldı. Bacım həkim səhlənkarlığının qurbanı oldu. Qəfil halı pisləşdi və reanimasiya şöbəsinə yerləşdirdik. Bizə xəstəxanadan dedilər ki, o sağalacaq. Reanimasiyada yatanda ağzından da su gəlirdi. Həkim onun dişini çəkdiyini bizdən gizlətmişdi. Komada yatan adamın dişini çəkərlər? 13 gün reanimasiyada yatdı və dünyasını dəyişdi".

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2233 Tarix: 20.02.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər