Daha bir rejissorumuz ağır xəstəliyə tutuldu - Təcili əməliyyat olunacaq - FOTO

Daha bir rejissorumuz ağır xəstəliyə tutuldu - Təcili əməliyyat olunacaq - FOTO

Tanınmış rejissor Şahin Qəhrəman təcili əməliyyat olunacaq.

BiG.AZ xəbər verir k, bakupost-a daxil olan məlumata görə, təsadüfi müayinə zamanı ona "xərçəng” diaqnozu qoyulub və təcili əməliyyata yazılıb.

Əməliyyat 22 fevral tarixində özəl klinikalardan birində baş tutacaq.

Rejissor xəbəri açıqlamasında qismən təsdiqləyib: "Sidik kisəmdə şiş aşkar olundu. Bir neçə həkim dedi ki, bu, xərçəngdir. Amma sonra tanıdığım, güvəndiyim bir tanınmış həkimə getdim. O bildirdi ki, həmin şişin "xərçəng” olması ehtimalı azdır. Amma əməliyyat mütləq olmalıdır və həmin törəmənin nə olduğu əməliyyatdan sonra dəqiq bilinəcək. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.

Məlumat üçün bildirək ki, 1979-cu il təvəllüdlü Şahin Qəhrəman "Dəfnə ağacı”, "Günəşim ol”, "Səni ürəyim sevdi”, hazırda ATV-də yayınlanan "Laləli saray” seriallarının və "Ögey ata” kinokomediyasının rejissorudur.

Daha bir rejissorumuz ağır xəstəliyə tutuldu - Təcili əməliyyat olunacaq - FOTO

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1857 Tarix: 20.02.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər