Musiqi məktəbinin müəllimləri maaşlarını ala bilmirlər: Səbəb büdcədə pulun olmaması göstərilir

Musiqi məktəbinin müəllimləri maaşlarını ala bilmirlər: Səbəb büdcədə pulun olmaması göstərilirPaytaxtda fəaliyyət göstərən musiqi müəllimləri maaşlarını ala bilmir. Məktəb direktorlarına bu məsələni diqqətdə saxlamaq və onların şikayətlərinin ictimailəşdirilməsinin qarşısının alınması tapşırılıb. Maaşlarının böyük hissəsinin kəsiləcəyi haqqında heç bir rəsmi əmr və məlumat olmadan dekabrdakı maaşda müəllimlər surprizlə qarşılaşıblar. Yeni il hədiyyəsi olaraq Bakı Şəhər Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin tapşırığı ilə bütün müəllimlərin maaşların demək olar ki, tam yarısı kəsilib.

BiG.AZ-a müraciət edən müəllimlərin sözlərinə görə səbəb kimi büdcədə pulun olmaması göstərilir. Yaranmış vəziyyətlə bağlı müəllimlər müxtəlif orqanlara kütləvi şəkildə şikayət etməsi Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsində narahatlıq yaradıb. Müəllimlərin dediyinə görə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalovun tapşırığı ilə Musiqi təhsili və incəsənət sektorunun müdiri Bətulə Məmmədəliyeva "WhatsApp" vasitəsilə direktorlara səs ilə müraciət etməyi tapşırıb. Həmin səsdə deyilir ki, müəllimlərin narahatçılığına ehtiyac yoxdur. Bütün maaşlar yanvarda ödəniləcək.

Məlum məsələ ilə bağlı Bakı Şəhəri uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin müəllim kollektivi prezidentə müraciət ediblər.

BiG.AZ həmin müraciəti oxuculara təqdim edir:

"Hörmətli cənab Prezident,

Adları qeyd olunan Bakı şəhəri uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin müəllimləri (siyahı əlavə edilir) Sizə hüquq və azadlığımızın təminatçısı kimi müraciət edir.Belə ki 2017-ci ilin dekabr ayından əmək haqqlarımızın demək olar ki tam yarısı əsassız şəkildə, heç bir rəsmi göstəriş olmadan kəsilir. Nəticədə bir çoxlarımızın əmək haqqları dövlətin təyin etdiyi yaşayış minimumundan da aşağı olmuşdur. Bu isə Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 6-cı bəndindəki " hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq " hüququnu pozur. Bu haqqda hətta Mədəniyyət və Turizm Nazirliyi rəsmi açıqlama verərək kəsilən əmək haqqlarınının veriləcəyini və yanvar ayında problemin aradan qaldırılacağını vəd etmişdir. Lakin məsələ hələ də həllini tapmamışdır. Sizə müraciət edəcəyimizdən xəbər tutan Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov məktəb direktorlarına narazı olan müəllimlərin qarşısını almaq və bu işdə aktiv olan müəllimlər haqqında tədbir görmək tapşırığını vermişdi. Bu tapşırığı isə musiqi təhsili və incəsənət sektorunun müdiri Bətulə Məmmədəliyeva direktorlara şəxsən söyləmişdir. Direktorlar da öz növbəsində bizə bu gün də təzyiqlər edir və işdən çıxaracaqları ilə hədələyirlər. Buna baxmayaraq, durmadan artan narazılıqların nəticəsində 01.02.2018- ci il tarixində bir qrup müəllim idarəyə çağırıldı. Bizi qəbul edən Vuqar Zeynalov bizə heç bir köməklik göstərə bilməyəcəyini, əmək haqqlarımızın daha çox faizlə ilin sonuna qədər kəsiləcəyini və bu problemin yaranmasında Maliyyə Nazirliyini günahlandırdı.

Hər gün dövlətimizin iqtisadi göstəricilərinin durmadan artdığı bir vaxtda bizə büdcədə vəsaitin olmadığını söyləməkləri təəccüblü və həqiqətdən uzaq bir fikir kimi gəlir. Biz şərəfli müəllim adını sevə-sevə daşıyırıq. Nəticədə şagirdlərimizin arasında respublika və beynəlxalq müsabiqələr laureatları, qalibləri kifayət qədərdir. Aramızda Sizin tərəfdən yüksək dəyər və diqqətə layiq görülən əməkdar müəllimlər də var. Lakin Prezident seçkiləri öncəsi xaql arasında narazılıqlar yaradan, təxribat aparan şəxslərin olmağı bizi çox məyus edir. Biz hesab edirik ki, onlar Sizə, millətinə, xalqına, vətəninə xəyanət etmiş sayılırlar.

Bütün bunları nəzərə alaraq yardım üçün Sizə müraciət edirik. Xahiş edirik məsələni müvafiq tapşırığınız əsasında araşdırasınız. Əminik ki Sizin sayənizdə bu haqsızlığa, qanunsuzluğa səbəbkar insanlar layiqli cəzasını alacaqlar".

Qeyd edək ki, məslə ilə bağlı Mədəniyyət və Turizm Baş İdarəsinin İnformasiya və İctimaiyyətlə əlaqələr sektoru ilə əlaqə saxladıq. Onlar yarım saat ərzində cavab verəcəklərini bildirsələr də sonradan suallarımızı cavablandırmayıblar.

Mövqelərini dərc etməyə hazırıq.

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 756   Tarix: 20 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Uçot dərəcələrinin real iqtisadiyyata təsiri yetərincə deyil"- Ekspert

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25% saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib. İqtisadçı ekspert Emin Qəribli -a bildirib ki

28.03.2024 238
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b

28.03.2024 190
.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

28.03.2024 318
.

Narkotikə anası ilə birgə başlayan Tupakın müəmmalı ölümü - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı tarixin ən böyük hip-hop sənətçilərindən biri olan Tupak Amaru Şakura həsr olunub. Tupak Amaru Şakur 16 iyun 1971-ci ildə Nyu-Yorkda anadan olub. Doğulanda adı LesEyn Periş Kruks olub. Bu a

28.03.2024 140
.

"Crocus City Hall"un bərpası neçə milyona başa gələcək? - Emin Ağalarov AÇIQLADI

"Crocus City Hall"ın konsert zalının yenidən tikintisi 150 milyon dollara (təxminən 255 milyon AZN) başa gələcək. Bunu "Crocus Group"un sahibi Araz Ağalarovun oğlu, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov deyib. Onun sözlərinə görə, 15 il əvvəl kompleksi

28.03.2024 447
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28.03.2024 259
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28.03.2024 455
.

Paşinyan Qarabağ separatçılarından imtina etdi: "Tanımırıq"

Ermənistan sürgündə olan heç bir "Dağlıq Qarabağ hökuməti"ni tanımır. Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında bildirib. Onun sözlərinə görə, belə açıqlamalar Ermənistanın milli təhlükəsizliyini təhdi

28.03.2024 322