"Zeytun budağı" əməliyyatı masada: Türkiyə ilə Rusiya strateji müttəfiq ola bilməzlər

"Zeytun budağı" əməliyyatı masada: Türkiyə ilə Rusiya strateji müttəfiq ola bilməzlərTürk əsgərlərin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" antiterror əməliyyatı 32 gündür davam edir. 32 gün ərzində ümumilikdə 1715 terrorçu öldürülüb. Türkiyə Afrin əməliyyatını uğurla başa çatdırdıqdan sonra Rusiya, İran və ABŞ-la münasibəti yenidən gərginləşə bilərmi?

BiG.AZ-a açıqlama verən "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli qeyd edib ki, Türkiyənin Afrin əməliyyatını uğurla başa çatdırmaqdan başqa seçimi yoxdur: "Əməliyyat uğurla başa çatdıqdan, terrorçu qruplar zərərsizləşdirildikdən və Türkiyənin sərhədlərinin toxunulmazlığı təmin edildikdən sonra yaranmış reallıqla hər kəs barışmaq məcburiyyətində qalacaq: "Müasir dünyada yalnız güclə hesablaşırlar. Zəifləri isə heç kim sevmir. Şübhəsiz ki, Türkiyənin öz sərhədləri yaxınlığında, Suriya ərazisində geniş təhlükəsizlik zolağı yaratması bəzi ölkələri, o cümlədən Rusiya və İranı narahat edəcək. Türkiyə bu zolağın eninin 70 km olması barədə iddialarını dilə gətirib. ABŞ isə 30 km eni olan təhlükəsizlik zolağı ilə bağlı dolayısıyla razılığını ifadə edib. Nəzərə almaq lazımdır ki, Türkiyə-Suriya sərhədi 911 km təşkil edir. Əgər təhlükəsizlik zolağı 70 km olarsa bu 63 min 770 kv. km. ərazi deməkdir. Təxminən Latviyanın ərazisi qədər. Təbii ki, bu məsələ bəzi ölkələrlə ziddiyyətlərin yaranmasına səbəb olacaq. Bir məqamı qeyd etmək istəyirəm: Hələ illər öncə Türkiyə və Rusiya münasibətlərinin bəlli bir nöqtədən, xüsusilə də iqtisadi müstəvidən irəli gedə biləcəyinə inanmadığımı demişdim. Bu gün də qənaətimi dəyişməmişəm. Türkiyə və Rusiya tarixi rəqiblərdir. Hər iki ölkənin geosiyasi maraqları var və bu maraqlar da heç vaxt bir-biri ilə uzlaşmayacaq".

"Zeytun budağı" əməliyyatı masada: Türkiyə ilə Rusiya strateji müttəfiq ola bilməzlərElçin Mirzəbəyli vurğulayıb ki, Türkiyə ilə Rusiya indiki şərtlər altında heç vaxt strateji müttəfiq ola bilməzlər: "Mən bu məsələdə Aleksandr Duqinin ABŞ, Britaniya və Almaniya geosiyasi nəzəriyyəçilərindən mənimsədiyi və Rusiyanın əyninə biçməyə çalışdığı ideyalarının film ssenarilərindən uzağa getməyəcəyini düşünürəm. Duqin praktik geosiyasi nəzəriyyəçi, analitik deyil. Onun türk-slavyan birliyinə söykənən Avrasiya İttifaqı haqqında nəzəriyyələri klassik qərb geosiyasət məktəbinin təsri altında formalaşmış fəlsəfi mülahizələrdir. Bu baxımdan da Duqinin təsiri altında olan Türkiyə avrasiyaçılarının perspektivi olmayan bir fəaliyyətlə məşğul olduğunu düşünürəm. Rusiya da, İran da bölgədə Türkiyənin rəqibləridir. Ortaq maraqlarla bağlı razılaşmalar ola bilər, amma ölkələrin strateji hədəflərinin nə zamansa uzlaşacağını düşünmürəm".

"Zeytun budağı" əməliyyatı masada: Türkiyə ilə Rusiya strateji müttəfiq ola bilməzlərDeputat Aydın Hüseynov bildirib ki, Türkiyə son 2-3 ildə müxtəlif terror hadisələri ilə qarşılaşdı: "Daim Türkiyə terror təhdidləri ilə üzləşir. Bu dövlət də millətini qorumaq üçün terrorçulara qarşı çox düzgün əməliyyat aparır. Türkiyənin məqsədi ölkədəki terror təhlükəsinin qarşısını almaqdır. Əslində Türkiyənin terrorla mübarizəsini İran və digər Avropa ölkələri alqışlamaldır. Terrorizmə və silahlı quldurlarla qarşı mübarizə məncə hər kəsin maraq dairəsində olmalıdır. Türkiyə böyük dövlətçilik ənənələrinə sahibdir. Öz maraqları çərçivəsində siyasətini düzgün qurur. Atdığı addımlarının məqsədi də vətəndaşlarını qorumaqdır. Bunu da hər kəs başa düşməlidir".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1325   Tarix: 20 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870