Qısa geyinən xanım aparıcıları TOPA TUTDU: "Dizini divanın dalında gizlədir"

Qısa geyinən xanım aparıcıları TOPA TUTDU: "Dizini divanın dalında gizlədir"
Tanınmış şair Vahid Əziz aparıcıların bostanına daş atıb.

Yenicag.az-a açıqlama verən şair keçmiş aparıcılarla indikiləri müqayisə edərək, onların geyim zövqündən gileylənib:

“O vaxtlar cəmi bir televiziya vardı – AzTV. Hər gün qızlar, oğlanlar səbirsizliklə gözləyirdilər ki, görəsən, bu dəfə diktorlarımız nə geyinəcək? Onlar örnək idi. O diktorları özlərinə kumir sayan gənclər məhz onlar kimi geyinirdilər, onlar kimi saç düzümü edirdilər. İndi gənclər bu aparıcılardan nə örnək götürəcək? Baxırsan nə geyim tərzləri var, nə də zövqləri. Bir dəfə sənə açıqlama verdim ki, indiki aparıcıların ətəyi dizindən üç qarış yuxarıdır. Deyəsən, o sözlərimi oxuyandan sonra nəticə çıxartdılar, sözümü eşidib, ətəklərini bir qədər uzatdılar. İndi bir az gödək geyinən aparıcı da dizini divanın arxasında gizlədir”.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1340 Tarix: 20.02.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər