İtkin düşən alpinistlərin axtarışı ilə bağlı son xəbər - Açıqlama

İtkin düşən alpinistlərin axtarışı ilə bağlı son xəbər - Açıqlama

Qubada dağlıq ərazidə itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam edir.

BiG.AZ xəbər verir ki, bu barədə sonxeber.az-a "Gilavar" idman klubunun rəhbəri Ziya Qasımlı məlumat verib.

"Lakin. axtarışların nəticəsi ilə bağlı heç bir məlumat yoxdur".

Xatırladaq ki, 2017-ci ilin dekabr ayında Quba rayonda dağlıq ərazidə "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadə itkin düşüb. Dekabrın 27-dən başlayan axtarış-xilasetmə əməliyyatı müddətində itkin düşmüş alpinistlərin hərəkət marşrutu üzrə ərazilər, həmçinin ehtimal olunan digər ərazilər yoxlanılır.

Bildirək ki, bir müddət əvvəl Qubada alpinistlərin axtarışlarına qoşulan, xüsusi qurğularla təmin edilən türkiyəli iki mütəxəssis axtarışları dayandırıb.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3586 Tarix: 19.02.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər