Alimlər XƏBƏRDARLIQ EDİR: Doyunca yatın, əks halda...

Alimlər XƏBƏRDARLIQ EDİR: Doyunca yatın, əks halda...

Doyunca yatmamağın ziyanı şübhə doğurmur. Alimlər sübut ediblər ki, yuxu çatışmazlığı bir çox xəstəliklərə həssaslığı artırır və hətta orqanizmə genetik dərəcədə təsir edir. Hazırda mütəxəssislər aşkarlayıblar ki, yuxunun itməsi niyə məhz beyinə təsir edir və əgər ötən gecəni rahat yatmamışıqsa, bizə nəyisə düşünmək niyə mürəkkəbdir. Məsələn, yaddan çıxmış açarlar, xoşagəlməz səhvlər, ütü, ayaqqabını ayağa düz geyməmək və s. Məlum olub ki, buna səbəb doyunca yatmama şəraitində aralarında əlaqələrin getdikcə zəifləşdiyi neyronlardır. Tel-Əviv, Kaliforniya və Helsinki universitetlərinin əməkdaşları bunu müşahidə ediblər.

BiG.AZ-ın məlumatına görə, AZƏRTAC "med.vesti.ru” saytına istinadla xəbər verir ki, tədqiqatın müəllifləri bir qrup insanda neyronların fəallığını qiymətləndiriblər. Onlara çoxlu sayda şəkilləri mümkün qədər tez sürətlə qruplar üzrə çeşidləmək tapşırılıb. İştirakçılar tapşırığı həm "normal” halda, həm də doyunca yatmamaq halında yerinə yetiriblər. Müəyyən edilib ki, doyunca yatmamağın müddəti artdıqca, çeşidləmə çətinləşib. Belə ki, iştirakçıların beynində neyronlar daha ləng oyanıb, daha asta təsir göstərib, siqnallar daha gec ötürülüb. Bunun nəticəsini, məsələn, avtomobili idarə edərkən müşahidə etmək olar. Sürücü avtomobilin qarşısından keçən piyadanı gördükdə, əgər onun görmə qabiliyyəti normaldırsa, lakin siqnalın işə salınması adi haldan daha çox vaxt tələb edirsə, mütəxəssislər bildirirlər ki, nəticə çox pisdir. Beyin dalğaları da çox zəif hərəkət edir. Alimlər bəyan edirlər ki, onların bu təcrübəsi yuxunun kifayət qədər olmasının zəruriliyini təsdiqləyir.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 3170 Tarix: 18.02.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Qemliinsan
Qemliinsan 19.02.2018
Allah sizi guldursun farqilit :D:D:D


 
Farqilit
Farqilit 18.02.2018
Gece 4-5de yatib seher 9da dururuam. Hec bele weyler baw vermiyib. Bidene iw yerimi arada sehv saliram


 
olmus_arzular
olmus_arzular 18.02.2018
Hele yadima gelmir oz isteyimnen yuxudan duram :)
geceler gec yatiram gec duuram


 
Qemliinsan
Qemliinsan 18.02.2018
Cox yatanmiram ama men 12 de yatib 8 seher qalxiram cox yatanda ele bil insan gic kimi olur