Elçin ilk dəfə verilişə qayınanası və xanımı ilə gəldi - fotolar

Elçin ilk dəfə verilişə qayınanası və xanımı ilə gəldi - fotolar

Müğənni Elçin Cəfərov qayınanası, "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və həyat yoldaşı Aydanla birlikdə ilk dəfə kamera qarşısına keçib.

Onlar birlikdə "Zaurla Günaydın" verilişinə qonaq olublar.

Aydan 8 aylıq oğlu Candan danışıb:

"Əvvəl çox ağlayırdı. Anam baxmır uşağa. Aparırıq yanına qoyuruq. 1 saatdan sonra baxırıq ki, yorulub".

T.Rüstəmxanlı isə uşağa qulluq etməyi sevmədiyini söyləyib:

"Mənlik deyil. İlk nəvəm oğlumun uşağıdır. Mələyin indi 5 yaşı var. İlk nəvə olduğu üçün yəqin onu daha çox istəyirəm. Elçinin də anası bu nəvəsini çox istəyir. İlk nəvənin yeri başqadır. Qızımın ailəsinə qarışmıram. Qızıma çox güvənirəm. Ağıllı, duyğulu, həssas uşaqdır. Elçin də tərbiyyəlidir. Onlara güvəndiyimiz üçün qarışmırıq. Həyat onlarındır, özləri yaşasınlar. Heç oğlumun da ailəsinə qarışmıram. Bilirəm ki, hər şeyin yerini bilən gəlindir".

E.Cəfərov Aydanla tanış olanda onun xalq şairi Sabir Rüstəmxanlının qızı olduğunu bilmədiyini söyləyib:

"Bizim ailəmiz sevgi üzərində quruldu. İlk vaxtlar bilmirdim ki, Aydan Sabir Rüstəmxanlı ilə Tənzilə xanımın qızıdır. İstanbulda bir tədbirdə tanış olmuşduq. Orada bəyəndim, tanış olduq. Sonra öyrəndim ki, kimin övladıdır".

axsam.az

Elçin ilk dəfə verilişə qayınanası və xanımı ilə gəldi - fotolar

Elçin ilk dəfə verilişə qayınanası və xanımı ilə gəldi - fotolar
Elçin ilk dəfə verilişə qayınanası və xanımı ilə gəldi - fotolar
Elçin ilk dəfə verilişə qayınanası və xanımı ilə gəldi - fotolar

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 3935 Tarix: 17.02.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
olmus_arzular
olmus_arzular 17.02.2018
Allah sizi bed nezerden qorusun gozel cutluk


 
sensizlik2005
sensizlik2005 17.02.2018
Gozel aile xosbext olun


 
Anaveten
Anaveten 17.02.2018
Qiz gozeldi yarasirlar. Allah xosbext elesin


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər