"Bu nikahı ilk mən istəmişəm" - Könül

"Bu nikahı ilk mən istəmişəm" - KönülBu dəfə "ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı müğənni Könül Kərimova olub.

BiG.AZ xəbər verir ki, ifaçı qızının yeni evində qəribçilik çəkmədiyini, hətta qızının yoxluğunu hiss etmədiyini söyləyib:

"Ləman hər zaman öz otağına çəkilən, qapalı bir qız idi. Ona hərdən sual verirlər ki, sən necə qalacaqsan, rayon hara, sən hara? Elə özü yaxşı bir cavab verir, deyir ki, burda da dörd divar arasındayam, orda da dörd divar arasında oturmuşdum. Nə fərqi var ki? Qızım rahat həyatı sevən bir insan olmayıb. Qızıma da, oğluma da deyirdim ki, ikinizdən biri gəlin mənimlə harasa gedək. Hərəsi bir bəhanə ilə aradan çıxırdılar. Həmişə də incikliyim onun üstündə olub. Ona görə də qızımın evdə olmamasına alışmışam. Birdən Ləmanın adını çəkəndə, kimsə soruşanda, o zaman dərk edirəm ki, qız evdə yoxdur".

Açıqlamasında qızının və kürəkəninin bir-birilərini sevib evləndiyini söyləyən müğənni qızını məcburi evləndirdiyi şayiələri yalanlayıb:

"İndi başqa dövrdür. Mən qızımı necə məcbur evləndirə bilərəm ki? Yaxınlarım deyirdi ki, bu evliliyə razılıq vermə. Ona görə ki, qız rayona gedəcək, bu mühitdən çıxıb o mühitə necə öyrəşəcək. Müəyyən çətinliklər vardı. Mən yaxşı mənada çarəsiz qaldım. Onlar bir-birlərini sevməyə başladılar. Real bir şey etiraf edəcəm. Çünki bunu bütün rayon, qohum-əqraba bilir. Bu evliliyə ilk mənim istəyim olub. Əvvəlcədən kürəkənim qızımı, qızım da kürəkənimi görməmişdi. Bizim uşaqlar qapalı böyüyüblər. Bir gün qızımla kürəkənim məclislərin birində üz-üzə gəldilər. Həmin mərasimdən sonra gördüm ki, qızım bir təhərdir".

Bəziləri buna səbəb kimi Könül xanımın kürəkəninin məclis boyunca gülməməsini əsas gətirsələr də, müğənni onun xarakterinin bu cür olduğunu söylədi:

"Öz məclislərində elə yaxşı gülərüz idi ki. Bu, onun xarakterindən irəli gəlir. Hətta bir dəfə nişanda zarafat da etdim. Gedib yanına dedim ki, ay Orxan, biraz üzün gülsün də. Elə bilərlər ki, qızı sənə məcbur vermişəm. Gülür, gülür, sonra görürəm yenə sakit dayanır. Tanısaz, həyatda tamam başqa bir insandır".

Müğənni qızını gəlin köçürdükdən sonra, oğluna toy edib-etməməsindən də danışıb:

"Hələlik oğlumun evliliyi ilə bağlı real heç nə yoxdur. İnanın ki, hələ oğlumu evləndirməyi düşünmək belə istəmirəm. O qədər yorğunam ki. O gün biri deyir ki, oğlun Rəşad üçün nə fikirləşirsən? Cavab verirəm ki, heç nə fikirləşmirəm. Mən dincəlmək istəyirəm".

Əvvəllər oğlunun musiqiyə marağının olduğunu söyləyən sənətçi, onun bu sahədən nə üçün uzaqlaşdığını bildirib:

"Oğlum 5-ci sinifdə oxuyurdu. Fortepiano fakültəsinə qoymuşdum. Düşündüm ki, bəlkə fakültəsini dəyişim, onu ifaçılığa yönəldim. Bir gün dedim ki, oxu, qulaq asım. Uşaq başladı oxumağa. Elə gözəl ifa etdi ki, sevindiyimdən gülmək tutdu məni. Uşaq ağlamağa başladı. Dedi ki, belə nə olur olsun, dədən ölə, nənən ölə oxumayacam. Başa sala bilmədim ki, xoşuma gəldiyi üçün güldüm. Bu yaxınlarda dedilər ki, Rəşad gizli-gizli mahnı oxuyur. Səsyazmasını gətirdilər, qulaq asdım, hiss etdim ki, nəsə var".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 958   Tarix: 17 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Aygün Bəylərin məzarından yeni görüntülər - VİDEO

Əməkdar artist Aygün Bəylərin məzarından yeni görüntülər yayılıb. xəbər verir ki, onun məzarı bir gənc tərəfindən təmizlənərək, səliqəyə salınıb. Paylaşıma "Aygün Bəylər, səni də unutmadıq" şərhi yazılıb. Muğam ifaçısı yanvarın 6-da Ankarada müalicə aldığı xəstəxanada vəfat edib. O, uzun müddə

24.03.2024 977
.

"Sonradan soyunanda göz öyrəşmir"

Aparıcı Elnarə Təhməzova yeni paylaşımı ilə diqqət çəkib. OLAY yazır ki, o, feysbukda müzakirəli status paylaşıb. "Bir var əvvəldən soyunursan, bir də var sonradan. Göz öyrəşmir. Sonradan olunan heç nə maraqlı gəlmir", - deyə, aparıcı vurğulayıb

28.03.2024 287
.

"Məni də oğlum idarə edir"

Xalq artisti Nisə Qasımovanın qonaq olduğu "Zaurla Günaydın" verilişində maraqlı anlar yaşanıb. OLAY yazır ki, aparıcı Günay Baxşəliyeva sənətçinin dırnaqlarındakı hərflərə diqqət çəkib. Qasımova ailə üzvlərinin adlarının baş hərfləri olduğunu deyib və oğlundan danışıb. "Fətulla oğlum

24.03.2024 446
.

"Arif müəllim elçiliyimdə "hə"mi verib"

Müğənni Gülay Zeynallı Xalq artisti Arif Babayevi evində ziyarət edib. OLAY yazır ki, bu barədə sənətçi özü məlumat yayıb. A. Babayevlə fotolarını paylaşan Gülay bunları yazıb:. "Arif müəllim 8 il ustadım olub. Asəf Zeynallı adına Milli kollec və Milli Konservatoriyada dərs deyib. Arif müəllim elçiliyimd

17:01 0
.

Özündən 23 yaş böyük xanımından danışdı

Yeni çəkiləcək "Ceyms Bond" filmi ilə gündəmə gələn aktyor Aaron Teylor-Conson özündən 23 yaş böyük qadınla evlənmə səbəbini açıqlayıb. OLAY yazır ki, 33 yaşlı aktyor yaşıdlarından tez böyüdüyünü dilə gətirərək bu addımı atdığını deyib:. "Çox insanın 20 yaşlarında etdiyini mən 13 yaşınd

24.03.2024 342
.

Yeganə həyat yoldaşının qazancından danışdı

Müğənni Yeganə Akbudak (Mürsəlova) həyat yoldaşı Fateh Akbudakın işindən danışıb. Axşam.az xəbər verir ki, sənətçi "7 tamam" proqramında onun dövlət məmuru olduğunu açıqlayıb. Yeganə bildirib ki, qazancı həyat yoldaşınınkından çoxdur:. "Həyat yoldaşım dövlət məmurudur. O da bəlli bir maa

18:00 0
.

Əməkdar artist: "Kürəkənimin 40 mərasimində evə nəvəmin meyiti gəldi"

"Qızım Ülkərin həyat yoldaşını mal-mülkə görə qardaşının oğlunu qətlə yetirdi. Səbəb isə əmisinin sahib olduqlarını ələ keçirmək idi. Elə oldu ki, bu məsələdən 6 ay sonra onu da öldürdülər. Onlar Ukraynanın cənub-şərq hissəsində, Zaporojye şəhərində qalırdılar. Qətlə yetirdikdən sonra isə meyitin

25.03.2024 998
.

Aparıcı "Niva" ilə Bakıdan Çinə gedir

Aparıcı Fərid Rəsul maraqlı bir addım atıb. Axşam.az xəbər verir ki, "Yenə adi günlərdən biri" adlı layihə edən Fərid "Niva" markalı maşınla Bakıdan Çinə yola düşüb. Fərid bundan əvvəl Avropadan İran vasitəsi ilə Çinə getməyi plnlaşdırıb. Amma İran sərhəddində onu buraxmadıqları üçü

25.03.2024 827
.

"Klon"un aktyoru oğlu ilə - FOTO

"Klon" serialının məşhur qəhrəmanları Giovanna Antonelli və Murilo Benisionun övladının fotosu yayılıb. Axşam.az xəbər verir ki, ekran işi bitdikdən sonra ailə quran aktyorların övladı Pietro 2005-ci ildə dünyaya gəlib. Pietronun fotosunu Murilo sosial şəbəkədə nümayiş etdirib. Aktyor kadr

27.03.2024 2603