ABŞ Ermənistanı sanksiyalarla hədələyir

ABŞ Ermənistanı sanksiyalarla hədələyirABŞ bu ölkənin sanksiya siyahısına düşmüş Rusiya şirkətləri ilə "strateji müqavilələr" bağlayacağı təqdirdə bir sıra ölkələrin hökumətləri və özəl şirkətlərinə qarşı potensial sanksiyaların qəbul olunacağı ilə bağlı xəbərdar edib.

Bu barədə Ermənistanın "Aykakan jamanak" qəzeti məlumat yayıb.

"Rusiyaya qarşı təzyiq göstərməklə, konqres Rusiyanın Ukraynaya qarşı təcavüzü, digər ölkələrin daxili işlərinə müdaxilə etməsi və insan haqlarını pozması ilə bağlı narahatlıq ifadə edir.

Digər ölkələrin hökumətləri və özəl şirkətləri xəbərdar edilib ki, siyahıya düşən Rusiya şirkətləri ilə strateji müqavilələr bağlansa, onlara qarşı sanksiyaların tətbiqi mümkündür", - deyə ABŞ-ın İrəvandakı səfirliyindən "Aykakan Jamanak" erməni qəzetinə verilən açıqlamada bildirilir.

2017-ci ilin dekabr ayında Ermənistan prezidenti Serj Sarkisyan Rusiya silah-sursatının alınması üçün Ermənistana 100 milyon dollar məbləğində hərbi kreditin ayrılması haqqında Rusiya ilə bağlanmış sazişin ratifikasiyası haqqında qanun imzalayıb.

Bundan əvvəl Moskva, Rusiya silahları ilə təchizatın maliyyələşdirilməsi üçün Ermənistana 200 milyon dollar həcmində dövlət ixracat krediti ayırıb.

"Sanksiya tətbiq olunsa, bu sanksiyalar başlıca olaraq, Rusiyanın hərbi-kəşfiyyat sahəsi ilə strateji müqavilələr bağlamış qeyri-Rusiya şirkətlərinə yönələcək. Bu sanksiyaların hədəfi Rusiyanın öz hərəkətlərinin cəzasını çəkməsidir.

Digər ölkələrin hərbi-kəşfiyyat avadanlıqlarını alma imkanlarını məhdudlaşdırmaqla, Rusiyanı satışdan əldə olunan gəlirlərdən məhrum edirik, o gəlirlər ki, Rusiyanın neqativ təsir və sabitliyi pozmaqla bağlı beynəlxalq kampaniyanı davam etdirməsi üçün istifadə oluna bilər", - deyə səfirliyin açıqlamasında qeyd olunur.

Ermənistan Müdafiə Nazirliyi məsələyə münasibət bildirməkdən imtina edərək, jurnalistləri Xarici İşlər Nazirliyinə yönləndirib.

Ermənistan XİN mətbuat katibi Tiqran Balayan "Yerevanın tərəfdaş ölkələrlə əməkdaşlığı yüksək qiymətləndirdiyini" bildirib.

Ermənistan maliyyə naziri Vardan Aramyan isə qəzetə verdiyi açıqlamada sanksiya riskinin mövcud olduğunu etiraf edib.

"ABŞ-ın qlobal iqtisadiyyata çox böyük təsir gücü var və onların sanksiya qəbul edərkən digər ölkələrlə hesablaşmalı olduğunu düşünmək düzgün deyil. ABŞ hətta Avropa ölkələri ilə də hesablaşmır", - deyə Aramyan bildirib.

"Belə bir situasiya yaransa, biz danışıqlar masasına əyləşib, söhbət aparmalıyıq, ona görə ki, bir vaxtlar İrana qarşı beynəlxalq sanksiyalar qüvvədə olan dönəmlərdə oxşar vəziyyət yaranmışdı. Risklər hər zaman mövcuddur", - deyə Ermənistanın maliyyə naziri bildirib.

mənbə: olke.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 563   Tarix: 15 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şoyqunun müavini saxlanıldı

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanov saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. "Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkd

23.04.2024 491
.

İsrail əsgərləri Qərbi Şəriyədə 15 fələstinlini həbs edib

İsrail əsgərləri işğal altında olan Qərb sahilində daha 15 fələstinlini həbs ediblər. BİG.AZ xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı məlumat yayıb. İsrail əsgərləri Şərqi Yerusəlimdə, eləcə də Nablus, Jenin, Xebron və Ramallah şəhərlərində fələstinlilərin evlərinə basqınlar ediblər. Qey

13:12 223
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

12:51 769
.

"Azərbaycan dünyanın beyin mərkəzlərinin əsas toplantı nöqtələrindən biri halına gəlib" - Politoloq

"COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb. Səfərdə 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi iştirak edir. Mövzu ilə bağlı -a danışan politoloq Tural İsmayılov bildirib ki, Azərbaycanın dünyada hörmətə malik olan, həm indi

15:27 217
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

20:11 0
.

İsrail ordusu Livanın cənubuna intensiv hava zərbələri endirib

İsrail ordusunun Livanın cənubundakı qəsəbələrə eyni vaxtda intensiv hava hücumu təşkil etdiyi bildirilib. xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail ordusuna məxsus döyüş təyyarələri Livanın cənubunda ən azı 13 dəfə 4 nöqtəni vurub. İsrail döyüş təyyarələrinin hədə

20:15 0
.

Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliye

23.04.2024 567
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

19:06 218
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

16:03 344