Minlərlə cütlüyü qovuşduran "gəlin ağacı" - 3 dəfə dövrə vur, ərə get - FOTOLAR

Minlərlə cütlüyü qovuşduran "gəlin ağacı" - 3 dəfə dövrə vur, ərə get - FOTOLARAlmaniyanın Eutin şəhərinin yaxınlığındakı meşədə olan 500 yaşlı ağac minlərlə cütlüyün sevgili olmasına və 100-dən çox cütlüyün ailə qurmasına səbəb olub.

Açıq-sarı rəngli forma geyinən poçtalyon Almaniyanın Dodauer meşəsinə (Hamburq şəhərindən 100 kilometr şimal şərqdə yerləşir) gedərək əlindəki çəhrayı zərfi buradakı enli gövdəli ağacın yuxarısındakı oyuğa qoydu və "Bu gün də biri" deyərək digər məktubları paylamağa yollandı.

Minlərlə cütlüyü qovuşduran "gəlin ağacı" - 3 dəfə dövrə vur, ərə get - FOTOLARZərf Bavariyadan göndərilmişdi. Zərfi göndərən 55 yaşlı bavariyalı qadın idi. O, bu yaşlı ağacın ünvanına məktub yazaraq sehrli gücün ona kömək edəcəyinə inanmış və tək qalmayacağını düşünmüşdü. Təbiəti sevən bu qadın gülünc vəziyyətə düşməkdən qorxmamışdı. O, bu ağacın kiçik oyuğunda sevgi axtarırdı...

Minlərlə cütlüyü qovuşduran "gəlin ağacı" - 3 dəfə dövrə vur, ərə get - FOTOLAR"Bu ağacda sehrli və romantik güc var", - 72 yaşlı poçtalyon Karl-Heinz Martens BBC-yə müsahibəsində söyləyib. O, 1984-cü ildən 20 il boyunca poçtalyon işləyib. Heinz hazırda təqaüdə çıxıb.

"Bu, danılmaz faktdır ki, insanlar sosial şəbəkələrdə tanış olur, bir-birini sevir, evlənir. Amma bir ağac və məktub vasitəsi ilə olanda bu, möhtəşəm bir hissdir. Gözəl təsadüfdür"

BBC müxbirini Eutin şəhərindəki evində qonaq edən keçmiş poçtalyon təqaüdə çıxmasına baxmayaraq ağacla bağlı illər əvvələ aid olan məktub və şəkilləri saxladığını söyləyib və şəkilləri ona göstərib. Heinz bildirib ki, həmin ağaca dünyanın, demək olar, hər ölkəsindən məktub daşıyıb və çox vaxt onların dillərini də anlamayıb.

Minlərlə cütlüyü qovuşduran "gəlin ağacı" - 3 dəfə dövrə vur, ərə get - FOTOLARPoçtalyon ağacla bağlı hekayəni müxbirə danışıb.

Belə ki, 1890-cı ildə Eutin şəhərində Minna adlı qız Vilhelm adlı oğlana aşiq olub. Onlar bir-birlərini seviblər. Lakin Minnanın atası onların görüşməsini və məktublaşmasını qadağan edib. Cütlük hazırda 500 yaşı olan palıd ağacı vasitəsi ilə xəbərləşiblər. Bir il sonra Minnanın atası onların bir-birini sevdiyinə əmin olub və ailə qurmalarına icazə verib. Minna ilə Vilhelmin toyu bir il sonra, 1891-ci ildə bu ağacın altında baş tutub.

Minlərlə cütlüyü qovuşduran "gəlin ağacı" - 3 dəfə dövrə vur, ərə get - FOTOLARBu hadisədən sonra əhvəlat kəndə yayılıb və "Der Bräutigamseiche" (gəlin-bəy palıdı) adı ilə tanınan ağac Facebook, Tinder kimi tanışlıq şəbəkələrindən illər əvvəl yüzlərlə cütlüyün qovuşmasına səbəb olub. Hazırda təkcə Almaniyadan deyil, bütün dünyadan, hətta çindən belə bu gəlin-bəy ağacına məktublar yazıb, həyat yoldaşı axtarırlar.

Həmçinin əfsanələrə görə, qadın ay işığı altında gülmədən, danışmadan bu ağacın gövdəsi ətrafında 3 dövrə vurarsa, o, növbəti il ərə gedir.

1927-ci ilin hesablamalarına görə bu ağacın ünvanına rekord sayda məktub göndərilib.

Minlərlə cütlüyü qovuşduran "gəlin ağacı" - 3 dəfə dövrə vur, ərə get - FOTOLAR"Bu ağacın ünvanına ildə 1000 məktub göndərilir. Məktubların çoxu yayda yazılır", - deyə Deutsche Post-un sözcüsü Martin Grundler söyləyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1564   Tarix: 15 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yatmadan əvvəl 11 zeytun yeyin

Zeytunun insan sağlamlığına, o cümlədən toxumlarına və yarpaqlarına olan faydaları inanılmazdır. Xüsusilə Aralıq dənizi bölgəsində yetişən və ləzzətli dadı olan zeytunu səhərlər deyil, yatmazdan əvvəl istehlak etmək tövsiyə olunur. Bunun həm iman, həm də sağlamlıq baxımından faydaları var. Gənc qızları

18.04.2024 465
.

"Prius"ların dövrü bitir? - ARAŞDIRMA

Taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı yeni qaydalar açıqlandıqdan sonra "Prius"ların qiymətinin kəskin şəkildə ucuzlaşacağı qənaəti formalaşıb. Bəzi ekspertlər hesab edirlər ki, bu ucuzlaşma tədricən baş verəcək. Amma bunun əksini düşünənlər də var. Yeni qaydalara əsasən, artıq yaşı 1

07.04.2024 396
.

İftar süfrəsinə hazırlaya bilərsiniz

"İftar menyusu"nu təqdim edirik:. Cənnət şorbası. Ərzaqlar:. 2 qaşıq kərə yağı. 3 xörək qaşığı qarğıdalı unu. 1 orta kartof. 1 soğan. 2 diş sarımsaq. 2 stəkan toyuq suyu. 4 stəkan qaynar su. 1 çay qaşığı qara bibər. 1 çay qaşığı duz. Üzəri üçün:. 2 xörək qaşığı yağ. 1 çay qaşığı üyüdülmüş qırmız

08.04.2024 526
.

"WhatsApp"da yeni funksiya

Məşhur "WhatsApp" mesencerinin istifadəçiləri "Instagram"da statusların surətini çıxarmağa imkan verən yeni funksiyadan istifadə edə biləcəklər. Ekspertlər bildiriblər ki, servis tərtibatçıları "Instagram"la "WhatsApp" uyğunluğunu aktiv şəkildə tətbiq edirlər

14.04.2024 278
.

Sankt-Peterburq turistlər üçün ödənişli olacaq

Aprelin 1-dən Sankt-Peterburq turistlər üçün ödənişli olacaq. Bazar ertəsindən etibarən şəhərdə kurort vergisi tətbiq ediləcək. Güzəştli kateqoriya istisna olmaqla, bütün yetkinlik yaşına çatmış turistlərdən hər gün üçün 100 rubl tutulacaq. Toplanan vəsaitin sonradan turizm obyektlərinin tikintisin

31.03.2024 469
.

Toy biznesi xilas ola biləcəkmi? - ARAŞDIRMA

Toy mövsümünə start verilir. Lakin toy biznesi sahəsində mövcud vəziyyət heç də ürəkaçan deyil. Son zamanlar şadlıq saraylarının sürətlə profillərini dəyişdiyini də müşahidə edirik. Ramazan ayı başa çatır. Bu ayın başa çatması ilə həm də yeni toy mövsümü başlayır. Amma sirr deyil ki, pandemiyadan sonr

13.04.2024 292
.

Rüfət Mehdiyevin qızı: "Atamla görüşə hazırlaşırdım, cənazəsinə getdim" - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Müəllif - aparıcı Afaq Hüseynovanın təqdimatında efirə gedən verilişin budəfəki sayı tanınmış müğənni Rüfət Mehdiyevə həsr olunub. Verilişdə mərhumun yaxınları onunla bağlı xatirələrini bölüşüblər. Müğənninin qızı Zemfir

14.04.2024 456
.

Boşanmalar artır: Əsas səbəblər nələrdir? - VİDEO

Azərbaycanda bu ilin ilk ayında 1700-dən çox nikah pozulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq ayı ilə müqayisədə qurulan ailələrin sayı azalıb, boşanmaların sayı isə çoxalıb. Bəs bu tendensiyanın əsas səbəbəri nələrdir?. Vəkil-mediator Qasım Şaliyevin sözlərinə görə, işlər

14.04.2024 287
.

"Son qəpiyimi də sənə xərcləmişəm": Valideylərin uşaqlardan imtahan gözləntisi - ARAŞDIRMA

Hər ilin mart və iyun ayları 9-11-ci sinif şagirdlərinin həyatında ən gərgin vaxtdır. Bu zaman onlar gələcək yollarını müəyyən edən buraxılış və blok imtahanlarının həyəcanını yaşayırlar. Təəssüf ki, hər şagird bu böyük stressin öhdəsindən gələ bilmir. Mövzu ilə bağlı "Kaspi" qəzeti məqal

14.04.2024 394