Ali Məhkəmədən banklara ağır zərbə - Bu banklar "yandı" - SİYAHI

Ali Məhkəmədən banklara ağır zərbə - Bu banklar "yandı" - SİYAHI(Hələ 2,5 il əvvəl haqqında yazdığım, əsasını "Accessbank" qoyduğu və ehtiyatların yaradılmasından yayınmağa hesablanmış yalançı "kredit xətti" sxemi qanunsuz hesab edilib! Bir neçə bankın başı dərddə – milyonlarla məbləğdə olan kreditlər üzrə təminatsız qala bilərlər! Konstitusiya Məhkəməsi nə deyəcək?)

BiG.AZ goldnews.az-a istinadən xəbər verir ki, 2015-ci ilin iyun ayında "Biznes kreditləri üzrə bankların qanunsuz təminatları" adlı status yazmışdım

(https://facebook.com/akram.hasanov.5/posts/10205996849256900). Məsələnin qısa mahiyyəti bundan ibarət idi ki, bəzi banklar iri müştəriləri (əsasən milyonlarla məbləğlərdə kredit götürənlər) ilə "kredit xətti müqaviləsi" adlı sənəd imzalayır, həmin sənəddə birbaşa göstərir ki, "bu müqavilə bankın kredit vermək vədini ifadə etmir", amma təminat müqavilələrini (ipoteka, girov və zaminlik) məhz həmin "kredit xətti müqaviləsi"nə bağlayır. Bundan sonra isə bank ayrı-ayrı kredit razılaşmaları əsasında həmin müştəriyə konkret kreditlər verir. Lakin "kredit xətti müqaviləsi" adlanan sənəd tərəflər üçün öhdəlik yaratmadığına görə ümumiyyətlə müqavilə deyil, uzaq başı niyyət razılaşmasıdır. Belə olan halda müvafiq təminat müqavilələri də etibarsızdır (əhəmiyyətsizdir). Başqa sözlə, sonradan verilmiş kreditlər təminatsızdır! Ali Məhkəmə də haqqında aşağıda bəhs edəcəyim qərarında bunu təsdiq edib!

Bəs onda banklar niyə belə edib? Ona görə ki, hər dəfə eyni müştəriyə növbəti krediti verəndə təminat müqaviləsi bağlamalı olmasın (guya bir dəfə "kredit xətti müqaviləsi" üzrə bağlanan təminat müqaviləsi sonradan verilən kreditləri əhatə edir, amma əslində etmir!). Ən əsası isə sözügedən "kredit xətti" üzrə ehtiyat yaratmalı olmasın. Məsələ burasındadır ki, həqiqi kredit xətti (yəni kredit vermə öhdəliyi) üzrə bank, bir qayda olaraq, dərhal ehtiyat yaratmalıdır. Yəni yalançı "kredit xətti müqaviləsi" banklara həmçinin qanunvericiliklə nəzərdə tutulan ehtiyatların yaradılmasından yayınmaq üçün lazımdır!
Azərbaycanda bu praktikanı "Accessbank" başlayıb, sonra isə bir sıra banklar onu tətbiq edib. Yadımadır, 2010-2011-ci illərdə mən "Bank VTB"-nin idarə heyəti sədrinin müavini olanda bəzi "başbilənlər" bu praktikanı bizə təklif etmişdi. O zaman mən qəti etiraz etdim, amma mən bankdan çıxan kimi VTB də bu yolu tutdu və hazırda sayı və həcminə görə "Accessbank"dan sonra belə "kredit xətti müqavilələri" bağlayan ikinci bankdır. Amma digər banklar da var, məsələn: Unibank, Bank Respublika və s.

Lakin ədalət tələb edirdi ki, bu məsələdə məhz "Accessbank" ilk dəfə yansın və yandı da. Belə ki, Ali Məhkəmənin bu yaxında dərc edilən 26 aprel 2017-ci il tarixli Qərarında (http://sc.supremecourt.gov.az/…/…/2017/2_2547+26.04.2017.pdf) tam ədalətli olaraq hesab edilib ki, belə "kredit xətti müqaviləsinə ümumiyyətlə müqavilə kimi baxmaq olmaz" və o, "mülki hüquqi nəticə dogurmayan niyyət razılasmasıdır". Bunun davamı olaraq Ali Məhkəmə belə nəticəyə gəlir ki, bu cür "kredit xətti müqaviləsi" üzrə bağlanan təminat (ipoteka, zaminlik) müqaviləsi "əsas öhdəliyin təminatı kimi baglanmamısdırsa, basqa sözlə mülki qanunvericiliyin təsbit etdiyi qaydaya uygun deyildirsə, onun etibarsızlıgına səbəb olur". Yəni "Accessbank" və onun kimi bu sxemə getmiş banklar sözügedən kreditlər üzrə təminatsız qalıb. Əksər hallarda onların kredit verdiyi şəxslərin heç bir aktivi yoxdur və kreditin qaytarılması sırf girovun dəyərinə bağlıdır. Bu isə o deməkdir ki, girovların əldən çıxması həmin milyonlarla məbləğlərdə ölçülən kreditlərin qaytarılmaması deməkdir.

"Accessbank" Ali Məhkəmənin bu qərarından Konstitusiya Məhkəməsinə şikayət edib, lakin şikayəti hələ də icraata qəbul olunmayıb. Bununla belə, bank lobbisi artıq nail olub ki, Bakı Apellyasiya Məhkəməsi bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərsin. Odur ki, yaxında Konstitusiya Məhkəməsi "banklarımızın özbaşınalığı" silsiləsindən növbəti mürəkkəb işə baxacaq. Çox mürəkkəb! Bir tərəfdə milyonlar, digər tərəfdə isə haqq-ədalət, qanun – Məhkəmə nəyi üstün tutacaq?! Ən başlıcası isə banklar bu "kredit xətti" sxeminə qanunla nəzərdə tutulmuş ehtiyatların yaradılmasından yayınmaq üçün əl atıb axı! Yəni bu özbaşınalığa da Konstitusiya Məhkəməsi haqq qazandıracaqmı? Yoxsa qanunu rəhbər tutaraq Ali Məhkəmənin haqlı olduğunu təsdiq edəcək? Gözləyək...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1315   Tarix: 15 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mən öz puluma süni ada yaradıramsa... - Deputat

"Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanun layihəsində qeyd olunur ki, süni torpaq sahəsi yaradılandan sonra o dövlətin mülkiyyətinə keçir. -a istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasınd

23.04.2024 413
.

Ermənistanın müdafiə naziri Fransa nümayəndə heyəti ilə Ermənistan-Fransa əməkdaşlığını müzakirə edib

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa Senatının Fransa-Ermənistan dostluq qrupunun sədri Gilbert-Luc Devinazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüşdə Fransa Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfir

23.04.2024 202
.

İrem Derici sevgilisi ilə Venesiyada- FOTOLAR

Türkiyəli müğənni İrem Derici sevgilisi Gökhan Fıratla birlikdə İtaliyanın Venesiya şəhərinə səyahət edib. xəbər verir ki, müğənni fotoları sosial şəbəkədə paylaşıb. Şəkillərə minlərlə rəy və bəyənmə gəlib

23.04.2024 574
.

Şoyqunun müavini saxlanıldı

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanov saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. "Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkd

23.04.2024 438
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. BİG.AZ xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

14:49 0
.

Sürücünü yanan avtomobildən son anda xilas ediblər

ABŞ-nin Minnesota ştatında yanan avtomobildə olan sürücü ətrafdakılar tərəfindən son anda xilas edilib. xəbər verir ki, sağ tərəfi alov içində qalan nəqliyyat vasitəsinin sürücüsü maneəyə görə qapını aça bilməyəndə ətrafdakılar onun köməyinə qaçıblar. Ən azı 5 nəfər qapını zorla açmağa çalışarkən, nəqliyya

23.04.2024 392
.

Sabah temperatur 31 dərəcəyə qalxacaq

Aprelin 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

12:21 159
.

Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...

Bakıda bir neçə ərazidə yeni parkların salınması planlaşdırılır. -in əldə etdiyi məlumata görə, yeni parklar paytaxtın 6 istiqamətində salınacaq. Bakının simasını daha da gözəlləşdirəcək yeni parklar paytaxt sakinləri və turistlərin mədəni istirahəti üçün əlverişli məkana çevriləcək. Parklara müxtəli

10:00 399
.

Namiq "İmtahan"ı təqdim etdi

Müğənni Namiq Qaraçuxurlu yeni mahnısını təqdib edib. BİG.AZ xəbər verir ki. sözləri N. Qaraçuxurluya, musiqisi isə Mansur Qinyaza aid bəstə "İmtahan" adlanır. Mahnıda tar, kamança milli musiqi alətlərindən istifadə olunub. "İmtahan" ötən gündən etibarən meyxanaçının rəsmi musiq

23.04.2024 370