Dünyanın ən böyük kağız təyyarəsi (Foto, Video)
Qeyri-adi təyyarə 1,5 kilometr hündürlükdə uçuş edib
ABŞ-ın Arizona ştatında bir qrup mühəndis dünyanın ən iri kağız təyyarəsini havaya buraxıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, kağız təyyarənin konstruksiyasında mühərrikə yer olmayıb. Lakin təyyarə o qədər böyük olub ki, onu havaya buraxmaq üçün mütəxəssislər texnikadan istifadə etmək məcburiyyətində qalıb.
Martın 21-də kağız təyyarə helikopter vasitəsilə havaya qaldırılıb. Qeyri-adi təyyarə 1,5 kilometr hündürlükdə uçuş edib.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş