Talışinski Bakıya zəng vuraraq Rövşənin həbs edilməsini istəyir - Lənkəranskiyə qənim kəsilmiş qadın

Talışinski Bakıya zəng vuraraq Rövşənin həbs edilməsini istəyir - Lənkəranskiyə qənim kəsilmiş qadınKriminal "avtoritet" Rövşən Rafiq oğlu Canıyev (Rövşən Lənkəranski) 2016-cı il avqustun 18-də İstanbul şəhərində güllələnərək, öldürüldü. Bu kriminal aləm üçün çox böyük itki idi. Tez bir zamanda böyük nüfuzə malik olan Rövşən Lənkəranski kriminal aləmdə öz sözünü dedi.

BiG.AZ moderator.az-a istinadən bu dəfə sizə kriminal "avtoritet" haqda çox maraqlı istintaq materialları və yazılar təqdim edəcək. Rövşənin doğulub boya-başa çatdığı Lənkəran şəhəri 1826-cı il iyunun 27-də rus zabiti Qleb İlyinski tərəfindən od vurularaq yandırılıb. Bu hadisədən sonra Lənkəran iki hissəyə bölünüb: Böyük Bazar və ondan qopub ayrılan Kiçik Bazar. Buna səbəb Lənkəranda həmin vaxtı etiraz aksiyalarının olması idi. Rövşənin haqsızlığa ilk etirazı 1996-cı ildə baş verib. Həmin vaxtı Lənkəran şəhər icra başçısı Dilruba xanım Talişinskaya (Camalova) idi. Lənkəran camaatı ilə Astara camaatı arasında əsl qan davası düşdüyündən, qadın icra başçısı Bakıya zəng vuraraq, Rövşənin Lənkərandan çıxarılaraq həbs edilməsini istəyir. Rövşənin ilk həbsi atasının qatilini məhkəmə zalında öldürməsi ilə başlayır. O, ilk dəfə həbsxanaya 1996-cı ildə düşüb. Rövşənin 17 yaşı olarkən, atası kriminal "avtortitet" Quliyev tərəfindən qətlə yetirilib. 1996-cı ildə məhkəmə zalında Quliyev son sözünü deyərkən, həbsdən azad olunduqdan sonra Rafiq Canıyevin bütün qohum-əqrəbasını öldürəcəyini bildirib. Bu vaxt zalda əyləşən Rövşən ayağa qalxaraq Quliyevə tapana ilə dörd dəfə atəş açaraq öldürür. Rövşənin məhkəməsi zamanı prokuror onun 12 il azadlıqdan məhrum edilməsini istəsə də, hakim onun cinayət törədən zaman effekt vəziyyətində olduğunu, gəncliyini və təqsirini səmimiyyətlə etiraf etdiyini nəzərə alıb onu cəmi iki il azadlıqdan məhrum edir. İki il həbsdə qaldıqdan sonra Rövşən azadlığa çıxır.

Bununla da onun kriminal aləmdəki fəaliyyətinə start verilir. Ukraynada bir müddət fəaliyyət göstərdikdən sonra Azərbaycana göndərilir və burdan da Rusiyaya yollanan Rövşən öz həmyerlilərinə Rusiya ərazisində arxa-dayaq olur. Onun həmyerlilərimizdən belə bir xahişi olur:

"Mənim sizdən, siz yerlilərimdən bir xahim var: Sizə qarşı zorakılıqda, polis məntəqələrində, dövlət idarələrində döyülüb-söyüldükdə, təhqir olunduqda yanınızadayam. Məni bir şeydə axtarmayın. Mən zorlanmanın, günahsız ölümlərin əleyhinəyəm. Bu yerlərdə məni axtarmayın. Mən o çirkin, insanın ləyaqətini alçaldan yerlərdə yoxam...". Rövşəni Akademik N.D.Alekseyev belə xatırlayır: "Rövşən mənim həmişə maraq dairəmdə olub. Mən onunla bir neçə dəfə görüşmüşəm. Nəvəm Nastya Moskva dövlət Universitetinin jurnalistika fakültəsində oxuyurdu. Mən nəvəmlə gecə evə qayıdarkən, Qafqazdan olan iki nəfər bizə hücum etdi və nəvəmi qaçırdılar. Burda məqsəd oğlum tanınmış iş adamı Afanasidən pul almaq idi. Məsələylə bağlı bütün orqanları ayağa qaldırdım, amma faydası olmadı. Mənim Qədim adlı azərbaycanlı dostum var idi, o məni Rövşənlə tanış etdi. Axşama yaxın Rövşən nəvəmi quldurların əlindən alıb gətirdi. Onda hiss etdim ki, insanları xilas etmək onun həyat tərzinə çevrilib". Yaxşılıq, kişilik və mərdlik onun həyat tərzinə çevrilmişdi. Rusiya Federasiyasının Domodedovo Beynəlxalq Hava Limanındakı maraqlı hadisə ərəb dünyasının ən məşhur tele-kanalı olan "Əl-Cəzirə" kanalında yayımlanır. Əbu-Dabidə nəşr olunan ərəb qəzetləri 2015-ci ildə belə bir başlıqlı yazı dərc edirlər: "Neftlə zəngin olan azərbaycanlı qız nə üçün ağladı?". Yazıda qeyd olunur ki, Rusiyanın Domodedovo Hava Limanında kriminal aləmdə "Lənkəranski" soyadlı, çox yüksək pillədə dayanan, xüsusi nüfuz sahibi Rövşən Lənkəranski ona əl açıb dilənən qarayanız, gözəl sifətəli, bir qızcığazdan ötrü ləngidi. Türkiyəyə uçan təyyarəyə minməkdən imtina edir. Aeroporta dilənən kimsəsiz qızın kimliyini öyrənməyə cəhd edir. Məlum olur ki, Domodedovada və Vunukova hava limanlarında dilənən qızlar azərbaycanlıdır və onları 2012-ci ildə Bakıdan Mənsurə adlı bir qadın gətirib. Bunlar düz on altı nəfər qız uşağı olur. Rövşən bununla bağlı özünə sual verir. Ertəsi gün Moskvada nəşr olunan qəzetlər yazır ki: "Kriminal aləmin gizlinlərindən olan M.S.Smirnovun "rəfiqəsi" olan qadın dəllalı, uşaq alverçisi köhnə Mənsurə evində öldürülüb. On altı nəfər dilənçilik edən qız azad edilərək, Bakıya yola salınıb". Rusiya prezidenti V.V.Putin bu istiqamətdə belə bir maraqlı açıqlama verir. Putin qapalı görüşlərinin birində qeyd edir: "Kriminal dünyanın liderləri bəzən dövlət və millət naminə elə addımlar atırlar ki, onların bu böyük mərhəmətləri qarşısında biz çox zaman susuruq və onlara kriminal deyib, əvəzini verə bilmirik...". Rusiya prezidentinin bu açıqlaması ABŞ-ın və Böyük Britaniyanın mətbuat səhifələrində özünə yer alsa da, elə də çox geniş təbliğ olunmur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2224   Tarix: 15 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sədaqət Vəliyeva: "Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyük bir uğur hesab olunur"

"Bu gün dünya ölkələrinin əksəriyyətində ixtişaşlar, müharibələr, terror aktları, bir sözlə qeyri-sabitlik tüğyan edir. Belə bir şəraitdə Azərbaycan bütün bu mənfi təsirlərdən tam kənardadır və ölkəmizdə yüksək səviyyəli sabitlik hökm sürür. Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyü

24.04.2024 165
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24.04.2024 476
.

Vüsalənin səhnə geyimi və rəqsi gündəm oldu - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

24.04.2024 635
.

Bu ölkə də Fələstini dövlət kimi tanıdı

Yamayka Fələstini dövlət kimi rəsmən tanıdığını açıqlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Yamayka xarici işlər və xarici ticarət naziri Kamina Conson Smit bəyan edib. O bildirib ki, Yamayka uzun müddət davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi ik

24.04.2024 178
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

24.04.2024 726
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24.04.2024 205
.

Rusiya: "ABŞ-nin Ukraynaya göndərəcəyi silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək"

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ-nin Ukraynaya göndərməyə hazırlaşdığı silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək. xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb. "Münaqişə bölgəsindəki vəziyyət çox aydındır. Bununla belə, yəqi

24.04.2024 174
.

İtaliya Rəqabət Təşkilatından Amazona 10 milyon avro cərimə kəsilib

İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) ABŞ-da fəaliyyət göstərən onlayn satış platforması Amazon-u ədalətsiz kommersiya təcrübələrini əsas gətirərək 10 milyon avro cərimələyib. xəbər verir ki, Rəqabət Qurumunun verdiyi yazılı açıqlamada Amazonun İtalyan internet saytında bir çox məhsul üçün satı

24.04.2024 126
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24.04.2024 876