Dini Qurumların çapına icazə verdiyi kitablardakı biabırçılıq: "Babasil üçün dua" - FOTOFAKTLAR

Dini Qurumların çapına icazə verdiyi kitablardakı biabırçılıq: "Babasil üçün dua" - FOTOFAKTLARBiG.AZ A24.az-a istihnadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzarətindən keçərək nəşrinə icazə verilən dini kitablar vətəndaşları din adına aldatmaqdadır.

Çapına icazə verilən kitablardan biri "Müsəlman qalası" kitabıdır. Kitabdakı fırıldaqlara nəzər yetirək.

Dini Qurumların çapına icazə verdiyi kitablardakı biabırçılıq: "Babasil üçün dua" - FOTOFAKTLARƏvvəlcə sinə, döş və ürək ağrıları üçün oxunması məsləhət bilinən ayənin tərcüməsinə baxaq:

"Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. Bu ayələr zalımların ancaq ziyanını artırır." ("İsra" surəsi, 17/82)

Ümumiyyətlə bu ayədə keçən şəfa sözünü yazarın tibbi şəfa kimi anlaması qəribə olsa da, sual yaranır ki, bəs bu ayədə sinə, döş və ürək sözləri harada keçir? Çünki aşağıdakı digər mövzu ayaq ağrıları üçün olan duadır və bu səfər başqa bir ayə istifadə olunub.

"Rəbbinin kitabından sənə vəhy olunanı oxu. Onun sözlərini heç kəs dəyişdirə bilməz. (Allahdan) başqa heç bir sığınacaq tapa bilməzsən!" ("Kəhf" surəsi, 18/27)

Bəs bu ayənin ayaq ağrısı ilə nə əlaqəsi?

Hər mövzunun altına ümumiyyətlə mövzu ilə əlaqəsi olmayan ayələr yazılıb. Tərcüməsinə isə ehtiyac duyulmur. Çünki oxucunu aldatmaq lazımdır. Əgər tərcüməsini bilsə "nə əlaqəsi var?" deyə sual verə bilər.

Məsələn:

"Yuxudan ayılmaq üçün ayə"

Dini Qurumların çapına icazə verdiyi kitablardakı biabırçılıq: "Babasil üçün dua" - FOTOFAKTLARYuxudan oyanmaq üçün məsləhət bilinən ayədə baxaq yuxu ilə bağlı nə oxumuş oluruq.

"De: "Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin məbudunuz Tək olan İlahdır. Ona tərəf doğru yol tutun və Ondan bağışlanmağınızı diləyin. Vay müşriklərin halına!" ("Fusillət" surəsi 41/6)

Bu ayənin yuxudan oyanmaqla nə əlaqəsi var? Və ya bu ayənin yuxudan oyanmaq üçün olduğunu biz nəyə dayanaraq deyirik? Allah bizə sehr, tilsim kitabımı göndərib? Allahın ayələrini bu kimi uydurma fikirlərə aid etməyin və bu kitabla insanları din adına aldadılmasına imkan verən Dini Qurumların məqəsədi nədir? Sadəcə görünən odur ki, yazarın və Dini qurumların dinlə heç bir əlaqəsi yoxdur.

Digər mövzu: "Sonsuz qadının şəfası"

Dini Qurumların çapına icazə verdiyi kitablardakı biabırçılıq: "Babasil üçün dua" - FOTOFAKTLARYazı başdan sona qədər xurafatla dolu olsada baxaq görək sonsuz qadın üçün hansı ayədən istifadə olunub?

"Ey Yəhya! Kitabdan bərk yapış (Tövratı möhkəm tutub onun hökmlərinə ciddi əməl et!). Biz uşaq ikən ona hikmət (Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik) verdik." ("Məryəm" surəsi, 19/12)

Bəs bu ayənin sonsuz qadının şəfası ilə bir əlaqəsi varmı? Görünən yenə də yazarın din adına insanları aldatması və bu kitabın çapına icazə verən Dini Qurumların göz yummasıdır.

Dini Qurumların çapına icazə verdiyi kitablardakı biabırçılıq: "Babasil üçün dua" - FOTOFAKTLARBu kimi İslam dini adına uydurma, hər cür yalan və iftiralar dolu kitablar dini kitab mağazalarında çoxluq təşkil edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4833   Tarix: 14 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokuroru

28.03.2024 227
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28.03.2024 125
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

28.03.2024 395
.

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28.03.2024 656
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28.03.2024 223
.

"Uçot dərəcələrinin real iqtisadiyyata təsiri yetərincə deyil"- Ekspert

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25% saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib. İqtisadçı ekspert Emin Qəribli -a bildirib ki

28.03.2024 238
.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

28.03.2024 188
.

Almaniyada avtobus avtomobil yolunda aşıb

Almaniyanın Leypsiq şəhərində avtobus magistral yolda aşıb. BİG.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib. 20-dən çox adam yaralanıb. Avtobusun İsveçrənin Sürix şəhərinə getdiyi bildirilib. Avtobusun hansı səbəbdən aşdığı məlum deyil. Sözügedən yolda nəqliyyat vasitələrinin hərəkət

28.03.2024 136
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105