Eldar Mahmudovun milyardlarını offşorlara ötürən banka ABŞ-dan SANKSİYA
ABŞ Maliyyə Nazirliyinin maliyyə cinaytləri ilə mübarizə Şəbəkəsi (FinCEN) Latviyanın ikinci ən iri bankı olan "ABLV Bank"a qarşı sərt sanksiya tətbiq edib.
BiG.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə qərarı maliyyə naziri Stiven Mnuçin açıqlayıb. Qərara əsasən bankın ABŞ maliyyə sisteminə çıxışı dayandırılır. Bu isə o deməkdir ki, bank dollar əməliyyatları apara bilməyəcək və fəaliyyəti faktiki iflic olacaq.
Birləşmiş Ştatların maliyyə naziri bildirib ki, bank Şimali Koreyanın nüvə proqramına kömək edən pulyuma əməliyyatları həyata keçirib. Beləliklə də beynəlxalq sanksiyalar rejimini pozub. Habelə Azərbaycan, Rusiya və Ukraynadan milyardlarla dollar korrupsiya pullarının leqallaşdırılmasında iştirak edib.
Qərarda göstərilir ki, çirkli pulların yuyulması üzrə müxtəlif sxemlər "ABLV Bank"ın fəaliyyətinin əsas istiqamətini təşkil edir. Bankın rəhbərliyi çirkli pulların yuyulmasına dair müxtəlif sxemlərin reallaşdırılmasına imkan yaradıb, bu zaman "içiboş şirkətlərdən" istifadə olunub. Bankın müştəriləri ondan əsasən çirkli pulların yuyulması üçün yararlanıblar.
"ABLV Bank"ın bir çox xarici ölkələrdə, o cümlədən Bakıda ofisləri fəaliyyət göstərir. Virtualaz.org qeyd edir ki, bankın Bakıdakı ofisi İçərçişəhərdəki "AG Centre" biznes mərkəzinin üçüncü mərtəbəsində yerləşir. Bank çevrələrindəki mənbələrdən məlum olur ki, vaxtilə "ABLV Bank" Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun və onun qudası, Azərbaycan Beynəlxalq Bankının sədri olmuş Cahangir Hacıyevin milyardlarının offşor zonalara ötürülməsini təşkil edib. Bank sektoru üzrə ekspert Əkrəm Hacıyev bildirir ki, Azərbaycan Beynəlxalq Bankının "ABLV Bank"a 8 milyon dollar borcu var və bu borcun məhz çirkli pulların yuyulması əməliyyatı zamanı yarandığı ehtimal edilir.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 1560 Tarix: 14 fevral 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşTəhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788