Eynulla Fətullayevdən generala sual: "Hansı nazirin oğlu orduda xidmət edir?..."

Eynulla Fətullayevdən generala sual: "Hansı nazirin oğlu orduda xidmət edir?..."Bu dəqiqələrdə Müdafiə Nazirliyində KİV redaktorları ilə nazirliyin rəhbər şəxslər arasında görüş keçirilir.

Görüşdə E.Fətullayev ermənilər tərəfindən həyata keçirilən informasiya diversiyasının qarşısının vaxtında və effektiv alınmasının mühümlüyü məsələsini qaldırıb. Jurnalist bildirib ki, bir çox hallarda Ermənistan Müdafiə Nazirliyi daha operativ işləyir və bunda Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlının günahı yoxdur.

"Vaqif Dərgahlının telefonu sutka boyu jurnalistlərə açıqdır, sadəcə olaraq onun səlahiyyətlərini artırmaq lazımdır. Nəyə görə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan özünü daha sərbəst hiss edir və sosial şəbəkələrdə cəbhədən gələn xəbərləri operativ yerləşdirir?"-E.Fətullayev sual edib.

Jurnalist xatırladıb ki, indi 21-ci əsrdir və internet əsrində hansısa informasiyanı gizlətmək mümkün deyil. O zaman erməni təbliğatçılarına informasiya manipulyasiyası üçün şərait nəyə görə yaradılır?

Polkovnik Dərgahlı bu fikirlərə cavab olaraq deyib ki, o zabitdir və əmrə tabedir. E.Fətullayevin narahatlığını APA informasiya agentliyinin baş redaktoru Vüsalə Mahirqızı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu, jurnalist Rey Kərimoğlu və digərləri də dəstəkləyib.

V.Mahirqızı ordu üzərində ictimai nəzarətin gücləndirilməsi məsələsini qaldırıb. "Dövlət sirri nə deməkdir? Əgər informasiya jurnalistin əlinə keçirsə o artıq dövlət sirri deyil, Müdafiə Nazirliyinin problemidir"-Mahirqızı deyib.

Görüşdə çıxış edən müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev qeyd edib ki, Azərbaycan ordusu onsuz da ictimai nəzarət altındadır."Bizim hərbi hissələrə müntəzəm olaraq Ombudsman aparatının nümayəndələri baş çəkir. Baş prokurorluqla birlikdə vaxtaşırı olaraq profilaktik işlər aparılır. Hərbi hissələrə jurnalistlərin səfərləri təşkil olunur, ancaq onların bir çoxu sensasiya dalınca qaçır. Bəyəm Rusiya və ya ABŞ ordusunda problem yoxdur? Bəs siz görmüşünüz ki, onların mətbuatı itkilər barədə məlumatları dərc etsinlər?"-general bildirib.

Nazir müavini əlavə edib ki, Vaqif Dərgahlının kifayət qədər səlahiyyətləri var. Lakin yaymazdan əvvəl informasiyanı dəqiqləşdirmək lazımdır. "Mən Eynulla Fətullayevlə haradasa razıyam, amma siz də bizi başa düşməlisiniz. Biz hamımız operativlik üçün can atırıq"-o deyib.

Görüşdə söz alan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Azərbaycan Demokratik Cümhuriyyətinin hərbi xadimlərindən əfsanəvi general Səmədbəy Mehmandarov haqda danışmağa başlayıb. Bildirib ki, bu il cümhuriyyətin qurulmasının 100 illiyi tamam olacaq. Lakin Eynulla Fətullayev gözlənilmədən onun sözünü kəsib. Bildirib ki, Mehmandarov 100 il bundan qabaq vəfat edib və Azərbaycan ordusundakı indiki problemlərdən danışmaq lazımdır.

"Gəlin Mehmandarovun özünün sözlərini xatırlayaq: "Bizim ordumuzda nə bir nəfər xan, nə bəy oğlu yoxdur". Sizin hamınızdan soruşmaq istəyirəm, bizim ordumuzada nazirlərin oğulları da xidmət edirmi?"-Eynulla Fətullayev bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2864   Tarix: 14 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universitet

11:53 197
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19.04.2024 447
.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

19.04.2024 451
.

İran səfiri Azərbaycanı tərk edir

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırkı dönəmdə tərəflər iki dövlə

16:05 0
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 583
.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

19.04.2024 460
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib. APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib

19.04.2024 199
.

İsrail əsgərləri 3 fələstinlini yaralayıb

İşğal altındakı İordan çayının qərb sahilində Nablus şəhərinin Beyta qəsəbəsində baş verən hadisələrdə İsrail əsgərləri 3 fələstinlini yaralayıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada İsrail əsgərlərinin Beyta qəsəbəsində ikisi uşaq olmaqla 3 fələstinlini yaraladığ

12:30 103
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19.04.2024 266