Qanuna qarşı çıxan daha bir dövlət xəstəxanasında pul tələsi – RƏSMİ AÇIQLAMA

Qanuna qarşı çıxan daha bir dövlət xəstəxanasında pul tələsi – RƏSMİ AÇIQLAMA26 iyun 1997-ci il tarixdə imzalanmış və təsdiq olunmuş "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorumaq və tibbi yardım almaq, dövlət tibb müəssisələrində ödənişsiz tibbi xidmətlərdən yararlanmaq hüququ vardır.

Ancaq Azərbaycanda fəaliyyət göstərən bir sıra dövlət tibb müəssisələri qanunun bu tələbələrinə məhəl qoymur. 3 saylı Şəhər Klinik Xəstəxanası kimi.. Belə ki, adı çəkilən səhiyyə müəssisəsində vətəndaşdan müayinə üçün pul tələb olunub.

BiG.AZ xəbər verir ki, bu barədə PrimeTime.Az-a şikayətçi Aytən İmanova (ad şərtidir) məlumat verib. Vətəndaşın sözlərinə görə, həkim ona kompüter tomoqrafiyasından da müayinədən keçməyini bildirib:

"Elə həmin xəstəxanada tomoqrafiya müayinəsi üçün müraciət etdik. Müayinəni həyata keçirən həkimlər 60 AZN ödəniş etməli olduğumu bildirdilər. Mən onlara bu qədər pulum olmadığını dedim. Onlar isə cavabında başqa yerlərdə daha baha olduğunu və bu məbləğin onların cibinə getmədiyini dedilər. Bildirəndə ki, bura axı dövlət xəstəxanasıdır, pulsuz olmalıdır. Orada olan həkimlərdən biri bunun kompüter tomoqrafiyasına şamil edilmədiyini qeyd etdi. Ancaq mən dəqiq bilirəm ki, dövlət xəstəxanasında bütün müayinə və müalicə pulsuz olmalıdır. Bununla bağlı Səhiyyə Nazirliyinə bir neçə dəfə məktubla müraciət etsəm də, araşdırılacağını bildirib, başqa cavab verməyiblər".

Aytən xanım müayinə üçün xəstəxananın digər şöbələrində də pul istənildiyini dedi:

"Uzi üçün 10-20 AZN istədilər. 10 yalnız bir orqana baxmaq üçün. 20 AZN ümumi yoxlanışa. Həkimlərə də müalicə yazırsa, 20 AZN pul verməli olduğumu dedilər. Məsələnin ən pis tərəflərindən biri də budur ki, pul ödəmədiyin halda pasientə düzgün diaqnoz və yaxşı müayinə olunacağı da sual altındadır".

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinə müraciət etdik. Qurumdan bildirdilər ki, dövlət xəstəxanalarında vətəndaşlar üçün bütün tibbi müayinələr, eləcə də müalicə prosedurları ödənişsizdir:

"Dövlət xəstəxanalarında bütün tibbi xidmətlər tam ödənişsiz həyata keçirilir. Hər bir vətəndaş dövlət səhiyyə müəssisələrində qarşılaşdığı hallar barədə Səhiyyə Nazirliyinin 9103 Qaynar Xəttinə və Elektron Səhiyyə Mərkəzinə müraciət edə bilər".

Qanuna qarşı çıxan daha bir dövlət xəstəxanasında pul tələsi – RƏSMİ AÇIQLAMA


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1463   Tarix: 14 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888