Bu şəxslər üçün şəxsiyyət vəsiqəsinə görə dövlət rüsumu azaldıla bilər

Bu şəxslər üçün şəxsiyyət vəsiqəsinə görə dövlət rüsumu azaldıla bilər

Azərbaycanda 15 yaşdan aşağı vətəndaşlar üçün şəxsiyyət vəsiqəsinin alınması və dəyişdirilməsinə görə dövlət rüsumlarının azaldılması planlaşdırılır.

BiG.AZ Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan "Dövlət rüsumları haqqında" qanuna dəyişikliklərdə nəzərdə tutulur.

Dəyişikliklərə əsasən, 15 yaşdan aşağı vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün rüsumlar aşağıdakı kimi olacaq:

- 10 iş günü ərzində veriləcəyi təqdirdə - 4 manat:

- 3 iş günü ərzində veriləcəyi təqdirdə - 20 manat:

- 1 iş günü ərzində veriləcəyi təqdirdə - 25 manat:

Hazırda bu rüsumlar müvafiq olaraq 5, 25 və 35 manat təşkil edir.

Dəyişikliklər 15 yaşdan yuxarı şəxslərə şamil olnumayacaq. Həmin şəxslər şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi üçün 35 manatadək rüsum ödəyəcəklər.

Dəyişikliklər qəbul olunacağı təqdirdə 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 564 Tarix: 14.02.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər