"İlin sonuna qədər növbəti devalvasiya gözlənilir"

"İlin sonuna qədər növbəti devalvasiya gözlənilir"İlin sonunda manata qarşı təzyiqlər güclənəcək.

BiG.AZ xəbər verir ki, bunu yenicag.ru-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli Azərbaycanın hazırki iqtisadi vəziyyətindən danışarkən bildirib:

"Ötən ilin ilk ayları ilə müqayisədə son yarım ildə neftin qiyməti (30-35 faiz) durmadan artdı. Bunun əsas iqtisadi səbəbi OPEK və Rusiyanın müştərək danışıqlar əsasında neft istehsalını 1.8 milyon barelə qədər azaltması oldu. Bu, bazara psixoloji baxımdan güclü təsir göstərdi. Yəni neft istehsalının süni şəkildə azaldılması və bazara informasiya baxımından təzyiq "qara qızılın" qiymətindəki artımla müşahidə olundu".

Ekspertin sözlərinə görə, digər səbəblər isə siyasi xarakter daşıyırdı. Məsələn, sentyabrda Şimali İraqda, Kürdüstanla bağlı referendum keçirilməsi qərara alındı ki, bu da Kərkük-Yumurtalıq-Ceyhan neft kəmərinin bağlanması ilə nəticələndi. Hansı ki bu kəmərlə gün ərzində 800 min barel neft axır və sözügedən boru xətti hələ də açılmayıb.

"Amma deyilənə görə, boru xətti fevral ayının axırlarında fəaliyyətini bərpa edəcək. Təkcə bu xətt neftin qiymətini 4-5 dollar aşağı salacaq", – deyə Natiq Cəfərli bildirib.

Ekspert neftin qiymətinə təsir edən digər amilləri də qeyd edib:

"Sonra Səudiyyə Ərəbistanının ərazisi raket atəşinə tutuldu, ABŞ-İran münasibətləri kəskinləşdi və bütün bunlar nefti bahalaşdırdı. Ancaq bu bahalıq ABŞ-ın slans neft klapanlarını genişləndirdi. Ona görə də OPEK və Rusiya gündəlik hasilatı azaltmağı razılaşdırdıqları halda Amerika gündəlik hasilatı əvvəl 8,6 milyona, sonra isə 10 milyon barelə çatdıraraq Səudiyyə ilə bərabərləşdi.

OPEK və Rusiya anlaşmasından sonra hasilatın azalmasını tək Amerika sığortalayırdı, indi isə Kanada da gündəlik hasilatı 500 min barrel artırır. Bütün bunlar neftin qiymətinə təsir edir.

Neftin 63-64 dollara satılması sözügedən valyutanın zəifliyi ilə bağlıdır – ona görə də qiymət hələ düşmür. Ancaq bu müvəqqəti haldır. FED-in yeni rəhbəri bəyan edib ki, onlar martda uçot dərəcəsini artıracaqlar və dollar bütün dünyada bahalaşacaq. Bu da martdan sonra neftə olan təzyiqləri artıracaq, nəticədə qiymət 55 dollara qədər düşəcək. Azərbaycan kimi əsas gəliri neft olan ölkələr bundan daha çox zərər görəcəklər. Bu da manata olan təzyiqləri gücləndirəcək".

O, yaxın aylara qədər manatın kursunun aşağı düşməyəcəyini, stabil qalacağını bildirir. Onun sözlərinə görə, Mərkəzi Bankın manatı "üzən valyuta" adlandırmağına baxmayaraq, milli pul vahidinin dəyərdən düşməyə qoymayan obyektiv dayaqlar var.

"Amma ilin sonuna yaxın neftin qiymətində ucuzlaşma olarsa, hökumət müəyyən addımlar atmağa məcburdur, çünki dolların möhkəmlənməsi Azərbaycanın ticari tərəfdaşları olan Gürcüstan, Türkiyə, Qazaxıstan və Rusiyaya böyük təsir göstərəcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1357   Tarix: 13 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"O gəlin gedəndə fikirdən sarılıq olmuşdum"

Müğənni Mətanət Əsədova "7 Tamam" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, proqram zamanı verilişə sənətçinin bacısı Səfayə xanım zəng edib. Müğənni onunla bağlı maraqlı məqamlara toxunub:. "Ən böyük bacım Səfayə xanım 5 yaşım olanda ailə qurub. O gəlin gedəndə mən fikirdən sarılı

09:29 493
.

Qəzzada ölənlərin sayı 33843-ə çatıb

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölənlərin sayı 33 843-ə çatıb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 193 gündür hücumları ilə bağlı məlumat verilib. Açıqlamada İsrail ordusunu

20:45 0
.

Gəncə sakini itkin düşdü

Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Həsənov Osman Vahid oğlu itkin düşüb. Bu barədə "Qafqazinfo"ya onun yaxınları məlumat verib. İlkin məlumata görə, adıçəkilən şəxs Beyləqan rayonundan Gəncəyə gedərkən Nizami Məqbərə Kompleksi yaxınlığında "Vito" markalı mikroavtobusdan düşü

09:58 393
.

Məleykə Abbaszadə: "Yüksək bal toplayanların çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək səhvdir"

"Buraxılış imtahanında yüksək bal toplayanların sayının çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək tamamilə səhv fikirdir. İmtahanın çətinlik dərəcəsi əvvəlcədən necə elan olunursa, elə o səviyyədə də təqdim edilir. Ötənilki imtahanla builki imtahanın məzmununu müqayisə etdikdə, çətinli

16:28 151
.

Bakının üç rayonunda qaz olmayacaq

"Dübəndi" QPS-də "Dübəndi əlaqələndirici" qaz ölçü qovşağının mövcud şəbəkəyə qoşulması, Nərimanov rayonunun Faiq Yusifov küçəsində yeraltı qaz xəttində korroziya nəticəsində yaranmış qaz sızmalarının ləğv edilməsi, Qaradağ rayonunun Lökbatan qəsəbəsi, 20 yanvar küçəsində yeni çəkilmi

20:27 0
.

Yunanıstan tərəfindən ölən qeyri-qanuni miqrantlar xilas edildi

Yunanıstanın sahil mühafizəsi tərəfindən Bodrumun şimal-qərbində qalan qeyri-qanuni miqrantların xilas edildiyini açıqlayıb. BİG.az xəbər verir ki, bu barədə Yunanıstan Milli Müdafiə Nazirliyi məlumat yayıb. Həmin görüntüləri təqdim edirik:

14:30 0
.

"Semka" da həbs edildi

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. DİN-in Mətbuat xidmətindən -a verilən məlumata görə, bu dəfə "Semka" ləqəbi ilə tanına

16:44 106
.

Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib: YENİ TƏYİNAT - FOTO

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. AZƏRTAC xəbər ki, dövlət başçısı İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyini

14:32 179
.

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

10 yaşlı Nərmini öldürməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilmiş İlkin Süleymanovun hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı müvəqqəti dayandırılıb. "Qafqazinfo"nun məlumatına görə, Gəncə Apellyasiya Məhkəməsində səkkiz aydır davam edən prosesin dayandırılmasın

14:24 334