Məktəblərdə cəzasızlıq hökm sürür, oğlanlar bir-birini zorlayır - EKSPERTLƏR ŞƏRH EDİR

Məktəblərdə cəzasızlıq hökm sürür, oğlanlar bir-birini zorlayır - EKSPERTLƏR ŞƏRH EDİRXəbər verdiyimiz kimi, Bakı şəhərinin Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksində biabırçı hadisə baş verib. Belə ki, 11-ci sinif şagirdi olan oğlan 7-ci sinifdə oxuyan qız şagirdi məktəbin idman zalının geyinib-soyunma otağında zorlayıb.

Təhsil Kompleksinin 11-ci sinfində oxuyan R. C. 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olub və bunu telefona çəkərək, sosial şəbəkələrdə yayıb. BiG.AZ saytı məktəblərdə bu cür neqativ halların baş vermə səbəbi ilə maraqlanıb.

Təhsil eksperti Kamran Əsədov BiG.AZ-a açıqlamasında bildirib ki, orta məktəblərdəki neqativ halların səbəbkarı direktorlardır: "2 aylıq təlim keçənlər bu gün orta müəssisələrinə rəhbər təyin edilirlər: "Bu cür insanları məktəblərə gətirmək çox təhlükəlidir. Filandiyada məktəbdə müəllim işləmək üçün magistratura təhsili tələb olunur. Baş verən hallar onu göstərir ki, məktəbləri idarə edən şəxslər normativ hüquq aktlarından xəbərsizdilər. Hətta orta məktəbləri idarə edən şəxslər qürurlanırlar ki, bizim məktəbin məzunları yüksək balla ali məktəblərə qəbul olunublar. Orta təhsil müəssisələrində əldə edilən naliyyətlər, gedən inkişaf və ali məktəblərə qəbul balı məktəbin uğuru demək deyil. Bütün bunlar repetitorların uğurlarıdır. Azərbaycanda 1.5 milyondan çox şagird təhsil alır. Onların böyük əksəriyyəti fərdi müəllim yanına gedir. Hətta birinci sinif şagirdləri belə repetitorlara müraciət edirlər. Ali məktəblərə qəbul imtahanlarda iştirak edən şagirdlərin 95 faizi fərdi müəllim yanında hazırlıq keçib. Bilirsiniz ki repetitorların çoxusu orta məktəblərdə çalışmırlar. Baş verən neqativ hallar onu göstərir ki, direktorlar şəxsi maraqlarına xidmət edən təhlükəsizlik komeraları quraşdırırlar. Ancaq şagirdlərin bütün aktiv hərəkət etdikləri ərazilərdə təhlükəsizlik komeraları quraşdırılmalıdır. Təkcə çəkiliş etməklə iş bitmir. Bütün çəkilişlər daimi olaraq izlənməlidir. Orta məktəblərdə psixoloq daimi olaraq şagirdlərlə işləməlidir".

Məktəblərdə cəzasızlıq hökm sürür, oğlanlar bir-birini zorlayır - EKSPERTLƏR ŞƏRH EDİRKamran Əsədov bildirib ki, şagirdlərə "Həyat Bilgisi" adlı dərs keçirilir: "Orada şagirdlərin yerinə yetirməli qayda-qanunlar və əxlaq normaları öz əksini tapır. Təəssüflər olsun ki, bizim məktəblər sadəcə bu biliklərin şagirdlərə verilməsi ilə işini bitmiş hesab edir. Ola bilər ki, məktəb şagirdə təhsil verə bilməsin amma bacarıq, əxlaq və tərbiyyə verməyə borcludur.

Yayılan video onu göstərdi ki, məktəblərdə o qədər boşluqdur ki, şagirdlər rahat hərəkət edə bilir. İstədiklərini həyata keçirirlər. Məktəblərdə müəllimlər dərs bitdikdən sonra hər bir şagirdin sinfi tərk etməsini izləməlidir. Direktor kabinetində oturub məktəbi idarə etməməlidir. Bu onu göstərir ki, məktəblər nəzarətsizdir. Sinif rəhbərləri problemli şagirdlərlə bağlı qeydiyyat aparmalıdır. Onlarla tərbiyəvi söhbətlər edilməlidir. Məktəblərdə görüntü xatirinə tədbirlər keşirilməməlidir. Məktəbdə kitabxanaçı nə işə yarayır. Şagirdlər arasında əxlaqi kitab oxuma günləri keçirilməlidir. Bu gün biz ictimai nəqliyyatdan istifadə edən zaman görürük aşağı sinif şagirdləri necə xoşagəlməz hərəkətlər edirlər. Bunlar müzakirə olunmalıdır. Məktəb-valideyn münasibəti sıfıra bərabərdir. Məktəb-valideyn assosiyasiyası ancaq bayramlarda pul yığmaqla məşğuldur. Məktəblərdə çətin tərbiyə edilən uşaqlarla bağlı işlər aparılmalıdır. Sözügedən video onu göstərir ki, bu birinci dəfə deyil. Hər iki şəxs məktəbdə həmin məkanı dəfələrlə isifadə ediblər. Deməli nəzarət olunmurdu. Direktor hansı işə baxırdı. Hesab edirəm ki, direktorların işi ilə bağlı tədbirlər görülməlidir. Onlar vəzifələrinin öhtəsindən gələ bilmirlər. Onların fəaliyyətinə xitam verilməlidir. Bütün jurnalistlərə təşəkkür edirəm ki, təhsildə baş verən neqativləri gündəmdə saxlayırlar. Bəziləri düşünür ki, bu cür hadisələri yaymaq olmaz. Əslində yayılmalıdır. Hər kəs dərs götürməli və cəzalandırlmalıdır".

Ekspert onu da vurğulayıb ki, orta məktəblərdə cəzasızlıq hökm sürür: "Bu gün şagirdlərin nüfuzu və mövqeyi müəllimdən üstündür. Şagird müəllimdən qorxmur. Hesab edirəm ki, şagirdlər sinifdə saxlayıb cəzalandırmaq lazımdır. Əlbəttə bu fiziki cəzadan söhbət getmir. Qiyməti kəsilməsi, sinifdə saxlanılması və məktəbdən azad edilməsi kimi məsələlər nəzərdə tutulur. Hər kəs məktəbin müqəddəs yer olduğunu unutmamalıdır. Cəmiyyətdə azyaşlıların zorlanması və ərə getməsi məsələləri var. Amma bu məkan məktəbdir. Necə ki, məscidlər, kilsələr əzizdir və bu cür hərəkətlər edilməsinə görə utanılır. Eləcə də məktəblər belə olmalıdr. Təəssüf ki, bəzi məktəb direktorları məktəbin hansı fünksiyanı yeribnə yetirdiyini aşılaya bilmirlər. Orta məktəblərin nizamnaməsinə görə 2014-cü ildə qəbul edilmiş müəllimlərin qanunverici aktlarına görə onların vəzifəsi şagirdlərin düzgün əxlaqlanmasıdır. 4500 məktəbdə 151 min müəllim çalışır. Eləcə də 4500 direktorumuz var. Onlar hansı işlə məşğuldurlar? Dərsliklərimizdə kifayyət qədər əxlaqi mövzular var. Düzgün iş qurulmalıdır.
Əxlaq polisi deyil, lap əxlaq təhlükəsizlik sistemi belə yaradılsa yerinə yetirməyəcəklər. Hesab edirəm ki, orta məktəbləri idarə edənlər barəsində ciddi addımlar atılmalıdır".

Məktəblərdə cəzasızlıq hökm sürür, oğlanlar bir-birini zorlayır - EKSPERTLƏR ŞƏRH EDİRSiyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev deyib ki, son 5 ildə Azərbaycanda informasiya texnologiyasında yüksəliş baş verib: "Sosial şəbəkələrdə aktivliyin artması, yeni proqramların çıxması gəncləri özünə bağlayıb. Həmin yayılan video da həmin proqramların təsirindən ortaya çıxıb. Bizim gənclərimiz sosial şəbəkələrin qurbanına çevrilib. Bundan əlavə orta məktəbdə dərsliklər mütləq dəyişilməlidir. Məktəblərdə nəzarət olmalıdır. Müəllimlər şagirdlərlə işləməlidir. İdman dərslərində geyinib-soyunma otağına nəzarət güclü olmalıdır. Həmin video da idman dərsindən sonra olub. Bilirsinizmi ki, idman dərslərindən sonra geyinib-soyunma zalında nələr baş verir? Təkcə qızla oğlanla deyil. Oğlanlar da bir-birinə qarşı zorakılığa yol verir. Dolayısı yola oğlanlar bir-birini zorlayır. İdman müəllimləri buna nəzarət etmir. Əslində idman müəllimləri bu zorakılığın qarşısını almaq üçün daim nəzarət etməlidir. Bu zorakılığı bilsələr də valideynlər susurlar. Çünki biabır olmaqdan qorxurlar".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8313   Tarix: 13 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qayığın batması nəticəsində eyni ailədən 8 nəfər ölüb

Mozambikdə əlverişsiz hava şəraiti və həddindən artıq yüklənmə səbəbindən qayığın batması nəticəsində eyni ailədən 8 nəfər ölüb. xəbər verir ki, Mozambik Xəbər Agentliyinin məlumatına görə, ölkənin mərkəzi bölgəsindəki Zambezi çayında əlverişsiz hava şəraiti və həddindən artıq yüklənmə səbəbindən bi

17.04.2024 468
.

"Günah onda deyil"

"Aparıcı Aytən Səfərovanın düşdüyü qəzanın görüntülərinə baxdım. Günah onda deyil". OLAY yazır ki, bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O, Səfərovanın düşdüyü qəzanı şərh edib:. "Sadəcə ərazidə qarışıq bir durum var. Ona da istintaq orqanları rəy verəcək. Ölən sərnişin

11:04 1564
.

İsrail məktəbə hücum etdi: 4 ölü

İsrail Qəzzada dinc sakinlərin sığındığı məktəbə hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 2-si uşaq olmaqla 4 nəfər ölüb. Ölənlərlə yanaşı yaralananlar da var. Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb. Hadisə zamanı məktəbə isə böyük ziyan vurub. İsrailin Qəzza zolağına oktyabrı

18:02 148
.

Məşhurlar şişmanlaşıb belə oldu

Süni intellekt vasitəsilə bir çox məşhurların şişman halları "yaradılıb". -ın xəbərinə görə, sosial şəbəkələrdə türkiyəli məşhur aktyor və aktrisaların süni intellekt vasitəsilə kökəldilmiş hallarının şəkilləri paylaşılıb. Görünüşləri dəyişən məşhurlar heç də xarizmatik görünməyiblər

22:15 1
.

Qəzzada ölənlərin sayı 33970-yə çatıb

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 33970-yə çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 195 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib. Açıqlamaya görə, İsrail ordusunu

21:00 0
.

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşənlərin axtarışları davam edir. xəbər verir ki, Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kocayev Senatın ümumi iclasından sonra jurnalistlərə açıqlama verib. Kocayev ölkədə davam edən daşqınlar səbəbilə Atrau bölgəsind

20:45 0
.

Evə seyf arzusu ilə girib sazla gitara oğurladılar - Foto

Lerikdə evdən musiqi alətləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Lerikdə evdən gecə saatlarında gitara, saz və məişət əşyalarını oğurlaması barədə məlumat daxil olub. Lerik RPŞ-nin keçirdiyi tədbirlərlə cinayətdə şübhəli bilinə

10:12 258
.

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO

"Məni həkim yox, texniki işçi əməliyyat edib". -ın məlumatına görə, bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. Onun sözlərinə görə, bu il fevral ayında İcbari Tibbi Sığorta ilə Bakı Sağlamlıq Mərkəzində ayağından əməliyyat olunub. Camal Şabanov deyir ki, onu həkim Ruslan Əliyevi

17.04.2024 747
.

Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO

Kürdə batan ata və qızı ilə bağlı yeni detallar məlum olub. "Azad Azərbaycan" Televiziyasında (ATV) yayımlanan süjetdə bildirilib ki, itkin düşən 6 yaşlı Səma üç il əvvəl ürəyindən əməliyyat olunub. "Bu səbəbdən də valideynləri hər zaman ona diqqət edirdilər. Ailədə onun nazı ilə oynayırdılar"

17:48 288