Aygün Bəylərin qardaşı məhkəmə qarşısında – FOTO

Aygün Bəylərin qardaşı məhkəmə qarşısında – FOTOBakı Ağır Cinayətlər Məhkəməsində Abbas Hümmətov, Fuad Məmmədzadə, Elmir Alxazov, Ramil Əsirov və qardaşı Elnur Əsirovun CM-nin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

BiG.AZ-ın məlumatına görə, 2016-cı il avqustun 29-da Daxili İşlər Nazirliyi (DIN) məlümat yayıb ki, Suraxanı RPİ və rayon prokurorluğu əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2013-cü ilin iyunun 16-dan itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini Elnur Hümbətovun qətlə yetirildiyi müəyyən edilib.

Hümbətov 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala qəsəbəsi ərazisində boğulma yolu ilə öldürülüb. Sonra həmin şəxslər cinayətin izini itirmək məqsədi ilə meyiti basdırıblar və üstünü betonla örtüblər. İstintaq-əməmliyyat qrupunun üzvləri tərəfindən hadisə yerinə baxış keçirilib və mərhumun meyitinin qalıqları ekskumasiya olunaraq ekspertizaya təqdim edilib. İşin mürrəkəbliyi nəzərə alındığı üçün cinayət işi Suraxanı rayon prokuroroluğundan götürülüb və Bakı şəhər prokurorluğuna göndərilib.

Araşdırma zamanı məlum olub ki, təqsirləndirilən Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşıdır, mərhum isə əmisi nəvəsi olub.

İstintaqla müəyyən edilib ki, qrup üzvləri 2013-cü ilin fevral-mart aylarında Qala qəsəbəsi, yeni yaşayış massivində yerləşən evin həyətyanı sahəsində narkotik vasitə əkib, pul qazanmaq barədə razılığa gəliblər. Təxminən 2 aydan sonra onlar Elnur Hümmətovun bu barədə polisə məlumat verməyindən şübhələniblər. Bu məqsədlə son vaxtlar onlardan kənar gəzən Elnuru axtarıb, tapıblar və evə gətirərək, orada saxlayıblar.

Ertəsi gün Hümmətovun qaçmağa cəhd etdiyini görən şəxslər onu boğaraq, qəsdən öldürüblər və sonra quyu qazaraq, meyitini orada basdırıblar. Həmin ilin iyul-avqust aylarında təqsirləndirilən şəxslər bəcərib, əldə etdikləri 40 kiloqram marixuananı 15000 manata satıblar.

Bügün ki məhkəmə iclasında son sözlə təqsirləndirilən Fuad Məmmədzadə çıxış edib. O, səhhətində problemlər, himayəsində azyaşlı uşaq, valideynlərinin yaşlı olduğunu, məhkəmədən sadaladığı halları nəzərə almasını xahiş edib. Məmmədzadə özünü təqsirli hesab etmədiyini deyib. Digər təqsirləndirilən şəxslər son sözə hazır olmadıqlarını bildirərək məhkəmədən vaxt istəyiblər.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxışı zamanı F.Məmmədzadəyə, E.Alxazova, R.Əsirova 15 il, A.Hümmətova, E.Əsirova 14 il 9 ay və C.Alxazova 14 il 6 ay cəza təyin edilməsini xahiş edib.

Növbəti proses fevralın 23-də keçiriləcək.

Aygün Bəylərin qardaşı məhkəmə qarşısında – FOTOAygün Bəylərin qardaşı məhkəmə qarşısında – FOTOAygün Bəylərin qardaşı məhkəmə qarşısında – FOTOAygün Bəylərin qardaşı məhkəmə qarşısında – FOTOAygün Bəylərin qardaşı məhkəmə qarşısında – FOTOAygün Bəylərin qardaşı məhkəmə qarşısında – FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1091   Tarix: 11 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874