Gözlənilən oldu: Bayıl yamacı sürüşdü, evlər dağıldı - Hadisə yerindən FOTOLAR/YENİLƏNİB

Gözlənilən oldu: Bayıl yamacı sürüşdü, evlər dağıldı - Hadisə yerindən FOTOLAR/YENİLƏNİB

Bayıl yamacında sürüşmə yenidən aktivləşib.

Yenicag.az-ın hadisə yerində olanda əməkdaşının verdiyi məlumata görə hadisə zamanı 3 ev dağılıb.

Xoşbəxtlikdən sürüşmə zamanı evdə heç kim olmayıb. Sözügedən ərazidə təbii fəlakət davam etdiyindən ev sahibləri yerli icra hakimiyyəti tərəfindən müvəqqəti olaraq başqa yerə köçürülüblər.

Hadisə yerinə polis əməkdaşları, Yasamal rayon icra hakimiyyəti nümayəndələri sözügedən ərazidədirlər.

14:40

Bu gün saat 14 radələrində Bayıl yamacında, sürüşmə baş verib.

BiG.AZ Lent.az-a istinadla xəbər verir ki, yamacın təhlükəli ərazi elan edilmiş hissəsində — yuxarı tərəfdə torpaq uçqunu baş verib. Nəticədə bir neçə ev dağılıb, işıq dirəkləri aşıb. Ətrafda yaşayan insanlar təşviş içində təhlükəli zonadan uzaqlaşıb.

Qeyd edək ki, dünən axşamdan etibarən yağan qar sürüşmə riskini daha da artırıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Sputnik Azərbaycan-a verdiyi açıqlamada faktı təsdiqləyib: “Bəli, belə bir məlumat almışıq. Hazırda hadisə yerinə gedirəm”.

Gözlənilən oldu: Bayıl yamacı sürüşdü, evlər dağıldı - Hadisə yerindən FOTOLAR/YENİLƏNİB
Gözlənilən oldu: Bayıl yamacı sürüşdü, evlər dağıldı - Hadisə yerindən FOTOLAR/YENİLƏNİB
Gözlənilən oldu: Bayıl yamacı sürüşdü, evlər dağıldı - Hadisə yerindən FOTOLAR/YENİLƏNİB

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2014 Tarix: 10.02.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
AykaKami
AykaKami 10.02.2018
Qar?qar yagib ki?


 
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər