Şüurlu halda özlərini maşının altına atırlar - Bakıda kütləvi psixioz - FOTOLAR

Şüurlu halda özlərini maşının altına atırlar - Bakıda kütləvi psixioz - FOTOLARReyd zamanı saxlanılan piyadaların əksəriyyəti qaydalardan xəbərsiz olduğunu deyib

Bu gün DİN Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) əməkdaşları paytaxtın "20 Yanvar" metrostansiyası yaxınlığında, Bayraq Meydanı ərazisi və Fəhlə prospektində piyadalarla bağlı reyd keçiriblər. Reyd ilk olaraq "20 Yanvar"dan başladı. Reyddə ilk dəfə olaraq Yol Patrul Xidmətinin (YPX) qadın əməkdaşı iştirak edirdi. Polis baş serjantı Turan Daşdəmirova reyd zamanı qaydaları pozan xanım piyadaları saxlayır, onlara qanun haqqında məlumat verir, təbliğat aparır və qayda pozan piyadalara inzibati xəta protokolu tətbiq edirdi.

Nə qədər qəribə olsa da, reyd zamanı saxlanılan piyadaların əksəriyyəti qaydalardan xəbərsiz olduqlarını dilə gətirirdilər. Həyatını təhlükəyə atıb, "20 Yanvar" dairəsində özünü avtomobillərin qarşısına ataraq yolu keçməyə çalışan piyadaların piyada keçidindən keçməmək üçün müxtəlif bəhanələri var idi. Bəzisi belinin ağrıdığını deyir, bəzisi də ərazidə piyada keçidinin olmasından xəbərsiz olduğunu, digəri də tələsdiyini bəhanə gətirərək özlərinə haqq qazandırmağa çalışırdılar.

Çoxu özünü təqdim etmək istəmirdi, təqdim etdikləri zaman isə ad və soy adlarını düzgün demirdilər. "20 Yanvar" dairəsində başlayan reyd, tez-tez piyada vurulması ilə gündəmə gələn Bayraq Meydanı və Fəhlə prospektində davam etdi. YPX-nin əməkdaşları qayda pozan piyadalara yaxınlaşaraq əvvəlcə məlumat verir, sonra cərimə tətbiq edirdilər.

Reydlər zamanı qayda pozan piyadaların çox az hissəsi səhvini etiraf edir və bu halın bir daha təkrar edilməyəcəyini bildirirdi. Bəzi piyadalar isə özlərini haqlı çıxarmağa çalışır, polisin əmrinə tabe olmaq istəmirdilər.

Reyddə Baş Dövlət Yol Polis İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqələr şöbəsinin baş inspektorları, polis polkovnik leytenantı Səbri Hüseynov və İsa Deyistani iştirak edirdi.

Reyddə iştirak edən "Jurnalistika və İnkişaf" İctimai Birliyinin sədri Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqla verdi. O bildirdi ki, bəzi hallarda piyadalarla bağlı vəziyyət dəhşətli dərəcədə narahatlıq yaradır. "Keçidin yanında yola çıxan insanları başa düşmək olmur. Sual verirsən, deyir ki, "rayondan gəlmişəm", "xəstəyəm" və s. Belələrinin maarifləndirilməsinə ehtiyac var" — Muradlı qeyd etdi. Onun sözlərinə görə, əvvəlcə güclü təbliğat aparmaq lazımdır: "Bununla yanaşı, cərimələrə də xüsusi diqqət yetirilməsinin tərəfdarıyam. Reyddə gördük ki, keçid olduğunu görə-görə özünü yola atan və bunu şüurlu şəkildə edən insanlar var. Belələrini 50-100 manat məbləğində cərimələmək lazımdır ki, bir daha belə qayda pozmasınlar".

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə görə, piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni piyada svetoforunun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə, yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsinə görə iyirmi manat məbləğində cərimə edilir.

Şüurlu halda özlərini maşının altına atırlar - Bakıda kütləvi psixioz - FOTOLARŞüurlu halda özlərini maşının altına atırlar - Bakıda kütləvi psixioz - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1787   Tarix: 07 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880