ABŞ-ın "B Planı"nın detalları - Kimyəvi silah hücumu barədə İDDİA

ABŞ-ın "B Planı"nın detalları - Kimyəvi silah hücumu barədə İDDİASuriyadakı sülh danışıqlarını sabotaj etməyə çalışan ABŞ-ın kimyəvi hücum xəbərdarlıqları çoxalır.

ABŞ bölgədə hərbi qüvvələrin sayını artıraraq yeni planını həyata keçirmək niyyətindədir.

Fevralın 5-də "Assosieyted Press" (AP) informasiya agentliyinə danışan yüksək rütbəli iraqlı və amerikalı səlahiyyətlilər ölkədəki Amerika əsgərlərinin İraqla əldə edilən razılaşmaya əsasən, mərhələli olaraq çəkiləcəyini açıqladılar. İraqın baş naziri Heydər Abadiyə yaxın bir səlahiyyətlinin açıqlamaları isə razılaşmanın detallarını ortaya qoydu. İraqlı səlahiyyətli ölkədəki 9 min Amerika əsgərinin 60 faizinin çəkiləcəyini, qalanlarının isə İraq ordusuna hərbi təlim keçmək üçün qalacağını bildirdi.

İraqdan çəkilən Amerika əsgərlərinin Əfqanıstana köçürülməsi ilə bağlı müxtəlif spekülyasiyaların olmasına baxmayaraq, Türkiyə və Rusiya qoşunlarının olduğu və ABŞ-ın qlobal maraqları üçün kritik əhəmiyyət daşıyan Suriya güclü bir seçim olaraq önə çıxır.

"B Planı"

2017-ci ilin sentyabr ayında Astana formatında keçirilən 6-cı danışıqlarda ABŞ heyətinə başçılıq edən Dövlət Departamentinin Yaxın Şərq işləri üzrə məsləhətçisi Devid M.Satterfield yanvarın 11-də ABŞ Senatında çıxışında bildirdi ki, Cenevrədə davam edən danışıqlarda razılaşma əldə edilməməsi halında, ABŞ-ın Suriyaya dair alternativ planı var.

Geosiyasi məsələlərə işıq tutan "The professors Blog" adlı xəbər və analiz platformasının qurucusu Marsello Ferrada de Noliyə görə, Pentaqonun Suriyada rejim dəyişikliyini nəzərdə tutan "A Planı" müvəffəqiyyətsizliyə uğrayıb. Onun sözlərinə görə, ABŞ bundan sonra Fəratın şərqini - PKK/PYD işğalı altındakı olan neft bölgələrinə nəzarəti tamamilə zəmanət altına almağı nəzərdə tutan "B Planı"nı irəli sürüb.

Suriya və İraqda ABŞ tərəfindən dəstəklənən PYD/PKK və kürd muxtariyyətinin xəritədə görüntüsü

Nolinin sözlərinə görə, ABŞ-ın "B Planı" çərçivəsində ortaya qoyulacaq geosiyasi layihələr hazırda qurulma mərhələsində olan iki təmələ söykənir:

Bunlardan birincisi, nə olursa-olsun bütün sülh danışıqlarının sabotaj edilməsidir. Cenevrədəki sülh danışıqlarının uğursuz olmasına çalışılması və Soçidə Milli Dialoq Konqresinin boykotu buna daxildir.

İkincisi, ABŞ-ın Suriyadakı hərbi varlığını gücləndirmək məqsədilə beynəlxalq dəstəyi əldə etmək üçün görülməsi lazım olan tədbirlər. Bunların başında "kimyəvi təxribatlar" gəlir. ABŞ rəsmilərinin bu mövzuda verdiyi bəyanatlar təhlükənin uzaq olmadığını hiss etdirir.

Kimyəvi silah hücumu barədə iddialar

İlk olaraq ABŞ-ın dövlət katibi Reks Tillerson yanvarın 23-də Parisdə keçirilən və 29 ölkədən olan diplomatların qatıldığı toplantıda Suriya hökuməti tərəfindən həyata keçiriləcək kimyəvi hücumların bağışlanmayacağını bildirərək müdaxilə siqnalı verdi. Toplantıda Suriyadakı kimyəvi fəaliyyətlər müzakirə edilirdi.

Ardınca fevralın 2-də ABŞ-ın müdafiə naziri Ceyms Mettis Suriya hökumətini vətəndaşlara qarşı kimyəvi silahdan istifadə mövzusunda xəbərdar etdi və yeni raket zərbələri ilə (Xatırladaq ki, ötən ilin aprelində kimyəvi qaz hücumundan sonra ABŞ Suriya ordusuna məxsus Şayrat hava bazasına raket zərbələri endirmişdi –red.) təhdid etməyi də unutmadı.

ABŞ-ın müdafiə naziri Ceyms Mettis

Eyni gün ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauert Suriya ordusunun Şərqi Guta bölgəsində yenidən xlorin qazından istifadə etməsindən narahat olduğunu ifadə etdi.

Yenə həmin gün "Röyters" agentliyinə danışan yüksək vəzifəli ABŞ rəsmiləri Suriya hökumətinin yeni kimyəvi silahlar hazırlaya biləcəyini və ABŞ prezidenti Donald Trampın bu hücumların qarşısını almaq üçün hərbi addımları nəzərdən keçirməyə hazır olduğunu bildirdilər. Rəsmilərin sözlərinə görə, Suriya prezidenti Bəşər Əsədin kimyəvi silah arsenalının bir hissəsini gizlətdiyi təxmin edilir. Baxmayaraq ki, ABŞ-Rusiya razılaşmasına görə, Dəməşq 2014-cü ildə kütləvi qırğın silahlarının hamısını təhvil verməli idi.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Hikki Heyli qurumun toplantılarının birində Suriyada kimyəvi hücumun qurbanlarının fotolarını göstərir.

Rəsmilər deyiblər ki, əksinə, Əsəd kimyəvi silahlarını "təkmilləşdirib" və bəzi hallarda onlardan kiçik həcmlərdə istifadə edib.

Fevralın 4-də bəzi dünya KİV-lərində dərc edilən xəbərlərin "kimyəvi hücum" tezisinin daha sürətlə inkişaf etdiyini təsdiqlədi. BBC İdlibin şimali-qərbindəki Sarakep mahalında 9 nəfərin öldüyünü xəbər verdi. İddiaya görə, onlar Suriya ordusuna aid bir helikopterdən atıldığı iddia edilən xlorin qazından ibarət bombanın partlaması nəticəsində ölüblər.

BBC-nin dərc etdiyi görüntülərdə adı daha əvvəl bir neçə dəfə "saxta bayraq" əməliyyatında hallanan "Ağ kaskalılar" qeyri-hökumət təşkilatı səhnədə idi.

"Aydınlıq" qəzeti 2016-cı il sentyabrda hazırladığı bir materialda Qərb ölkələri tərəfindən dəstəklənən bu qrupa mənsub bəzi könüllülərin beynəlxalq əlaqələrini və terror təşkilatları ilə bağlantılarını maddi dəlillərlə sübut olunmuşdu.

Son hədəf: bölgəni xaos vəziyyətində saxlamaq

Noliyə görə, ABŞ-ın "B Planı"nın yekun geosiyasi hədəfi PKK/PYD-nin işğalı altındakı bölgədən (Suriya torpaqlarının üçdə birinə bərabərdir –red.) uzunmüddətli xaos əməliyyatları üçün istifadə etməkdir.

Çünki ABŞ Suriyanın şimalındakı kukla sistemi "qanuni status"a qovuşdura bilsə, yalnız Suriyanı deyil, eyni zamanda Türkiyə, İran, İraq və digər bölgə ölkələrində də qeyri-sabitlik yaratmaq üçün əhəmiyyətli bir vasitəyə sahib olmuş olacaq.

Suriyanın şimalında PYD/PKK terror təşkilatının nəzarətində olan ərazi

Yanvarın 8-də KİV-də çıxan bir xəbərə görə, Vaşinqton PKK/PYD işğalı altındakı 28 min kvadrat kilometrlik ərazinin diplomatik olaraq tanımnmasına cəhd göstərir. Səudiyyə Krallığına yaxın "Şark əl-Avsad" qəzetinə danışan amerikalı bir diplomat Ağ Evin Suriya siyasətində yeni bir mərhələyə keçdiyini, ABŞ-ın müdafiə naziri Ceyms Mettisin PKK/PYD işğalındakı bölgəni rəsmi olaraq tanımaq üçün Suriyanın şimalına "diplomatik heyət" göndərdiyini bildirmişdi.

Bütün bu məlumatlar ABŞ-ın Mərkəzi Komandanlığının rəisi, general (CENTCOM) Cozef Votelin 2017-ci il dekabrın 22-də Suriyada "sərhəd mühafizə birlikləri" quracaqlarına dair açıqlaması ilə birləşdiriləndə, ABŞ-ın "B Planı" daha da dəqiqlik qazanır.

ABŞ-ın Suriyadakı hərbi varlığı

Beyrut İnstitutunun qurucusu və rəhbəri Raghida Dergman yanvarın 13-də "Huffington Post" qəzetində qələmə aldığı bir yazıda bu sözləri yazmışdı: "ABŞ-ın Suriyadakı hərbi varlığı çox böyük ölçülərdədir: minlərlə hərbçi və bir neçə strateji baza... Suriya torpaqlarının ən zəngin üçdə biri ABŞ-ın nəzarəti altındadır".

Aşağıdakı xəritədə gördüyünüz 28 min kvadrat kilometrlik ərazi Suriya torpaqlarının üçdə birini təşkil edir. Burada Suriya əhalisinin təxminən dörddə biri yaşayır.

Nolinin sözlərinə görə, hazırda Suriyada nə qədər ABŞ əsgəri olduğunu dəqiq müəyyən etmək mümkün deyil. ABŞ hökumətinin açıqlamasına görə, bu gün Suriyada amerikalı əsgərlərin sayı 2000-ə çatıb. Gerçək sayın nə qədər olduğu hər kəs üçün maraq doğurur.

ABŞ-ın Suriyanın şimalındakı hərbi varlığı

2017-cin il dekabrın 21-də "Sputnik" agentliyi tərəfindən dərc edilən bu xəritədə Suriyanın şimalında - PKK/PYD işğalı altında olan bölgədə ABŞ əsgərlərinin olduğu 2 hərbi hava bazası, sərhəd keçid məntəqələri və hərbi mərkəzlərin funksiyaları bütün detalları ilə təsvir edilir. Əldə olan bütün məlumatlar və baş verən proseslər ABŞ-ın bölgədə hərbi gücünü hər keçən gün artırdığını və gələcəkdə "B Planı"nın həyata keçirilməsi istiqamətində artırmağa davam edəcəyini göstərir.

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 684   Tarix: 07 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930