Bu gün Mübariz İbrahimovun doğum günüdür

Bu gün Mübariz İbrahimovun doğum günüdürBiG.AZ bildirir ki, bu gün Milli Qəhrəman İbrahimov Mübariz Ağakərim oğlunun doğum günüdür.

Mübariz 1988-ci il fevralın 7-si Biləsuvarın Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.

Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

Təsdiq edilməmiş versiyalara görə, 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.

Atası Ağakərim İbrahimovun dediklərindən: "Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki? Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhədə tərəf gedin. Sonra da məktubunu tapmışdılar..."

Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyası Prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində, Azərbaycan Respublikasının Tərtər rayonu istiqamətində Ermənistan hərbçilərinin hücumunu dəf edərkən 18 iyun 2010-cu il tarixdə şəhid olmuş Azərbaycan hərbçi İbrahimov Mübariz Ağakərim oğlunun meyiti 6 noyabr 2010-cu il tarixdə qarşı tərəfdən alınmışdır. Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmişdir.

Bir gün sonra, noyabrın 7-də şəhid qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunub.

2010-cu il noyabrın 11-də Təzəpir məscidində prezident İlham Əliyevin adından şəhid hərbçilər - Milli Qəhrəman Mübariz İbrahimov və "İgidliyə görə" medalıyla təltif olunnmuş baş leytenant Fərid Əhmədovun xatirəsinə ehsan mərasimi keçirilib.

Mübarizin son məktubu:

"Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1083   Tarix: 07 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblər

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən Bakı Şəhəri, Suraxanı rayonu ərazisində keçirilmiş tədbirlər nəticəsində Azərbaycanın aksız markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış, ümumilikdə 2 377 qutu müxtəlif adda xarici markalı siqaretlər aşkar olunara

15:01 0
.

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək. "Report"un Şərqi Avropa bürosuna Ali Radadan verilən məlumata görə, nümayəndə heyətinin səfəri 1-3 may aralığında baş tutacaq. Bakıda VI Ümumdünya Mədəniyyətləraras

16:10 0
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19.04.2024 266
.

Laçında usta bədbəxt hadisə nəticəsində ölüb

Laçında bədbəxt hadisə baş verib. APA xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Zəka Rəsul oğlu Rəsulov ekskavatoru təmir edən zaman üzərinə dəmir parçası düşüb. Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkə

19.04.2024 434
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 583
.

Ağcabədidə avtomobil piyadanı öldürüb

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb. APA xəbər verir ki, Tahir Hüseynov idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada Şahin Cəfərovu vurub, daha sonra yol kənarında dayanmış VAZ-2106 markalı avtomobilə çırpılıb. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağl

15:16 0
.

Paşinyan Almaniyanın KfW Bankının nümayəndə heyətini qəbul edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya İnkişaf Bankının (KfW) nümayəndə heyətini qəbul edib. xəbər verir ki, müzakirələr bankın iştirakı ilə Ermənistanda yeni enerji sektoru layihələrinin potensial reallaşdırılması ətrafında gedib. Paşinyan Ermənistan və Almaniya arasında əməkdaşlığın davaml

19.04.2024 196
.

Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA

"Naxçıvan Bank" ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 aprel 2024-cü il tarixinə 194,6 milyon manat təşkil edib. Bu isə 2023-ci ilin sonu ilə müqayisədə 11,6 milyon manat, yaxud 5,6% azdır. Bankın əsas gəlir mənbəyi olan kredit portfeli isə bu dövrdə 27,

12:54 216
.

Rusiya: "Qərb Zelenskini aradan götürmək qərarına gəlib"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbin Ukrayna prezidenti Vladimir Zelenskini yox etməyə qərar verdiyini iddia edib. xəbər verir ki, Medvedev sosial media hesabından verdiyi açıqlamada Polşada Zelenskiyə qarşı sui-qəsd cəhdində istifadə oluna biləcək məlumatları sızdırmağ

19.04.2024 445