Ramil Usubov Almanıyaya getdi – Təhlükəsizlik müzakirə edilir

Ramil Usubov Almanıyaya getdi – Təhlükəsizlik müzakirə edilirAzərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Berlin şəhərində keçirilən 21-ci Avropa Polis Konqresində iştirak etmək üçün Almaniya Federativ Respublikasında işgüzar səfərdədir.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, fevralın 6-da öz işinə başlayan, builki mövzusu "Əlaqələndirilmiş təhlükəsizlik fəaliyyətinin effektivliyi" olan toplantını giriş sözü ilə Almaniya Federativ Respublikasının daxili işlər nazirinin yanında parlamentin dövlət katibi Günter Krings açıb. Hər il 50-dən artıq dövlətin 1.600-dən çox nümayəndəsinin iştirakı ilə keçirilən, daxili təhlükəsizlik məsələlərində Avropanın aparıcı konfransı hesab olunan bu mötəbər beynəlxalq forumda dünyanın bir sıra dövlətlərinin, o cümlədən Almaniyanın federal əyalətlərinin daxili işlər nazirləri, Bundestaqın deputatları, İnterpolun və Avropolun, Avropa İttifaqının məsul nümayəndələri, polis və sərhəd qurumlarının rəhbərləri, təhlükəsizlik sahəsində fəaliyyət göstərən özəl şirkətlərin təmsilçiləri iştirak edirlər.

İki gün davam edəcək tədbir çərçivəsində ayrı-ayrı panellərdə ümumilikdə təhlükəsizlik sahəsindəki problemlər və onların həlli yolları, xüsusi təyinatlı qüvvələrin rolu və gələcəyi, əməliyyat əməkdaşlığının gücləndirilməsi, kibercinayətkarlığın qarşısının alınması və mühakiməsi, rəqəmsal kriminalistika, kütləvi tədbirlərin, ictimai yerlərin müşahidəsi və mühafizəsi kimi geniş spektrli, aktual məsələlərin müzakirəsi nəzərdə tutulub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 726   Tarix: 06 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988