Nazirliyin yüksək vəzifəli məmuru işdən çıxarıldı - Prezidentdən yeni təyinat

Nazirliyin yüksək vəzifəli məmuru işdən çıxarıldı - Prezidentdən yeni təyinat

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri İltimas Məmmədovun vəzifəsindən azad olunub.

BiG.AZ APA-ya istinadən xəbər verir ki, İ.Məmmədovun adı nazir müavinləri siyahısından çıxarılıb.

Qeyd edək ki, prezident İlham Əliyevin 02 fevral 2018-ci il tarixli sərəncamı ilə Əli Abdullayev nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib.

Bundan başqa, prezident İlham Əliyevin 02 fevral 2018-ci il tarixli digər sərəncamı ilə Elmir Vəlizadə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin olunub.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1089 Tarix: 05.02.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər