Növbədənkənar prezident seçkilərindən sonra parlament buraxılacaqmı? - DEPUTAT AÇIQLADI

Növbədənkənar prezident seçkilərindən sonra parlament buraxılacaqmı? - DEPUTAT AÇIQLADINövbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncamın verilməsi sosial mediada ciddi müzakirələrə səbəb olub. Belə ki, politoloqların sözlərinə görə prezident seçkilərindən sonra parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçiriləsi də ehtimal edilir.

Məsələ ilə bağlı BiG.AZ-a açıqlama verən millət vəkili Zahid Oruc bildirib ki, növbənkənar prezident seçkilərinin keçirilməsi digər hakimiyyət orqanlarında seçkilərin yenidən keçiriləcəyi zərurətini doğurmur.

Növbədənkənar prezident seçkilərindən sonra parlament buraxılacaqmı? - DEPUTAT AÇIQLADIO, qeyd edib ki, bunun heç bir hüquqi tələbi yoxdur: "Verilən qərar nə iqtidar daxili problemlərdən, nə də müxtəlif dövlət orqanların daxili qarşıdurmasından qaynaqlanmır. Biz hər zaman şahid oluruq ki, növbədənkənar seçkilər ya fövqəlada hadisələr baş verdikdə, ya da küçə və meydanlarda iqtidarın müəyyənləşməsi üçün silahlı qarşıdurmalar zamanı keçirilir. Əlbəttə bütün bunlar 1993-cü ilə kimi mövcud olan Azərbaycan deməkdir. Amma bu gün Azərbaycan sadalanan heç bir problemləri yaşamır. Ötən 25 ildə parlament seçkiləri prezident seçkilərindən 1 il sonra keçirilir. 2016-cı ildə ümumxalq səsverməsi nəticəsində prezidentlik müddətinin 7 ilə çatdırılması 2025-cı ildə parlament və prezident seçkilərini 1 aylıq müddətin içərisinə daxil edir. Əlbəttə bu da siyasi maraqların və mənafelərin qədərindən artıq toqquşduğu seçkiləri ağır vəziyyətə gətirib çıxara bilərdi".

Deputat onu da vurğulayıb ki, bütün hakimiyyət qollarının yenidən formalaşdırılmasına ehtiyac yoxdur. Ən azı ona görə ki, prezident son 3 il ərzində öz siyasi komandasında və hökumətdə böyük yeniliklərə imza atıb:

"Ermənistanda apreldə seçkilərin keçirilməsinin bizə təsirindən danışanlar da yanılırlar. Çünki heç vaxt Azərbaycan Ermənistana baxaraq öz hakimiyyətini formalaşdırmır. Guya Dağlıq Qarabağ münaqişəsində hər hansı bir güzəştin əldə edilməsi üçün belə bir addım atıldığını deyənlər də az deyil. Bu düşüncədə olanlar görmürlərmi ki, Azərbaycan hərbi gücünü kifayyət qədər gücləndirib. Belə olan təqdirdə hansı güzəştdən söz gedə bilər. Biz hazırda xalq tərəfindən anlayışın olduğunu görürük. Xalqımız çox gözəl bilir ki, hökumət tərəfindən belə bir addıma atılırsa bunda mütləq iqtisadi, siyasi, hüquqi şərtlər mövcuddur. Bəziləri də bu prosesdə müxalifətin qəfl yaxalanmasından danışır. Onlar da yanılır. Çünki müxalifət hər zaman deyirdi ki, 25 ildir ki, hakimiyyətə gəlmək üçü hazırlaşırlar. Onların məğlubiyyətinin prezident seçkilərinin zamanı ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan hakimiyyətində dayanıqlıq mövcuddur. Qərar soyuqqanlı real hüquqi təhlilərin nəticəsində verilib. Belə olan təqdirdə digər hakimiyyət sistemində seçkilərə gediləcəyini düşünmürəm".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1504   Tarix: 05 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azərbaycan dünyanın beyin mərkəzlərinin əsas toplantı nöqtələrindən biri halına gəlib" - Politoloq

"COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb. Səfərdə 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi iştirak edir. Mövzu ilə bağlı -a danışan politoloq Tural İsmayılov bildirib ki, Azərbaycanın dünyada hörmətə malik olan, həm indi

24.04.2024 262
.

Bu ölkə də Fələstini dövlət kimi tanıdı

Yamayka Fələstini dövlət kimi rəsmən tanıdığını açıqlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Yamayka xarici işlər və xarici ticarət naziri Kamina Conson Smit bəyan edib. O bildirib ki, Yamayka uzun müddət davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi ik

24.04.2024 178
.

"Akademiyada dərs deyirəm" - Roza Zərgərli

Müğənni Roza Zərgərli ünvanına deyilən tənqidlərə reaksiya verib. Axşam.az xəbər verir ki, "El canlı" proqramına qatılan ifaçı "Bir az aparıcı, bir az müğənni, bir az yazıçı, bir az prodüsersiniz. Fəaliyyətiniz mənim bazarlığıma oxşayır" sualına belə cavab verib:. "Cürətini

24.04.2024 658
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24.04.2024 216
.

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO

Sosial şəbəkələrdə videoları ilə milyonlarca baxış toplayan Ümüd adlı körpənin kirpikləri hər kəsin diqqətini cəlb edib. Onun atası bildirib ki, bir çoxlarının təəccüblə izlədiyi kirpiklər onların ailəsi üçün adiləşib:. "Millətə qeyri-adi görünsə də, bizim üçün adi haldır. Nəsildə də var. İrsi olduğ

24.04.2024 1092
.

İsraildə həbsdə olan fələstinlilərin sayı 3660 nəfəri ötüb

İsrail həbsxanalarında inzibati həbs olunan fələstinlilərin sayı artıb. BİG.AZ xəbər verir ki, həbsxanada olanların sayı 3660 nəfərə çatıb. Bu barədə Fələstin Əsirlər Assosiasiyası və Fələstin Azadlıq Təşkilatının Əsir və Azad edilmişlər üzrə Komitəsi bəyanat yayıb. Qeyd edək ki, fələstinlilərə qarş

24.04.2024 141
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24.04.2024 186
.

Sədaqət Vəliyeva: "Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyük bir uğur hesab olunur"

"Bu gün dünya ölkələrinin əksəriyyətində ixtişaşlar, müharibələr, terror aktları, bir sözlə qeyri-sabitlik tüğyan edir. Belə bir şəraitdə Azərbaycan bütün bu mənfi təsirlərdən tam kənardadır və ölkəmizdə yüksək səviyyəli sabitlik hökm sürür. Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyü

24.04.2024 165
.

Sabah temperatur 31 dərəcəyə qalxacaq

Aprelin 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

24.04.2024 419