Lazımsız hesab etdiyiniz bu əşyaların nə üçün olduğunu bilirdiz?

Lazımsız hesab etdiyiniz bu əşyaların nə üçün olduğunu bilirdiz?Siz bu əşyaları demək olar ki, hər gün görürsünüz və gülərək mənasız bir şey olduğunu düşünürsünüz. Lakin indi bütün bunlardan xəbərdar olacaqsınız.

Diyircəkli qələmin qapağındakı dəlik

Lazımsız hesab etdiyiniz bu əşyaların nə üçün olduğunu bilirdiz?Bir çoxları diyircəkli qələmin qapağındakı dəliyin mürəkkəbi qurumaqdan qoruduğunu və ya mürəkkəbin axmasına səbəb olacaq artıq təzyiqin aradan qaldırılmasına xidmət etdiyini ehtimal edir. Əslində isə o, təhlükəsizlik məqsədilə düşünülüb. Əgər uşaq təsadüfən qapağı udarsa, boğulma ehtimalı olmayacaq, üzərindəki dəlik həkimlərin gəlişinə qədər zərərçəkənə nəfəs almağa imkan verəcək. Dəlik məhz belə hallara hesablanıb.

Kedlərin üzərindəki dəlik

Lazımsız hesab etdiyiniz bu əşyaların nə üçün olduğunu bilirdiz?Bahalı və ya ucuz olmasından, əyləncə və ya bədən tərbiyəsi dərsləri üçün nəzərdə tutulmasından asılı olmayaraq bütün kedlər bu qəribə dəliklərlə bəzədilib. Təbii ki, səbəbsiz yerə belə edilməyib. Birinci səbəb bəllidir: havalandırma. Lakin daha bir səbəb var. İlk kedlər basketbolçular üçün hazırlanıb və onlar oyun öncəsi ayaqqabı bağlarını bu əlavə dəliklərdən keçirməklə ayaqqabının ayağa daha sıx oturmasını təmin ediblər.

Makaron üçün qaşığın üzərindəki dəlik

Lazımsız hesab etdiyiniz bu əşyaların nə üçün olduğunu bilirdiz?Makaron üçün qaşığın ortasındakı dəlik təbii ki, qaynamış makaronları saxlamaqla suyun axmasına imkan vermək üçündür. Lakin daha bir iş üçün də nəzərdə tutulub. Məsələ burasındadır ki, bu dəliyin ölçüsü bir nəfərə kifayət edəcək quru spaqetti porsiyası diametrinə müvafiqdir.

Kağız üçün bıçaqdan istifadə

Lazımsız hesab etdiyiniz bu əşyaların nə üçün olduğunu bilirdiz?Bağlama açma və ya kağız bıçağı üzərindəki bu xətlər bıçaq kütləşən zaman qırmağınız üçündür. Hər dəfə bıçağın kütəldiyini hiss etdiyiniz zaman arxa hissədəki tıxacı (şəkildəki qara rəngli arxa hissə) çıxararaq onun vasitəsilə bıçağın uc hissəsindəki bir xətti qırın, bıçaq yenidən iti olacaq. Bundan sonra tıxacı yerinə taxın.

Qıfılın aşağı hissəsindəki dəlik

Lazımsız hesab etdiyiniz bu əşyaların nə üçün olduğunu bilirdiz?Əgər qapını və ya anbarın qıfılını bağlayırsınızsa, o zaman aşağı hissəsindəki kiçik dəliyə fikir verin. Məhz onun sayəsində qıfıla dolmuş su axaraq gedir. Əgər su axmasa, yağışlı havadan sonra paslanar və ya qışda şaxta olduğu zaman donar və hər iki halda açmaq mümkünsüz olar

Naqillərdəki yoğunluq

Lazımsız hesab etdiyiniz bu əşyaların nə üçün olduğunu bilirdiz?Bir çox qidalandırıcı naqillərdə, misal üçün kompyüterlərdə belə slindrik formalı yoğunluqlar var. Bəs onlar nə üçün lazımdır? Bunlar ferrit özəklər və ya induktiv elementlərdir. Maqnit dəmit oksiddən hazırlanıb və yüksəktezlikli elektromaqnit maniələri boğmaq üçündür. Bu, mobil telefonu həddən artıq mikrofona yaxınlaşdırdığınız zaman dəstəkdə həmsöhbətin səsi yerinə eşitdiyiniz xışıltı və cırıltıdır? Bu ferrit özəklər monitorların, akkumulyatorların və digər texnikaların oxşar halla rastlaşmasına imkan vermir.

Dərman tübikinin qapağındakı iti çıxıntı

Lazımsız hesab etdiyiniz bu əşyaların nə üçün olduğunu bilirdiz?Bu çıxıntı nə üçündür? Bir qayda olaraq belə tübiklərdəki dərmanlar qapaqla yanaşı folqa təbəqəsi ilə müdafiə olunur. Məhz bu çıxıntı sayəsində folqanı dırnaq və digər vasitələrlə qoparmağa ehtiyac qalmır. Sadəcə qapağı açın, çevirin və onunla folqanı deşin. Dərmanın çıxış yolu açılacaq.

Klaviatura düymələri üzərindəki xətlər

Lazımsız hesab etdiyiniz bu əşyaların nə üçün olduğunu bilirdiz?Şəkilə diqqət yetirsəniz F və J düymələrinin aşağı hissəsində az nəzərəçarpan xətləri görə bilərsiniz. Peşəkar makınaçılar onların nə üçün lazım olduğunu bilir: "kor 10 barmaqlı çap" metodu (klaviaturaya baxmadan yazmaq) zamanı bu düymələr baza rolu oynayır, işarə barmaqları onların üzərində durmalıdır. Bu xətlər üzrə makınaçı başını aşağı əymədən barmaqlarının lazım olan yerdə olduğunu anlayır.

Xətkeş üzərindəki dəlik

Lazımsız hesab etdiyiniz bu əşyaların nə üçün olduğunu bilirdiz?Bu dəlik vasitəsilə xətkeşi stolun altındakı asılqandan asmaq olar.

iPhone kamerası yanındakı nöqtə

Lazımsız hesab etdiyiniz bu əşyaların nə üçün olduğunu bilirdiz?Kameranın yanındakı nöqtə nə üçündür? Bu mikrofondur. Arxa kameradan istifadə etdiyiniz zaman işə düşür.

Tic-Tac qapağındakı oyuq

Lazımsız hesab etdiyiniz bu əşyaların nə üçün olduğunu bilirdiz?Əgər "Tic-Tac" sevirsinizsə qapağın içəri hissəsindəki oyuqlu çıxıntını yəqin ki, görmüsünüz. Bunun qapağa daha sıx bağlanmağa yardım etdiyini düşünə bilərsiniz. Əslində isə bu, istəyinizdən asılı olaraq hər dəfə bir draje təqdim edən dozatordur.

Qazlı su qablarının qapağı altındakı nazik disk

Lazımsız hesab etdiyiniz bu əşyaların nə üçün olduğunu bilirdiz?Bəzən şəffaf plastikdən, bəzən isə rezindən hazırlanır. Bu disklər yalnız mayeni deyil, eyni zamanda suda həll olmuş qazı da saxlayır. Həmin qaz adi suyu qazlı suya çevirir. Əgər bu disklər olmasaydı, istənilən qazlı su artıq piştaxtaya çıxdığı zaman qazı uçaraq adi şirin su olardı.

Pozan üzərindəki ikinci rəng

Lazımsız hesab etdiyiniz bu əşyaların nə üçün olduğunu bilirdiz?İkirəngli pozana əlinizi yaxşıca sürtün, bu zaman bir rəngin digərindən nəzərəçarpacaq dərəcədə yumşaq olduğunu aşkarlayacaqsınız. Bu pozanın ən kobud hissəsidir, daha effektivdir və hətta mürəkkəbi silə bilir. Lakin yalnız qalın kağızda işə yarayır. Daha qalın qatı sildiyindən nazik dəftər ona tab gətirmir, nəticədə üzərində dəliklər açılır.(publika)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5276   Tarix: 04 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kral ailəsinin ən sevilən üzvü odur

Keyt Middleton 22 mart 2024-cü ildə xərçənglə mübarizə apardığını elan etdikdən sonra xalq arasında sevilən ən məşhur kral ailəsi üzvünə çevrilib. -ın xarici mediaya istinadən xəbərinə görə, Uels şahzadəsi xərçəng xəstəliyinə tutulduğunu elan etdikdən sonra britaniyalıların 76 faizi Keyt Middleton haqqınd

14.04.2024 274
.

Xidmət sifarişi üçün Xidmet.az saytı

saytı Azərbaycanda müxtəlif xidmətləri təklif edən saytdır. Bakıda və və ölkənin digər regionlarında fəaliyyət göstərən xidmətləri saytında tapa bilərsiz. Sayt istifadəçilərə lazım olan bütün xidmətlər bir saytda toplayaraq, asan və rahat sifariş imkanı yaradır. ilə siz, peşəkar xidmətləri ən ucuz qiymətlərl

15:30 63
.

13 il əvvəl yoxa çıxan 14 yaşlı qız gözlənilmədən evə qayıtdı

2010-cu il oktyabrın 20-də ABŞ-ın Texas ştatının Amarillo şəhərciyində itkin düşən 14 yaşlı Cessika Delqadillo qəflətən evə qayıdıb. -ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o, 13 il əvvəl məktəbə gedib və bir daha geri qayıtmayıb. Valideynlər dərhal polisə müraciət etsələr də, axtarışlar he

21.04.2024 703
.

Azərbaycanda hotellərdə xidmət qiymətləri niyə artıb? - ARAŞDIRMA

Azərbaycanda beş ulduzlu hotellərdə xidmət qiymətləri durmadan artır. -ın məlumatına görə, Dövlət Turizm Agentliyinin hesabatına əsasən, bu ilin yanvar-aprel ayları üçün Azərbaycanın şəhər və rayonlarındakı beş ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 225 manat təşkil edib. Bu da ötən ili

21.04.2024 201
.

Britaniyada II Elizabetin heykəli açılacaq: Mərasimə 50 it gətiriləcək

Şərqi Midlend ştatının Rutland şəhərində açılacaq. Kraliçanın üç sevimli korgi cinsindən olan itinin obrazları da heykəl kompleksində yer alır. Bu, II Elizabetin 2022-ci ilin sentyabrında ölümündən sonra ucaldılan ilk heykəlidir. Əsərin müəllifi, heykəltaraş Hivel Pretli 1950-ci illərin sonu - 1960-c

21.04.2024 195
.

"Tesla"nın bütün "Cybertruck"ları xarab çıxdı

ABŞ-nin "Tesla" şirkəti 3878 ədəd "Cybertruck" elektrik pikapını qaz pedalındakı problemlərə görə geri çağırır. Bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) hesabatında bildirilir. Məlumata görə, nasazlığa qaz pedalına çox bərk basmaq səbəb ola bilər

20.04.2024 259
.

15 il 6 ay həbs cəzası alan şəxs divarı dələrək qaçmağa çalışdı: Türkiyədə şok əməliyyat

Türkiyədə 15 il 6 ay həbs cəzası alan cinayətkar divarı dələrək qaçmağa çalışıb, amma istəyinə nail ola bilməyib. Bu barədə Türkiyə hüququ mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, polis əməkdaşları qəsdən adam öldürmə, oğurluq, fırıldaq, qarət, qəsdən yaralama, qaçaqmalçılıq, kibercinayət

20.04.2024 416
.

Bakıda 131 yaşlı tarixi bina qəzalı vəziyyətdədir - VİDEO

Bakı şəhər Xətai rayonunda yerləşən 131 yaşlı bina qəzalı vəziyyətdədir. Həmin bina Nobel qardaşları tərəfindən 1893-cü ildə neftçilər üçün inşa edilib. Hazırda isə binanın qəzalı vəziyyətdə olması orada yaşayan sakinlərə çətinlik törədir.( )

14.04.2024 331
.

Endirimi kassaya qədər olan mağazalar - ARAŞDIRMA + VİDEO

Endirim, yoxsa müştəri cəlb etmək üsulu?. xəbər verir ki, əksər mağazalarda endirim adı altında qoyulan məhsullar elə endirimsiz qiymətinə satılır. Belə hallarla rastlaşan sakinlərin sözlərinə görə, çox vaxt kassada bununla bağlı problem yaşayırlar. Ekspertlər də təsdiqləyir, xüsusilə paytaxt Bakıd

14.04.2024 482