İnterneti 2 gün kəsən Connect mətbuata hədə-qorxu gəlir - Baş redaktor

İnterneti 2 gün kəsən Connect mətbuata hədə-qorxu gəlir - Baş redaktor"Cümhuriyət" qəzetinin sabahkı sayı Connect şirkəti tərəfindən yaradılan problem nəticəsində çap olunmayacaq.

Bu barədə qəzetin baş redaktoru Rəfail Becanov bildirib. Baş redaktorun sözlərinə görə, şirkət 2 gün ərzində internet təminatında ciddi problem yaradıb:

"İki gün "Cümhuriyət" qəzeti internetsiz qaldı. Dünən (01 fevral) saat 13.30 radələrində internet kəsildi. Abonenti olduğumuz Connect -in əsas ofisi ilə qonşuyuq. Dəfələrlə əməkdaşlarımız getdi və bir şey öyrənə bilmədilər. Sonra bir nömrə verdilər: 159. Həmin nömrəyə zəng edildi. İnternetin kəsilməsi səbəbini öyrənmək istədik. Əvvəlcə etiraf etmədilər, sonra isə bildirdilər ki, paylayıcı qurğu partlayıb. Biz də bunu xəbərə çevirdik.

Bu gün (02 fevral) səhər saatlarından yenə internet olmadı və redaksiyada iş dayandı. Saat 12-ye kimi bizə internet verilmədi. Connect-in heç bir əlaqə telefonu verilmədi, cavabdeh şəxslərdən kiminləsə calaşdırılmadı ki, əlaqə saxlayaq. Operatorlar isə bir kəlmə dedilər: Axşam 19-a kimi problem həll olunacaq. Əlimiz hər yerdən üzüləndən sonra məcburiyyət qarşısında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə zəng edib, xahişdə bulunduq ki, bizə yardım edin. Sağ olsunlar, diqqətə aldılar və onların müdaxiləsindən sonra 13.30-da iternetimiz bərpa olundu". Baş verən hadisə "Cümhuriyət" qəzetinin çap olunmasına mane oldu".

R. Becanov xatırladıb ki, problem ictimailəşdirildikdən sonra şirkət tərəfdən hədə-qorxu başlayıb":

Saytda bir yazı qoyduq, statuslar paylaşdıq və s. Connect-in xəbəri olmadı. İş vaxtı bitəndən sonra, axşam saat 18.40-da özünü Connect -in hüquqşünası kimi təqdim edən Mahir adlı şəxs bizə hədə-qorxu gəlir. Deyir ki, xəbəri götürün, yoxsa sizdən Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə şikayət edəcəyik. Biz də deyirik ki, bəs biz sizdən kimə şikayət edək? İki gün bizi internetsiz qoydunuz, normal xidmət göstərmirsiniz, amma ödənişləri dərhal tələb edirsiniz, üstəlik hədə- qorxu da gəlirsiniz? Biz nə etmişik? Sizin əməkdaşınız deyib ki, paylayıcı qurğu partlayıb, biz də xəbər vermişik. Əgər elə deyilsə, rəsmi təkzib əvəzinə niyə hədə-qorxu gəlirsiniz? Axı siz bizə ziyan vurmusunuz. Qəzetimiz çap oluna bilməyib, saytımız normal işləməyib. Bəs bizə dəyən zərər necə olsun? Connect-in yarıtmaz fəaliyyəti sayəsində "Cümhuriyət" sabah oxucuları ilə görüşə bilmir...

Hər halda Connect təkcə "bizi dünyaya qoşmurmuş", həm də hədə-qorxu gəlirmiş... Görünür, bizim onları məhkəməyə verəcəyimizə dair xəbərdarlığımıza qarşılıq dərhal hədə-qorxu üsulunu seçiblər. Amma biz haqqımızı sona qədər qoruyacağıq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1114   Tarix: 02 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Şoyqunun müavini saxlanıldı

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanov saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. "Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkd

23.04.2024 131
.

Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edilib

Cənubi Amerika ölkəsi Peruda ölkə tarixində ilk dəfə degenerativ xəstəliyi olan şəxs evtanaziya edilib. xəbər verir ki, 12 yaşından bəri polimiyozitdən (əzələ ağrısı) əziyyət çəkən və müalicəsi mümkün olmayan 47 yaşlı Ana Estradanın evtanaziya tələbi Peru Məhkəməsi tərəfindən qəbul edilib. Hakim Josefin

23.04.2024 289
.

Həbs olunmuş separatçıların Qarabağdakı mülkərinin taleyi NECƏ OLACAQ? - AÇIQLAMA

Bildiyimiz kimi, vaxtilə Qarabağda fəaliyyət göstərmiş qanunsuz qondarma "qurum"un keçmiş rəhbərləri hazırda Bakıda həbsdədir və onlarım dindirilməsi prosesi gedir. Vaxtilə Qarabağda erməni sakinlərindən "oyuncaq" kimi istifadə edən bu separatçıların Qarabağda qanunsuz olaraq tikdirdiy

23.04.2024 298
.

"Vətəndaş nikahına girməsinlər"

"Vətəndaş nikahı Azərbaycana Avropadan keçib. Araşdırmalara görə, Avropada vətəndaş nikahı azalır. Amma Azərbaycanda getdikcə artır". "Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib. O bildirib ki, son 10 ildə vətəndaş nikahında

23.04.2024 392
.

DİN-dən Anastasiya ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarət

23.04.2024 424
.

Toya gələn bəy və gəlin qəzada öldü - ANBAAN VİDEO

Gəlini toyun keçiriləcəyi şadlıq evinə helikopterlə aparmaq istəyən bəyin bu sürprizi faciə ilə nəticələnib. -a istinadən xəbər verir ki, hadisə Braziliyada meydana gəlib. Helikopterin qəzaya uğraması nəticəsində bəy və gəlin, pilot və gəlinin qardaşı, həmçinin toy fotoqrafı həyatını itirib. Sözügedə

23.04.2024 736
.

Qətər Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası razılaşmasını alqışlayır

Qətər Azərbaycan və Ermənistanın sərhədlərin demarkasiyası ilə bağlı əldə etdiyi razılaşmanı alqışlayıb. xəbər verir ki , Qətər Xarici İşlər Nazirliyinin bəyanatını Qətər Milli Xəbər Agentliyi yayıb. Açıqlamaya görə, Qətər ilkin razılaşmanın iki tərəf arasında həll olunmamış məsələlərin dialoq və sül

23.04.2024 142
.

Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb. "Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatlar

23.04.2024 360
.

Ukrayna: Rusiya Kiyevə və 3 vilayətə dron və raketlərlə hücum edib

Rusiya Ukraynanın paytaxtı Kiyevə, eləcə də Mykolayiv, Odessa və Çerkasya vilayətlərinə dron və ballistik raketlərlə hücum edib. BİG.AZ xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb. Məlumata görə, Rusiya Kiyevə və 3 vilayətə dron və raketlərlə Rusiya bu gecə Ukrayn

23.04.2024 114