Azərbaycanda 89 qanunsuz miqrant saxlanılıb - RƏSMİ
Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 89 nəfər Hindistan vətəndaşı saxlanılıb.
BiG.AZ xəbər verir ki, bu barədə məlumat Dövlət Miqrasiya Xidmətindən virtualaz.org-a verilib. Verilən məlumata görə, Bakı şəhəri Sabunçu və Binəqədi rayonlarında qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 89 nəfər Hindistan Respublikasının vətəndaşları saxlanılıb.
Araşdırma zamanı həmin əcnəbilərin viza ilə ölkəyə daxil olduqları, 36 nəfərin olduğu yer üzrə qeydiyyatının olmadığı, 31 nəfərin ölkədə viza müddətinin bitdiyi, 19 nəfərin Azərbaycana gəlişlərinin bəyan edilmiş məqsədlərini pozduqları və 1 nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı aşkar edilib.
Qeyd edilən əcnəbilərin işlə təmin etmək adı altında aldadılaraq Azərbaycana gətirilməsini Hindistan vətəndaşı, 22.01.1965-ci il təvəllüdlü, Mohammad Sakirin öz həmvətənləri Alimuddin Shaikh, SK Allarakha, Pathan Junedkhan Mukimkhan və Pakistan İslam Respublikasının vətəndaşı Sajid Fraz ilə əlbir olaraq təşkil etdiyi məlum olub.
Təşkilatçılardan Mohammad Sakirin sonuncu dəfə Azərbaycana 14.01.2018-ci il tarixdə işgüzar səfər məqsədi ilə gəldiyi və 20.01.2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ev 66, mənzil 3 ünvanı üzrə olduğu yer üzrə (qəbul edən tərəf: Qədirov Rüşdü Qurbanəli oğlu) qeydiyyata alındığı müəyyən edilib. Digər təşkilatçılar - 26.11.1994-cü il təvəllüdlü P.J.Mukimkhanın ölkəyə sonuncu dəfə 25.11.2017-ci il tarixdə daxil olduğu, Azərbaycan Texniki Universitetinin hazırlıq kursunun tələbəsi olaraq 27.12.2017-ci il tarixdən 30.10.2018-ci il tarixədək etibarlı olan müvəqqəti yaşama icazəsi vəsiqəsi aldığı, 05.03.1985-ci il təvəllüdlü Sajid Frazın Azərbaycan vətəndaşı ilə nikah əsasında 30.04.2018-ci il tarixədək müvəqqəti yaşama icazəsi vəsiqəsinin olduğu məlum olub.
Keçirilmiş tədbirlər nəticəsində neqativ kanala təşkilatçılıq edən Mohamed Sakir, Pathan Junedkhan Mukimkhan, Alimuddin Shaikh saxlanılıblar. O cümlədən digər qrup üzvü "Munna" ləqəbli SK Allarakha məsuliyyətdən yayınmaq məqsədilə 31.01.2018-ci il tarixdə ölkə ərazisini tərk etməyə cəhd edərkən Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıb və Bakı şəhəri Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdirilib.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 569 Tarix: 02 fevral 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşVladimir Putin: "Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb"
"Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tarixində müstəsna, böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları v
22.04.2024 306 "Azərbaycanın turizm potensialı Qafqazda ön sırada dayanır" - Turizm eksperti
"Bu gün Azərbaycanın turizm potensialı Qafqazda ön sırada dayanır. Təbii ki, bu, Azərbaycanın günü-gündən beynəlxalq səviyyədə artan nüfuzu, ölkə rəhbərliyinin apardığı uğurlu xarici siyasət və Azərbaycanda ictimai asayişin yüksək səviyyədə olması əsas verir ki, Azərbaycan Qafqazda birinci olsun"
22.04.2024 307 Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ev dustaqlığına buraxılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib. Məlumatı onun vəkili Bəhruz Bayramov da təsdiq edib
22.04.2024 453 "Aldığın hədiyyədən, ailəndən bizə nə?" - Nazpəri
"Hər xanım öz şəxsiyyətini düşünməlidir. Xanım həyatında kimlərsə, nələrsə varsa, bacardığı qədər münasibəti gizli saxlasın. Qadın nə qədər gizli olsa, nə qədər şəxsi həyatında olan, hətta ailsəi ilə münasibəti gizli saxlasa yaxşıdır. Onlar xalqı maraqlandırmır. Şəxsiyyətini qoruyan qadın özün
22.04.2024 610 "Bundan sonra Qazaxın 3 kəndi və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması müzakirə ediləcək" - Politoloq
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Mövzu ilə bağlı -a danışan politoloq Tural İsmayılov bildirib ki, 4 kəndin qaytarılması Azərbaycanın növbəti uğurlarından və qələbələrindən biridir.Bundan sonra Qazaxın 3 kəndi və Naxçıvanın Kərki kəndinin Azərbaycan
22.04.2024 2760 Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO
Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl
22.04.2024 336 "Moskvada mühüm görüşün pərdəarxası məqamları" - Politoloq detalları açıqladı
"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa
10:34 215 Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR
"Çinin BYD şirkəti Azərbaycanın avtobus parkına töhfə verəcək. Bu il Çindən ölkəmizə gətirilən elektriklə işləyən 160 avtobus xəttə buraxılacaq". AZƏRTAC xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev "Kəmər və Yol"
22.04.2024 732 General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. xəbər verir ki, bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM
10:13 628