Azərbaycanın İstanbuldakı eks-konsulu Mənsimovun Gülənlə cinayətkar əlaqələrini AÇIQLADI

Azərbaycanın İstanbuldakı eks-konsulu Mənsimovun Gülənlə cinayətkar əlaqələrini AÇIQLADIAzərbaycanın İstanbuldakı keçmiş konsulu (2010-2015) Həsən Zeynalovun "Diplomatın həyat yolu" adlı kitabı çapdan çıxıb və orada "Palmali" şirkətinin sahibi Mübariz Mənsimovun Türkiyədə "1 nömrəli terrorçu" kimi tanınan Fətullah Gülənlə cinayətkar əlaqələrinə dair maraqlı faktlar yer alır.

BiG.AZ xəbər verir ki, kitabdan seçmələri "Yeni Müsavat" qəzeti dərc edib.

Keçmiş konsul yazır: ""Camaata" yaxınlığı ilə bilinən və 1998-ci ildə Türkiyədə qurulmuş "Palmali" şirkətinə rəhbərlik edən Mübariz Mənsimov geniş imkanları sayəsində 2010-cu ilədək İstanbuldakı Baş Konsulluğu öz təsirində altında tutaraq, qanunsuz məqsədlərini həyata keçirirdi. Belə ki, şəxsi mənafeləri üçün Baş Konsulluqda istədiyi sənədləri saxtalaşdırır, eləcə də maliyyə fırıldaqlarını ört-basdır etmək üçün Baş Konsulluğun imkan və imtiyazlarından qanunsuz istifadə edirdi. Hətta həmin dövrlərdə rəsmiləşdirilmiş saxta sənədlər 2013-2016-cı illər Azərbaycanda və Türkiyədə məhkəmı mübahisələrinin obyektinə çevrilir (aşkar olunduğu 2014-2015-ci illərdə bu hallar barədə Prezident Administrasiyasına, XİN-ə və hüquq-mühafizə orqanlarına məlumat verilib).

Həsən Zeynalov yazır ki, "qənaətbəxş" xidmətlərinə görə Baş Konsulluğun o dövrkü və keçmiş əməkdaşları daşınar və daşınmaz əmlakla, şirkətdə yüksək vəzifələrlə mükafatlandırılırdı. 2010-cu ilin sonlarından etibarən Baş Konsulluğa təsir imkanlarının keçərli olmadığını görən Mübariz Mənsimov 2011-ci ildə təsis olunan "SOCAR Türkey" şirkəti ilə əməkdaşlığı gücləndirir. Bunun üçün isə kifayət qədər münbit şərait olur.

"Belə ki, "SOCAR Türkey"in idarəediciləri o zamanlar Türkiyə hökumətində mühüm vəzifələr tutmuş FETÖ-çülərin səyləri ilə əsasən Türkiyə və Azərbaycanda fəaliyyət göstərən "Camaat"dan formalaşdırılır. Belə ki, şirkətin başına Türkiyədən Kenan Yavuz, 1-ci müavin vəzifəsinə Azərbaycandan Samir Kərimov, eləcə də bir çox aparıcı vəzifələrə digər əqidədaşları gətirilir. (2016-cı ildə ifşa olunan bu şəbəkənin üzvləri ARDNŞ rəhbərliyi tərəfindən ""SOCAR Türkey"dən uzaqlaşdırılır»-Həsən Zeynalov kitabında yazır.

Azərbaycanın İstanbuldakı eks-konsulu Mənsimovun Gülənlə cinayətkar əlaqələrini AÇIQLADIKeçmiş konsulun bildirdiyinə görə "Ərəb baharı"nın Yaxın Şərqə qədər gəlib çıxdığı 2011-ci ildə Elnur Aslanov və Fərhad Məmmədov "Palmali" şirkətinin maddi dəstəyi və Azərbaycanın Ankaradakı səfirliyinin iştirakı ilə"Caucasus İnternational" adlı jurnalın Türkiyədə nəşrini həyata keçirirlər. Jurnalın fəaliyyətinə nəzarət edən əsas fiqur isə Elnur Aslanov idi.

"Caucasus İnternational" jurnalı ətrafındakı proseslər əslində Azərbaycanın mədəni, sosial və siyasi həyatına daxil olmağa çalışan bu insanların fəaliyyətinin ciddi və həlledici məqamlarından idi. Jurnalın nəşri və satışı üçün məsul şəxs, eləcə də məsul katibi kimi Ural Aküzüm təyin edilir. (Sonradan məlum olur ki, bu şəxs "Soros" kurslarında təhsil alıb.) Kadir Has Universitetinin rektoru Mustafa Aydın isə jurnalın məsləhət şurasının üzvü təyin edilir»-kitabda deyilir.

Virtualaz.org saytı əvvəllər Mənsimovun Gülən şəbəkəsi ilə işbirliyinə dair bir neçə dəfə araşdırmalar dərc edib. Məsələn, bir vaxtlar Fətullah Gülənin ən yaxın adamlarından olan və onun "kassiri" hesab edilən türkiyəli iş adamı İhsan Kalkavan azərbaycanlı milyarder, oliqarx, gəmiçilik maqnatı Mübariz Mənsimovla yaxın dostluq münasibətləri barədə Türkiyə mətbuatında danışmışdı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1854   Tarix: 02 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda "Prius"un qiyməti kəskin ucuzlaşdı (FOTO)

Azərbaycanda istehsal ili 8 ildən çox olan "Toyota Prius"ların kütləvi satışına başlanılıb. BİG.AZ -a istinadən xəbər xəbər verir ki, buna səbəb Nazirlər Kabinetinin taksilərlə bağlı verdiyi qərar olub. Belə ki, verilən qərara əsasən, 2016-cı ildən əvvəlki illərdə istehsal olunan avtomobillərl

13:15 421
.

Evlənməyə hazırlaşan gənclərə vacib xəbərdarlıq: Hər şeyinizi itirə bilərsiniz!

Azərbaycanda ən çox rast gəlinən problemlərdən biri də boşanma zamanı əmlak bölgüsü üzrə mübahisələrdir. Bu kimi məsələlərdə yeganə çıxış yolu nikah zamanı ya da evləndikdən sonra nikah müqaviləsi bağlamaqdır. Hüquqşünaslar bildirir ki, belə olduğu zaman tərəflərdən hər hansısa biri digərinin hüququn

16:39 259
.

Quzu ətindən baha olan göbələk növü - VİDEO

Bəzi rayonlarda quzu ətindən baha olan quzuqarnı göbələyi satılır. Şabran rayonu, Gəndob-Yalama yolunun kənarında satışına daha çox rast gəlinən göbələyin qiyməti ötən illə müqayisədə artıb. Quzuqarnının yığımı və satışı ilə məşğul olan şəxslər deyirlər ki, hazırda kiloqramı 30-45 manat aralığında təkli

10:50 408
.

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO

Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş 29 kitab müəllifi, "Quran"ın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb. Bu barədə -a Fazil İsmayılovun qonşuları məlumat verib. Qonşuları bildirib ki, tanınmış ali

14:15 395
.

Prezident Erdoğanla yaşlı qadının səmimi söhbəti- VİDEO

Türkiyə Prezidenti Erdoğan Diyarbakırdakı mitinqdən sonra onu gözləyən yaşlı bir qadın ilə söhbət edib. BİG.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb. Həmin videonu təqdim edirik:

16:20 71
.

Cənubi Afrikada sərnişin avtobusu aşdı: 45 ölü

Cənubi Afrikanın şimalında sərnişin avtobusu körpüdən düşərək aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 45 nəfər ölüb. Yerli medianın məlumatına görə, Botsvanadan Cənubi Afrikanın Moria bölgəsinə gedən sərnişin avtobusu səhər saatlarında Limpopo sərhəd bölgəsində körpüdən düşüb. Qəza zamanı 8 yaşl

10:35 131
.

"Qadınların təqaüdə çıxmaq yaşı irəli çəkilsin"

"Ana-uşaq problemi ətrafında deyiləcək sözlər çoxdur. Uşaqpullarının verilməməsi, əhali sayının artmasının əvvəlki illərə nisbətən ləng getməsi və s. bir-biri ilə bağlıdır". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin plenar iclasında bildirib

14:03 350
.

Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ

Paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində 5-ci sinif şagirdini məktəbin həyətində sahibsiz it dişləyib. Hadisə Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin həyətində baş verib. Z.Vəliyevə məktəbin həyətind

13:42 309
.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

13:03 562