"Azəriqaz"ın abonentlərə qurama borc yazdığı üzə çıxdı, məhkəmə hökm oxudu

"Azəriqaz"ın abonentlərə qurama borc yazdığı üzə çıxdı, məhkəmə hökm oxuduAğstafa rayonu, Qıraq Kəsəmən kəndinin 11 sakini "Azəriqaz"ı onlara əsassız cərimə və borc yazmaqda ittiham edərək məhkəməyə verib. Məhkəmə abonentlərdən ikisinin iddiasını təmin edib.

BiG.AZ xəbər verir ki, bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib.

Hüquq müdafiəçisi deyib ki, həmin abonentlər iddianı Bakının Xətai Rayon Məhkəməsində qaldırıblar. Cavabdeh tərəf "Azəriqaz"ın Şəmkir Regional Qaz İstismar İdarəsinin Ağstafa texniki sahəsidir.

Bu iddia üzrə yanvarın 29 və 31-də məhkəmə prosesi keçirilib. Məhkəmənin qərarı ilə kənd sakinləri - Əbülfət Həsən oğlu Qurbanovun adına yazılmış 950.40 manat cərimə, 91.21 manat sayğac dəyəri, müharibə veteranı, mərhum Məcid Qurbanovun həyat yoldaşının adına yazılmış 475.20 manat cərimə, 91.21 manat sayğac dəyəri əsassız hesab edilib.

Azərbaycanda ilk dəfədir ki, məhkəmələr abonentlərin qaz operatoruna qarşı qaldırdığı iddianı təmin edir. "Çox maraqlıdır ki, "Azəriqaz" tərəfindən məhkəməyə təsir göstərmək cəhdləri olmadı, yəni cavabdeh tərəf də işə obyektiv baxılmasına çalışdı"-M.Qəhrəmanlı bildirib.

"Azəriqaz"ın abonentlərə qurama borc yazdığı üzə çıxdı, məhkəmə hökm oxudu"Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev virtualaz.org saytının bu məhkəmə işi barədə sorğusuna "araşdırma aparandan sonra cavab verəcəyini" deyib.

Qəhrəmanlı hesab edir ki, yalnız bir kənddə bu qədər sakinin aldadılması digər bölgələrdə də abonentlərə saxta borc və cərimələr yazılmasından şübhələnməyə əsas verir. Ona görə də bu cür iddialar, "Azəriqaz"da sayğac maxinasiyaları, abonentlərə sərf etmədikləri qaza görə borcların yazılması barədə məlumatlar yoxlanılmalıdır.

Hüquq müdafiəçisi məsələ ilə bağlı "Azəriqaz"ın rəhbəri Əkbər Hacıyevə müraciət edib: "Əkbər Hacıyevdən soruşuram, qeyri-qanuni yollarla əhalinin cibinə girən balaca rəislər vəzifədən kənarlaşdırılacaq, yoxsa kiminsə qohumu olduqları üçün onlara toxunmayacaq? Bu yalnız bir kənddə baş verənlərdir. Bakı da daxil olmaqla bölgələrdə qaz idarələrindən hər gün şikayətlər daxil olur, kommersiya obyektlərindən alınan qaz pulu mənimsənilir, əvəzində vətəndaşın cibinə girirlər. Sadəcə, araşdırma aparmalıdır, düzgün araşdırılma aparılsa bizim dediklərimiz sübut olunacaq".

"Azəriqaz"ın abonentlərə qurama borc yazdığı üzə çıxdı, məhkəmə hökm oxuduMirvari Qəhrəmanlı əlavə edir ki, abonentlər arasında maarifləndirmə aparılmasına ehtiyac var, çünki əksəriyyət məlumatsızlıqdan aldadılır. Onun sözlərinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə onların özləri daşıyırlar.

"İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi, yenisi ilə əvəz edilməsi və quraşdırılması operator şirkət tərəfindən həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir", -Qəhrəmanlı əlavə edib.

"Azəriqaz"ın abonentlərə qurama borc yazdığı üzə çıxdı, məhkəmə hökm oxuduXatırladaq ki, ötən il virtualaz.org "Ernst and Young" beynəlxalq audit şirkətinin SOCAR-ın sifarişi ilə "Azəriqaz" İstehsalat Birliyində apardığı auditin nəticələrinə dair 511 səhifəlik sənədi əldə etmişdi.

Həmin sənəddə "Azəriqaz" İB-də hökm sürən korrupsiya, intizamsızlıq və təsərrüfatsızlıq, ildə 700 milyon kubmetr qazın itkiyə getməsi və satınalmalar zamanı qiymətlərin şişirdilməsi, bir-birini təkrarlayan vəzifələrin və ştatların mövcudluğu, təmir-tikinti işləri zamanı keyfiyyətsiz materiallardan istifadə və xidmət haqlarının dəfələrlə şişirdilməsi kimi olduqca ciddi pozuntulardan bəhs edirdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1647   Tarix: 02 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585