"BakuBus" sərnişinlərin həyatını təhlükəyə atan sürücülərin görüntülərini yaydı - VİDEO

"BakuBus" sərnişinlərin həyatını təhlükəyə atan sürücülərin görüntülərini yaydı - VİDEO"BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Mənsur Piriyev daşıyıcı şirkətin avtobuslarına maniyə yaradan və sərnişin həyatına təhlükə yaradan nəqliyyat vasitələrinin videogörüntülərini yayıb.

"BakuBus" sərnişinlərin həyatını təhlükəyə atan sürücülərin görüntülərini yaydı - VİDEOBiG.AZ xəbər verir ki, mətbuat xidmətinin rəhbəri Mənsur Piriyev sözügedən görüntüləri yayaraq mediada yayılan yalnış informasiyalara aydınlıq gətirib, həmçinin sürücüləri sərnişindaşıyan nəqliyyat vasitələrinin hərətinə mane olmamağa çağırıb.

Mətbuat xidmətinin yaydığı məlumatı oxucularımıza təqdim edirik.

"Təqdim etdiyimiz üç videogörüntünün hər birində avtobusun təhlükəsiz hərəkətinə maneə yaradan və bununla avtobusdakı sərnişinlərin həyatını təhlükə qarşısına atan yol hərəkəti iştirakçılarının ciddi qayda pozuntuları əks olunur.

Birinci hadisə 23.01.2018-ci il tarixində saat 14:19 radələrində 1 saylı marşrut xətti üzrə üzü 28 May m/s istiqamətinə hərəkət edən "BakuBus"a məxsus 99JX-231 dövlət qeydiyyat nişanlı avtobusun Qara Qarayev m/s dayanacağına yaxınlaşarkən baş vermişdir.

İkinci hadisə 26.01.2018-ci il tarixində saat 16:39 radələrində 6 saylı marşrut xətti üzrə üzü Azadlıq m/s istiqamətinə hərəkət edən "BakuBus"a məxsus 99JH-096 dövlət qeydiyyat nişanlı avtobus Elmlər Akademiyası m/s yaxınlığında olarkən baş vermişdir.

Üçüncü hadisə isə 28.01.2018-ci il tarixində saat 09:45 radələrində 17 saylı marşrut xətti üzrə üzü İnşaatçılar m/s istiqamətinə hərəkət edən "BakuBus"a məxsus 99JX-195 dövlət qeydiyyat nişanlı avtobusun 2 saylı Tibb Kollecinə yaxınlaşarkən baş vermişdir.

Videogörüntülərdən də aydın göründüyü kimi hər üç hadisədə avtobusu idarə edən sürücülərin sayıqlığı nəticəsində baş verə biləcək real yol hərəkəti qəzasının qarşısı alınmış və sərnişinlər arasında xəsarət alan olmamışdır. Ancaq bununla belə salonda olan onlarla sərnişinin həyatı təhlükə qarşısında qalmış və ictimai nəqliyyatın təhlükəsiz hərəkətinə ciddi şəkildə maneə yaranmışdır.

"BakuBus" olaraq biz günün 24 saatı öz sərnişinlərimizlə ünsiyyətdə olmaqla onların şikayətlərini və müraciətlərini qəbul edir, göstərdiyimiz xidmətin kefiyyətini ölçə bilirik. Bu bizə həm nöqsanlarımızı vaxtında aradan qaldırmaq həm də kefiyyətli sərnişindaşıma xidmətinin göstərilməsi üçün maneə yaradan amilləri öyrənmək imkanı verir. Yol hərəkəti qaydalarını pozaraq avtobusun təhlükəsiz fəaliyyətinə maneə yaradan sürücülərlə yanaşı, ödəniş etmədən orta və arxa qapılardan minən, 5 yaşdan yuxarı uşaqlar üçün ödəniş etməyən, sürücü dəfələrlə müracət etsə belə avtobusa minəndən sonra arxaya doğru irəliləmək istəməyən, ön qapıdan düşmək istəyən, salonu məişət tullantıları ilə zibilləyən, tıxac zamanı icazə verilməyən (yolun ortasında ) yerdə düşmək istəyən, sürücünü təhqir edən, qapıların önündə dayanıb digər sərnişinlərin hərəkətinə mane yaradan, düşməli olduqları dayanacağı düşməyib keçdikdən sonra sürücüdən qapıları yenidən açmasını tələb edən və eyni zamanda digər sərnişinlər üçün də narahatçılığa səbəb olan sərnişinlərimiz var.

Təbii ki, "BakuBus"un qaynar xəttinə gün ərzində daxil olan şikayətlərin araşdırılması zamanı göstərilən xidmətin kefiyyəti və bəzi sürücülərin sərnişinlərlə davranışında müəyyən nöqsanlar da aşkar olunr və bu çatışmazlıqların aradan qaldırılması üçün lazım olan bütün tədbirlər həyata keçirilir.

"BakuBus" MMC ictimaiyyət üçün açıq bir təşkilatdır biz hər ayın sonu şikayətçiləri və ya araşdırmanın nəticələri ilə bağlı sualları olan hər bir sərnişini şirkətin inzibati binasına dəvət edib onlara nəticə və hətta araşdırma ilə bağlı əyani vasitələri təqdim edirik.

Ümumiyyətlə bu sahədə ciddi dəyikiliklər gözləyir, qarşılıqlı şəkildə tələbkarlıq ediriksə o zaman bəzi sərnişinlərin və yol hərəkəti iştirakçılarının ictimai nəqliyyata xüsusən də avtobus sürücülərinə olan münasibətlərini bir daha gözdən keçirməli, qəbul olunmuş qaydalara birmənalı şəkildə əməl etməlidirlər.

Təbii ki, burada sərnişindaşıma sahəsində aparılan islahatlar və maarifləndirmə işlərində yaxından iştirak edən media qurmlarının fəaliyyəti də danılmazdır. Çünki onların bu sahədə münasibətləri formalaşdırmaq və ictimai rəy yaratmaq imkanları genişdir. Ancaq təəssüf ki bəzən biz bir sıra media nümayəndələrinin qeyri-peşəkar, hətta qərəzli münasibətini də müşahidə edirik. Bəzi saytlar ictimai nəqliyyatda baş vermiş istənilən xoşagəlməz hadisə ilə bağlı "BakuBus" avtobuslarının şəkilini paylaşaraq avtobusun hansı daşıyıcıya aid olduğunu müəyyənləşdirmədən xəbərin çox oxunması və reytinq naminə heç bir əsas olmadan "BakuBus sürücüsü qaydanı pozdu" və ya "BakuBus avtobusu qəza törətdi" kimi başlıqlardan istifadə edirlər. Dəfələrlə bu cür saytlara xəbərdarlıq olunmasına baxmayaraq onlar məsələnin məsuliyyətini dərk etmədən gerçəklikdən uzaq, reallığı əks etdirməyən məlmatlar yaymaqda davam edirlər. Hesab edirik ki, hər hansı bir avtomobil yol hərəkəti zamanı "BakuBus" avtobusuna toxunaraq qəza törədirsə bu hadisə "BakuBus avtobusu qəza törətti" başlığı ilə verilməməlidir.

"BakuBus" olaraq həmin saytları istənilən hadisəni araşdırmadan əvvəl, reallıqdan uzaq məlumatları yaymaqdan qətiyyətlə imtina etməyə çağırırıq.

Əgər söhbət bir sahənin ən yüksək səviyyədə inkişafından gedirsə buradə bütün tərəflərin məsuliyyəti və məqsədyönlü fəaliyyəti vacibdir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1143   Tarix: 02 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105
.

Azərbaycanda ana 16 yaşlı qızına işgəncə verib - VİDEO

Azərbaycanda 16 yaşlı qız anası tərəfindən vəhşicəsinə döyülüb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan və anası tərəfindən döyülən Aytacın babası bildirib. Babası bildirib ki, nəvəm anası tərəfindən işgəncələrə məruz qalıb. Aparıcı Aytacı

13:35 0
.

Qəzzada ölənlərin sayı 32623 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı artıb. Bu barədə Fələstinin Qəzzadakı Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Kudra məlumat yayıb. Kudra bildirib ki, son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağın

13:26 0
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

28.03.2024 839
.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

28.03.2024 122
.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

13:03 0
.

Bu dəfə Şəbnəm Nigara söz atdı

Müğənni Şəbnəm Tovuzlu ünvanına tənqid səsləndirən həmkarı Nigar Camalla bağlı sualı cavablandırıb. Axşam.az xəbər verir ki, "Qonaqcanlı" proqramında qonaq olan ifaçıya aparıcı "Şəkillərdə gördüyün bu xanımlardan hansının sözü sənin üçün külək kimi əsir gedir" sualını ünvanlayıb

10:14 0
.

Yunanıstanın cənubunda 5,7 bal gücündə zəlzələ olub

Yunanıstanın Peloponnes şəhərinin qərbində zəlzələ olub. BİG.az xəbər verir ki, zəlzələ 5,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin ardınca 2,9 və 2,1 bal gücündə iki afterşok baş verib. Afina Geodinamika İnstitutu bildirib ki, titrəm

13:01 0
.

Şimşək, yağış, 25° isti - Sabahın havası

Martın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı

13:24 0